Mən cəhənnəmə də gedə bilərəm. – Artıq nə deyəcəyini bilməyən qoca Qorio: – Gəlin nahar edək, nahar
edək, burada hər şey bizimdir, – dedi.
– Ah, sevimli atam!
Qoca ayağa durdu, qızına yaxınlaşdı, başını əlinə alıb, saçlarının tağından öpdü.
– Mənim balam, sən heç zəhmət çəkmədən mənə nə qədər xoşbəxtlik verə biləcəyini başa düşsəydin!
Mənim otağım yuxarıdadır. İki addım yuxarı qalxıb mənim yanıma gəlsəydin, nə olardı ki?! Sən mənə vəd
edirsənmi?
– Bəli, sevimli atam.
– Təkrar elə.
– Bəli, sevimli atam.
– Sus, yoxsa mən bu sözləri yüz dəfə təkrar etməyə məcbur edə bilərəm. Gəlin nahar edək.
Bütün axşam əyləncələr içində keçdi. Qorio ata hamıdan çox əylənirdi. O, qızının ayaqları yanında uzanıb,
onları öpür, başını onun ətəklərinə sürtür, mehriban, cavan aşiq kimi divanəlik edirdi.
Delfina Rastinyaka pıçıldayaraq:
– Görürsünüzmü? – dedi. – Atam bizim yanımızda olanda, bütün varlığımızla ona tabe olmalıyıq. Bu isə
bəzən adamı sıxır.
Ejenin qəlbində dəfələrlə qısqanclıq odu alışırdı. O, nankorluq əlaməti olan bu fikri məzəmmət etmək
iqtidarında deyildi. Otağı nəzərdən keçirərək:
– Bəs mənzil nə vaxt tamam hazır olacaq? – dedi. – Görünür, biz bu gün ayrılmağa məcburuq.
Delfina hiyləgər əda ilə:
– Bəli, – deyə cavab verdi, – lakin sabah siz mənim evimdə nahar edəcəksiniz. Sabah italyan operası var.
Qorio ata:
– Mən parterdə oturacağam, – dedi.
Gecə yarı oldu. Delfinanın ınca karet gəldi. Tələbə ilə Qorio ata “Vokenin evi”nə qayıtdılar. Yolda daim
Delfinadan danışırdılar; getdikcə ona daha artıq valeh olurdular. Gənclə qocanın söhbəti iki qadir
ehtirasın arasında gedən söz yarışına oxşayırdı. Ejen, xoşbəxtlikdən uzaq ata məhəbbətinin, öz sarsılmaz
qüdrəti və etibarı ilə onun məhəbbətinə üstün gəldiyini hiss edirdi. Ata məhəbbətinin məbudu həmişə
pak və gözəl görünür, keçmiş və gələcək isə bu pərəstişkarlığa daha böyük qüvvət verirdi.
Nəhayət, evə çatdılar. Madam Voke Silviya və Kristofun yanında, sobanın yaxınlığında oturmuşdu. Qoca
ev sahibəsi Karfagen xərabələrində Mari i* andırırdı. Dərdini Silviyaya söyləyərək, iki son kirayənişini
gözləyirdi. Lord Bayron öz Tassosunun* dili ilə həyatdan gözəl şikayətlər etsə də, onun bu şikayətləri
madam Vokenin ələmlərindəki səmimiyyətlə muqayisə belə edilə bilməzdi
– Demək, Silviya, sabah səhər ancaq üç fincan qəhvə bişirmək lazımdır. Görürsən necə oldu! Evim
boşaldı; ürəyim parçalanır. Pansionersiz mənim həyatım nə olacaq? Heç bir şey. Evim kimsəsiz qaldı.
Kimsəsiz qalan evdə həyat da qalmaz. Bilmirəm mən Allahın qarşısında nə günah işlətmişəm ki, o, bu
müsibətləri mənə rəva görüb? Lobya və kartofumuz iyirmi adam üçün tədarük edilib. Mənim evimə polis
qədəm basdı! Demək, biz ancaq kartofla dolanmağa məcburuq. Kristofu lazım gələcək.
Mürgüləyən savoyalı oyandı və soruşdu.
– Nə buyurursunuz?
Silviya dedi:
– Yazıq uşaq! Lap iti kimidir.
– Pis zamandır, hamı özünə yer tapıb. Bura kirayənişin haradan gələcək? Dəli olaram. Hələ bu bəs
deyilmiş, cadugər Mişono Puareni də məndən ayırdı. Puare tula kimi onun dalınca qaçır. Heç bilmirəm o,
bu adamı özünə nə ilə bağlayıb?
Silviya başını yırğalayaraq:
– Eh, dedi, – bu qarımış qızlar hər şeyin təhərini yaxşı bilirlər.
– Biçarə cənab Votreni katorqalı etdilər, amma bilirsənmi, Silviya, nə deyirsən de, ancaq mən buna indi
də inanmıram. O necə şən adam idi! Ayda on beş franklıq “qloriya” içərdi, aldığı şeylərin pulunu həmişə n
d verərdi!
Kristof əlavə etdi:
– Əliaçıq adam idi!
Silviya:
– Görünür, bu, səhv olmuşdur, – deyə öz fikrini bildirdi.
Madam Voke yenə sözünə davam edərək:
– Yox, ola bilməz, – dedi, – o özü etiraf etdi... Heç adamın , bütün bu müsibətlər mənim
evimdə baş verdi. Bizim məhəllədə yad pişi belə . Namusuma and olsun, lap elə bil yuxu görürəm.
Dünyada çox şeylər görmüşük, XVI Lüdovikin başına gələni də, imperatorun taxtdan düşməsini də,
qayıtmağını da, yenə taxtdan düşməyini də, hamısını görmüşük, amma bunlar ağlasığan şey idi. Ailə
pansionlarının axı kimə nə ziyanı var? Kralsız dolanmaq olar, ancaq ac qalmaq olmaz. Mənim kimi
namuslu arvad, həm də de Konflan nəslindən olan bir arvad camaata yaxşı-yaxşı xörəklər verəndə məgər
qiyamət qopar?.. Elədir ki var: qiyamət günü çatıb, dünyanın axırıdır.
Silviya dedi:
– Heç adamın ağlına gəlməzdi ki, bütün bu tufanı qopardan madmazel Mişono olar! Hələ deyirlər
bunun üçün min ekü pul alacaq.
Madam Voke dedi:
– Mənim yanımda onun ! O, alçaq qadındır! Hələ Bünonun pansionuna köçməsi bir tərəfdə dursun,
o nə istəsən eləyə bilər; mən onun keçmişdə yamaq işlər gördüyünə, oğurluq etdiyinə, adam
öldürdüyünə əminəm. Bax katorqaya o zavallı deyil, bu getməli idi.
Bu Ejenlə Qorio ata zəngi çaldılar.
Madam Voke içini çəkərək:
– Ah, – dedi, – mənim vəfalı kirayənişinlərim gəldilər.
Ailə pansionunun üz verən müsibətlərini olduqca dumanlı şəkildə özündə hifz edən bu iki “vəfalı”
kirayənişin Şosse d’Anten küçəsinə köçəcəklərini açıqdan-açığa madam Vokeyə bildirdilər.
Madam Voke bağırdı:
– Silviya, mənim son ümidim də qırıldı! Cənablar, siz mənə ölümcül zərbə vurdunuz. Ürəyimə dağ
çəkdiniz, sinəmi parça-parça etdiniz. Bu nə fəlakətli gün imiş! Məni on il qocaltdı. Namusuma and olsun,
dəli oluram! Bəs lobyanı neyləyəcəyik? İş-işdən keçib, indi ki tək-tənha qaldım, sabah sənin haqq-
hesabını çəkməyə məcburam, Kristof! Əlvida, cənablar, gecəniz xeyrə qalsın!
Ejen Silviyadan soruşdu:
– Ona nə olub?
– Nə olacaq! Bu əhvalatdan sonra bütün kirayənişinlər pansionu tərk etdilər. İndi yazığın başına hava
gəlib. Bir diqqət edin, deyəsən, ağlayır. Eybi yoxdur, ağlayar, ürəyini boşaldar. Bu birinci dəfədir, mən
burada olandan bəri bir dəfə də onun göz yaşı tökdüyünü görməmişəm.
Səhər, madam Vokenin öz təbiri ilə desək, ağlı başına gəldi. Aydın məsələdir ki, bütün kirayənişinlərini
itirmiş və həyatında böyük dönüş yaranan hər bir pansion sahibəsi kimi, o da məyus olmuşdu, lakin yenə
də ağlını itirməmiş və maddi mənfəətlərə zərbə vuran, vərdiş etdiyi həyatı pozan əsl kədər mücəssəməsi
olmuşdu. Təbii ki, öz məşuqəsinin yaşadığı yeri tərk etməyə məcbur olan bir aşiqin gözlərindəki qəm, boş
qalmış süfrəyə baxan madam Vokenin gözlərindəki qəmdən daha az olardı. Ejen Vokeyə təsəlli verərək,
bir neçə gündən sonra xəstəxanada təcrübə müddətini qurtaran Byanşonun onun otağına köçəcəyini,
muzey məmurunun belə dəfələrlə madam Kutürün otağını tutacağı haqqında öz arzusunu bildirdiyini və
beləliklə də az vaxtda pansionun yenə kirayənişinlərlə dolacağını söyləyirdi.
Voke məşum nəzərlə yemək otağını seyr edərək:
Dostları ilə paylaş: |