Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə75/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   69   70   71   72   73   74   75   76   77

tapdalamağı mən özüm öyrətmişəm. Bu, mənim xoşuma gəlirdi. Bunun heç kəsə dəxli yoxdur: nə yer 
üzündəki məhkəmələr, nə də adil Allah bu məsələyə qarışa bilməz. Əgər Allah mən       onlara cəza 
verərsə, haqsızlıq edər. Mən özümə hörmət qazana bilmədim, mən özüm axmaqlıq edib öz hüququmdan 
əl çəkdim. Onların xatiri üçün mən özüm öz qiymətimi aşağı saldım. Artıq siz nə tələb edirsiniz? Ən yaxşı 
insan, ən gözəl bir qəlb elə bu cür ata məhəbbətinin zəiflədiyinə təslim ola bilərdi. Mən yazıq adamam, 
mən haqlı yerə cəzalanmışam. Qızlarımın pozğunluğuna yalnız özüm səbəb oldum, onları mən xarab 
elədim. Uşaqlıqda konfet istədikləri kimi; onlar indi də nəşə istəyirlər. Mən onların hər nazına 
qatlaşardım, hər nə istəyirdilərsə, əməl edərdim. On beş yaşında hər birinin xüsusi karet  vardı! Onlar 
üçün mən heç bir şey əsirgəməzdim. Müqəssir yalnız mənəm, günah ancaq mənim məhəbbətimdədir. 
Dostum, bu səs onların səsidir, gəlirlər. Bəli, bəli, onlar gələcəklər. Qanun əmr edir ki, balalar öz can 
verən atalarını ziyarət etsinlər, qanun mənim tərəfimdədir. Axı bunun heç bir xərci yoxdur, karet   
xərcindən başqa. Yolpulunu mən verərəm. Onlara məktub yazın, onlara xəbər verin ki, mənim 
milyonlarım var! Vallah, düz deyirəm! Mən Odessaya, vermişel        mağa gedəcəyəm. Mən onun üsulunu 
bilirəm. Mənim planım əsasında milyonlar qazanmaq mümkündür. Bu hələ heç kəsin ağlına gəlməmişdir. 
Vermişel yolda un kimi, ya da taxıl kimi xarab olmaz. Bəli,bəli! Bəs kraxmala nə deyirsiniz? Milyonlar var, 
milyonlar! Bu, yalan deyil, siz cəsarətlə deyə bilərsiniz: milyonlar! Onlar hərislikdən belə gəlsələr, mən 
aldansam belə, yaxşıdır, heç olmasa, onların üzünü görərəm. Mən qızlarımı tələb edirəm! Onları mən 
yaratmışam! Onlar mənimdir! 
Qoca yatağında durub oturdu və pırtlaşıq ağsaçlı başını Ejenə doğru çevirdi: üzünün hər bir cizgisində bir 
hədə, bir qorxu əlaməti duyulurdu. 
Ejen onu sakit      məyə çalışaraq: 
– Yaxşı, yaxşı, sevimli Qorio ata, uzanın, sakit olun, mən bu saat onlara məktub yazaram, – deyirdi. – 
Byanşon qayıdan kimi onlar gəlməsə, mən özüm      ınca gedərəm. 
Qoca hıçqıra-hıçqıra: 
– Onlar gəlməzlərsə? – deyə təkrar etdi. – Mən ölərəm, hiddətimdən, qəzəbimdən, hirsimdən ölərəm! 
Mən artıq qəzəblənmişəm. Mən bu saat butun ömrümü nəzərdən keçirirəm. Mən aldanmışam! Onlar 
məni sevmirlər və heç zaman sevməmişlər! Bu, aydın məsələdir. İndi ki onlar gəlmədilər, demək, artıq 
gəlməyəcəklər. Onlar nə qədər geciksələr, bir o qədər məni sevindirmək çətin olacaq. Mən bunu bilirəm. 
Onlar heç zaman mənim acılarımı, mənim iztirablarımı, mənim ehtiyaclarımı duymamışlar, mənim 
öldüyümü də duymayacaqlar. Onlar mənim məhəbbətimin sirrini belə bilmirlər. Mən bunu görürəm, 
aydın görürəm ki, onlar mənim ciblərimi boşaltmağa vərdiş etmişdilər. Odur ki mən onlar üçün nə 
etsəydim, qiymətdən düşmüş olardı. Mənim gözlərimi çıxarmaq istəsəydilər belə, mən yalnız bir cavab 
verərdim: “Buyurun, çıxarın!” Mən çox axmaq adamam. Onlar elə bilirlər ki, hamının atası onların atası 
kimidir. Adam gərək heç vaxt öz qiymətini aşağı salmasın. Mənim əvəzimi onlardan öz uşaqları 
çıxacaqdır. Onlar öz mənfəətləri üçün bura gəlməlidirlər. Onlara xəbər verin ki, onların da ölüm dəqiqəsi 
mənim can verməyimə oxşaya bilər. Bu cinayət bütün cinayətlərin mücəssəməsidir. Gedin deyin ki, 
onların gəlmək istəməməsi atalarını öldürmək deməkdir. Onsuz da onların zülmləri və cinayətləri kifayət 
qədərdir. Mənim kimi siz də onlara çığırarsınız: “Ah, Nazi, ah, Delfina! Atanız sizi gözləyir, o, hər zaman 


sizə mehriban olmuşdur, indi isə əzab çəkir!” Heç bir şey. Heç kəs. Demək, mən it kimi gəbərəcəyəm! 
Məni atıb getmişlər, demək, mükafatım bu imiş! Qatillər, utanmazlar! Mən onlara nifrət edirəm, lənət 
oxuyuram, mən gecələr belə qəbrimdə durub onlara lənət oxuyacağam! Mən haqlı deyiləmmi, dostlar? 
Onların mənimlə necə rəftar etdiklərini görmürsünüzmü? Ah, mən nə danışıram? Siz mənə dediniz ki, 
Delfina buradadır? Delfina ondan yaxşıdır. Bəli, bəli, Ejen, mənim oğlum sizsiniz! Onu sevərsiniz, ona 
atalıq edərsiniz. O biri qızım çox bədbəxtdir. Bəs onların sərvətləri necə oldu? Aman Allah! Axırım çatdı, 
ağrılara dözə bilmirəm! Amandır, Allah eşqinə, başımı kəsin, qoyun ancaq ürəyim qalsın. 
Qocanın nalə və fəryadlarından qorxuya düşən Ejen çığırdı. 
– Kristof, tez Byanşonu tap, mənim üçün karet çağır! Mənim əziz atam Qorio, mən bu saat qızlarınızın      
ınca gedirəm, onları buraya gətirəcəyəm. 
Qoca hələ ağıllı, işıqlı gözlərini son dəfə Ejenə çevirib çığırdı: 
– Zorla gətirərsiniz, zorla! Qvardiya tələb edin, ordu tələb edin, zorla gətirin! Hökumətə müraciət edin, 
prokurora müraciət edin, tələb edin ki, əmr etsinlər, onları mənim yanıma gətizdirsinlər, mən tələb 
edirəm, mən tələb edirəm! 
– Siz ki onlara lənət oxudunuz? 
Qoca heyrətlə dedi: 
– Sizə kim dedi? Siz ki çox yaxşı bilirsiniz, mən onları sevirəm, pərəstiş edirəm! Onların üzünü görsəm, 
yenə sağalacağam! Gedin, mənim mehriban qonşum, gedin, mənim əziz balam, gedin, siz yaxşı 
adamsınız. Mən sizə təşəkkür etmək istərdim, ancaq can verən adamın xeyir-duasından başqa heç nəyim 
yoxdur. Ah, heç olmasa, Delfinanı görə bilsəydim, xahiş edərdim, sizin mükafatınızı o verərdi! Əgər böyük 
qızımı gətirmək mümkün olmasa, Delfinanı gətirərsiniz. Deyərsiniz ki, əgər gəlməsə, artıq siz də onu 
sevməyəcəksiniz. O, sizi çox sevir, o mütləq gələcəkdir! Ah, su, su! Ürəyim od tutub yanır! Başımın altına 
bir şey qoyun, ah, qızımın qolu başımın altında olsaydı, mən xilas olardım! Pərvərdigara! Mən öləndən 
sonra onların sərvətini kim qaytaracaq? Mən Odessaya getmək istəyirəm, onların xatiri üçün getmək 
istəyirəm... Odessaya vermişel hazırlamağa... 
Ejen can verən qocanı sağ əli ilə qaldırdı, sol əli ilə ona dərmanlı kasanı verərək: 
– İçin, – dedi. 
Qoca taqətdən düşmüş əlləriylə Ejenin əlini sıxaraq: 
– Bax, siz, – dedi, – siz, yəqin, atanızı və ananızı sevirsiniz! Siz başa düşürsünüzmü ki, mən qızlarımı 
görmədən ölürəm? Mənim on il daim ürəyim su üçün yanmış, ancaq yenə də su üzü görməmişəm! 
Kürəkənlərim mənim qızlarımı məhv etdilər. Bəli, onlar ərə gedəndən sonra artıq mən qızlarımdan 
məhrum oldum. Atalar,  alatalardan tələb edin ki, izdivac haqqında qanun nəşr etsinlər! Əgər qızlarınızı 
sevirsinizsə, ərə verməyin! Kürəkən – qızlarınızın          pozan, hər şeyi murdarlayan, çirkaba bulayan 
əclaf, alçaq deməkdir Yox olsun bütün izdivaclar! İzdivac bizi qızlarımızdan məhrum edir, can verəndə   , 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə