Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə72/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   69   70   71   72   73   74   75   76   77

Rastinyak diz üstə çöküb, vikontessanın əlini əlinə aldı və öpdü. 
Madam de Bosean: 
– Əlvida, Antuanetta, – dedi. – Xoşbəxt olun. Sizə gəlincə, Ejen, siz onsuz da xoşbəxtsiniz: gəncsiniz, hələ 
bir şeyə inanmağa qadirsiniz. Ölüm ayağında olan bəzi xoşbəxt adamlar kimi, mən də bu fani dünyadan 
çəkildiyim zaman, ətrafımda səmimi dostlarımın müqəddəs və pak həyəcanlarını duydum. 
Rastinyak səhər saat beşdə getdi. Madam de Bosean artıq yol karet    əyləşmişdi O, gözləri yaşarmış 
halda Rastinyakla vidalaşdı. Bu göz yaşları kübar adamların belə hissiyyat qanunlarına tabe olduqlarını 
sübut edirdi. Bununla belə, bəzi şəxsiyyətlər vardır ki, camaata xoş görünmək üçün bunun əksini isbat 
etməyə çalışırlar. Ejen soyuq və yağışlı bir gecədə piyada “Vokenin evi”nə qayıtdı. Artıq o, öz təhsilində 
kamal dərəcəsinə çatmışdı. 
Ejen Qorionun otağına daxil olduğu zaman, Byanşon: 
– Zavallı Qorionu xilas etmək mümkün deyildir, – dedi. 
Ejen yatmış qocaya nəzər saldıqdan sonra: 
– Dostum, qulaq as, – dedi. – Arzularını məhdud etdiyin təvazökar məqsədindən ayrılma. Mən isə... 
cəhənnəm içindəyəm və burada qalmağa məcburam. Kübarlar cəmiyyəti haqqında sənə nə qədər pis söz 
danışsalar, inan! Qızıl, daş-qaş altında gizlənən bu rəzaləti təsvir etmək üçün Yuvenalın belə qələmi 
acizdir! 
Ertəsi gün, saat ikiyə yaxın Byanşon Ejeni oyatdı. O, işi olduğu üçün getməli idi, xəstənin vəziyyəti isə 
səhər daha da ağırlaşdığından Ejendən xahiş etdi ki, Qorio atanın yanında qalsın. 
Byanşon: 
– Qoca ancaq iki gün, bəlkə də, altı saat yaşaya biləcək, – dedi. – Bununla belə, biz xəstəliklə mübarizəni 
davam etdirməliyik. Çox da ucuz olmayan bir müalicə üsulu tətbiq etməyə ehtiyac var. Əlbəttə, biz 
qocanın yanında oturub ona qulluq edə bilərik, ancaq şəxsən mənim bir su belə pulum yoxdur. Mən 
onun bütün ciblərini yoxladım, bütün şkafları əlləşdirdim, heç bir şey tapmadım. Hələ huşu başında 
olduğu zaman pulu olub-olmadığını özündən soruşdum, dedi ki, bir liarım da yoxdur. Sənin nə qədər 
pulun var? 
– Mənim iyirmi frank pulum qalmışdır, – deyə Rastinyak cavab verdi, – lakin mən bu pulu aparıb qumar 
oynaya bilərəm, uda biləcəyimə ümidvaram. 
– Bəs uduzsan necə? 
– O zaman kürəkənlərindən və qızlarından pul tələb edərəm. 
– Bəs onlar verməsə? Ancaq bu saat təcili iş pul deyil, bəlkə, ayaqlarına, aşağıdan    belinə qədər isti 
xardal yaxması qoymaqdır. Qoca zarımağa başlasa, onun sakitləşdirmək üçün çarə var. Bunu sən bilirsən. 
Bir də, Kristof da sənə kömək edər. Mən isə əczaxanaya gedib, alacağımız bütün dərmanların pulunu 


verəcəyimə boyun olmaq istəyirəm. Çox təəssüf ki, zavallını bizim xəstəxanaya köçürmək mümkün deyil, 
yoxsa o, orada özünü daha yaxşı hiss edərdi. Yaxşı, gedək, mən hamısını sənə orada başa salaram, sən də 
mən gəlincəyə qədər xəstənin yanından ayrılma. 
İki cavan qocanın yatdığı otağa daxil oldu. Rastinyak xəstənin ağrının şiddətindən əyilmiş, solğun və 
sınıxmış üzünü görəndə dəhşətə gəldi. 
Yatağa doğru əyilərək: 
– Ata, necəsiniz? – deyə soruşdu. 
Qorio nuru sönmüş gözlərini qaldırdı və diqqətlə Rastinyaka baxdısa da, onu tanımadı. Tələbə dözə 
bilmədi, gözləri yaşla doldu. 
– Byanşon, pəncərələri pərdələmək lazım deyil ki? 
– Yox, lazım deyil, havanın hərarəti artıq ona təsir etmir. Əgər o, soyuğu və istini hiss edə bilsəydi, çox 
yaxşı olardı. Lakin yenə də peçi qalamaq lazımdır. Həm dərman hazırlamaq, həm də başqa şeylər üçün 
lazımdır! Mən sənə odun şələsi göndərərəm, yenə odun tapıncaya qədər yandırarıq. Mən dünən də, bu 
gün də sənin odununu və zavallının otağında tapdığım torfu yandırmışam. Divarlardan su damırdı. Otağı 
çətinliklə quruda bildim. Kristof otağı süpürdü, yoxsa lap tövləyə oxşayırdı. Mən otağa ardıc tüstüsü 
buraxdım, yoxsa iylənmişdi. Rastinyak heyrətlə: 
– Pərvərdigara, – dedi, – onun qızları... 
Byanşon iri ağ bardağa işarə edərək: 
– Qulaq as, – dedi, – xəstə su istəsə, bax bu suyu ona içirdərsən. Ağrıdan şikayət etməyə başlasa, bir də 
qarnı köpmüş və isti olsa, Kristofun köməyi ilə ona... nə qoymaq lazım gəldiyini bilirsən. Əgər birdən 
həyəcanlanıb çox danışmağa başlarsa, ağlını bir az itirib cəfəngiyat danışsa belə, mane olma, qoy 
danışsın. Bu, pis əlamət deyil. Ancaq Kristofu yenə də Koşen xəstəxanasına göndərərsən. Bizim həkim 
mənim yoldaşımdır, ya o, ya da mən gəlib dağlayarıq. Bu səhər sən hələ yat rkən, Qallinin şagirdlərindən 
birinin, həm də xəstəxanamızdakı baş həkimin və Otel-Dyö baş həkiminin iştirakı ilə böyük konsilium 
çağırmışdıq. Həkimlər xəstəliyin maraqlı əlamətlərini təyin etdiklərini zənn edirlər. Biz elmi cəhətdən də 
maraqlı olan bir sıra məsələləri aydınlaşdırmaq üçün xəstəliyin inkişafını izləyəcəyik. Həkimlərdən birinin 
iddiasına görə, orqanlardan biri üzərində qan təzyiqi başqalarına nisbətən daha şiddətli   sə bu, xüsusi 
hadisələrə səbəb ola bilər. Xəstə danışmağa başlasa, diqqətlə qulaq as, söhbətlərinin hansı dairədə 
dolaşdığını təyin etməyə çalış. Bax gör bunları doğuran nədir: xatirələrdir  , gələcək fikirləri, yaxud bu 
günə aid mülahizələridir, yoxsa o, hiss, yaxud maddi məsələlərlə maraqlanır, bir şeyin hesabını çəkir, 
yenə keçmişə qayıdır. Xülasə, sən bizə dəqiq hesabat verməlisən. Əgər qan birdən-birə beyinə vurmuşsa, 
o, indiki kimi, ağlını itirmiş vəziyyətdə öləcəkdir. Bu cür xəstəliklərdə hər şey xüsusi     yyət daşıyır. Bəzən 
görürsən ki, qan xəstənin boynunun      tərəfinə vurur, o zaman qəribə hallar baş verir: beyin qismən 
işləməyə başlayır, ölüm tədricə  olur. Qan beyinə vurmaya da bilər, başqa yollarla da gedə bilər, o zaman 
bunun istiqamətini ancaq təşrih etdikdən sonra təyin etmək mümkündür. Müalicəedilməzlər 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə