Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə76/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   69   70   71   72   73   74   75   76   77

bizi yad etməyə qoymur! Ataların ölumünü qanunlarla qoruyun! Bu, dəhşətli bir şeydir! İntiqam! Onları 
yanıma buraxmayan mənim kürəkənlərimdir! Öldürün kürəkənləri! Restoya ölüm, elzaslıya ölüm! Mənim 
qatilim onlardır. Ya sizə ölüm, ya da qızlarımı buraxın gəlsin! Ah, hər şey bitdi! Mən onlarla görüşmədən 
ölürəm! Hanı onlar? Nazi, Fifina, haradasınız, nə üçün gəlmirsiniz? Atanız can verir... 
– Sevimli atam Qorio. Sakit olun, tərpənməyin, həyəcanlanmayın, fikirləşməyin! 
– Onlarla görüşməmək mənim üçün ölümdür! 
– Siz tezliklə onları görəcəksiniz. 
Qoca bihuş halda: 
– Doğrudanmı? – dedi. – Ah, onları görə bilsəydim! Mən onları görəcəyəm, onların səsini eşidəcəyəm! 
Mən xoşbəxt öləcəyəm! Bəli, mən artıq yaşamaq belə istəmirəm, mənim üçün yaşamağın heç bir mənası 
yoxdur, mənim əzablarım artır. Lakin onları görmək, onların paltarına, ancaq paltarına toxunmaq, axı bu 
çox cüzi şeydir: onların varlığını, heç olmasa, bir şeydə duymaq! Onların saçlarını mənə verin, saçla... 
Qocanın başı yastığın üstünə düşdü. Sanki onu dəyənəklə vurdular. Əlləri yorğanı əlləşdirməyə başladı, 
sanki, bu əllər qızlarının saçlarını axtarırdı. 
O ancaq: 
– Mən onlara xeyir-dua verirəm, xeyir-dua verirəm, – deyə bildi və bihuş oldu. 
Bu       Byanşon gəldi. O dedi: 
– Mən bu saat Kristofa rast gəldim, sənin üçün karet tutacaq. 
Byanşon xəstəyə baxdı, göz qapaqlarını açdı. Hər iki tələbə ancaq həyatdan məhrum sönük gözlər gördü. 
Byanşon: 
– Məncə, – dedi, – o, bir daha ayılmayacaq. 
Byanşon qocanın nəbzini yoxladı, sonra əlini ürəyinin üstünə qoydu. 
– Maşın hələ işləyir, lakin onun vəziyyətində bu ancaq bədbəxtlikdir. Ölsəydi, daha yaxşı olardı! 
Rastinyak cavab verdi: 
– Elədir. 
– Sənə nə olmuşdur? Ölü kimi saralmısan. 
– Mən bu saat elə nalələr, elə fəğanlar eşitdim ki... Axı göydə Allah var! Bəli, mən Allahın var       
inanıram; inanıram ki, o, bu dünyanı ya düzəldəcək, ya da  er üzündə yaşamağın mənası olmayacaq. Əgər 


bu gördüklərim və eşitdiklərim bu qədər faciəli olmasaydı, mən göz yaşları töküb ağlardım; ancaq dəhşət 
mənim sinəmi də, qəlbimi də zəncirləmişdir. 
– Mənə bax, bir az pul lazım olacaq. Haradan tapa bilərik? 
Rastinyak saatını ona uzatdı. 
– Al, tez girov qoy. Mən bir dəqiqə belə itirməmək üçün yolda ləngimək istəmirəm. Ancaq Kristof  
gözləməyə məcburam. Mənim bir liarım belə yoxdur, minik pulunu qayıdandan sonra vermək lazım 
gələcək. 
Rastinyak yüyürə-yüyürə pilləkəndən düşdü, karetlə Elder küçəsində qrafinya de Restonun evinə tərəf 
getdi. Yolda, şahidi olduğu, dəhşətli mənzərədən mütəəssir olan xəyalatının təsiri altında daha da 
hiddətlənməyə başladı. İçəri girən kimi Ejen qrafinya de Restonu soruşdu, ancaq ona qrafinyanın qəbul 
etmədiyini söylədilər. 
Ejen lakeyə dedi ki: 
– Mən qrafinyanın atasının tapşırığı ilə gəlmişəm: o, can verir. 
– Cənab, qraf bizə ciddi əmr vermişdir ki... 
– Əgər qraf de Resto evdədirsə, ona qayınatasının nə vəziyyətdə olduğunu bildirin və deyin ki, mən bu 
saat onunla bu barədə danışmalıyam. 
Ejen xeyli gözləməyə məcbur oldu. “Kim bilir, bəlkə, bu dəqiqə qoca artıq ölür”, – deyə düşündü. 
Nəhayət, lakey onu birinci salona apardı. De Resto qalanmamış buxarının qarşısında dayanıb Ejeni 
gözləyirdi. Qraf əyləşməyi belə təklif etmədi. 
Rastinyak qraf de Restoya müraciətlə dedi: 
– Qraf, sizin qayınatanız miskin bir daxmada can verir, onun odun almağa belə pulu yoxdur. O, doğrudan 
da, ölüm ayağındadır, qızı ilə görüşmək istəyir... 
Qraf de Resto quru səslə cavab verdi: 
– Cənab de Rastinyak, siz özünüz yaxşı bilirsiniz ki, mənim cənab Qorioya qarşı o qədər də məhəbbətim 
yoxdur. O, qrafinya de Restonun atası olması vəziyyətindən sui-istifadə etmiş, mənim bədbəxtliyimə 
səbəb olmuşdur, mən ona istirahətimi pozan bir adam nəzəri ilə baxıram. O ölsə də, sağ qalsa da, mənim 
üçün heç bir fərqi yoxdur. Mənim ona qarşı bəslədiyim hiss budur. Qoy başqaları məni məzəmmət etsin, 
mənim üçün başqalarının rəyi heç bir şeydir. Bu saat mən olduqca mühüm işlərimi tamamlamalıyam, 
axmaq adamların, yaxud mənim üçün heç dərəcəsində olan adamların mənim barəmdə nə 
düşünəcəklərini fikirləşməyə  heç həvəsim yoxdur. Qrafinya de Restoya gəlincə, onun getməyə imkanı 
yoxdur. Bundan başqa, onun evdən çıxmasını mən arzu etmirəm. Atasına deyərsiniz ki, qrafinya mənə və 
mənim övladıma aid vəzifəsini yerinə yetirdikdən sonra onu ziyarət edə bilər. Əgər o, atasını sevsəydi, bir 
neçə saniyədən sonra azad ola bilərdi. 


– Qraf, sizin hərəkətinizi mühakimə etmək mənim vəzifəm deyil, lakin mən sizin sədaqətinizə əmin ola 
bilərəmmi? O halda mənə yalnız bir şey vəd etməlisiniz: siz qrafinyaya deməlisiniz ki, onun atası bir gün 
belə yaşamayacaq və onu öz yatağının yanında görmədiyinə görə artıq lənət oxumuşdur. 
Ejenin sözlərində səslənən hiddət və qəzəb hissinin təsiri altında qraf de Resto: 
– Bunu ona özünüz söyləyə bilərsiniz, – deyə cavab verdi. 
Rastinyak qrafın müşayiəti ilə qrafinyanın, adətən, vaxtını keçirdiyi salona daxil oldu. Qrafinya        
kreslonun                       ölümə məhkum dustaq kimi, ağlar halda salonda əyləşmişdi. Ejenin ona yazığı 
gəldi. Rastinyakın üzünə baxmazdan əvvəl, qrafinya ərinə doğru cəsarətsiz nəzər saldı: cismani və mənəvi 
istibdad altında büsbütün taqətdən düşdüyü görünürdü. Qraf başı ilə işarə elədi, qrafinya isə danışmaq 
üçün icazə verildiyini anladı. 
– Mən hamısını eşitdim, cənab Rastinyak. Atama deyərsiniz ki, mənim nə vəziyyətdə olduğumu bilsəydi, 
məni bağışlardı. Mən belə bir zindan əzabını təsəvvürümə gətirə bilməzdim, – deyə ərinə müraciət etdi. 
– Bu, mənim qüvvəm xaricindədir, lakin mən son nəfəsimə qədər təslim olmayacağam. Mən anayam! 
Sonra üzünü yenə Ejenə doğru çevirərək: 
– Atama deyin ki, kənardan başqa cür görünsə də, onun barəsində mən məzəmmətə layiq deyiləm, – 
deyə ümidsizliklə çığırdı. 
Rastinyak qrafinyanın qəlbində dəhşətli dönüş üz verdiyini anladı; hər ikisinə baş əyib, gördüyü səhnədən 
mütəəssir halda salondan çıxdı. Qraf de Restonun sözündən bütün səylərinin bihudə olacağını anlamaq 
olardı. Rastinyak Anastazinin sərbəstlikdən məhrum edildiyini anladı. 
Ejen Delfinanın evinə tərəf qaçdı. Delfina hələ yatağında idi. O: 
– Sevimli dostum, – dedi, – mən xəstəyəm. Baldan qayıdanda mənə soyuq dəymişdir. Sətəlcəmdən 
qorxuram. Bu saat yanıma həkim gələcək... 
Ejen Delfinanın sözünü kəsərək: 
– Lap bir ayağınız qəbirdə olsa belə, sürünə-sürünə getmək lazım gəlsə belə, siz atanızı ziyarət 
etməlisiniz. O, sizi çağırır! Siz onun ən zəif bir naləsini eşitmiş olsaydınız, bütün xəstəliyinizi unudardınız 
– Ejen, bəlkə atam sizin söylədiyiniz qədər də xəstə deyildir, lakin mən sizin nəzərinizdən azacıq belə 
düşmək istəməzdim, odur ki siz nə arzu etsəniz, əməl edəcəyəm. Ancaq bunu da bilin ki, mən daha da 
bərk xəstələnərəmsə, atam buna qətiyyən tab gətirməz. Yaxşı! Həkim gələn kimi mən də gedəcəyəm... – 
Delfina Ejenin üstündə saatın zəncirini görməyərək: – Oho, – dedi. – Nə üçün saat üstünüzdə deyil? 
Rastinyak qızardı. 
– Ejen! Ejen! Əgər siz saatı itirmişsinizsə, satmışsınınzsa... Ah, bu, heç yaxşı olmazdı! 
Ejen yatağın üzərinə əyildi və Delfinanın qulağına pıçıldadı: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə