Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə61/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

– Allah eləsin, əzizim cənab Ejen, – dedi. – Ancaq bu evə müsibət ayaq basmışdır. Görərsiniz, on gün belə 
keçməz ki, ölüm də bura qədəm basacaq. Görəsən, kimi aparacaq? 
Ejen yavaşcadan Qorio ataya dedi: 
– Köçmək vaxtıdır. 
Bu zaman Silviya qorxu içində, yüyürə-yüyürə içəri girdi: 
– Xanım, üç gün olar ki, Mistiqrisdən xəbər yoxdur. 
– Ah, pişiyim də məhv oldu, o da bizi tərk etdi, artıq mən... 
Zavallı Voke sözünü tamamlaya bilmədi, qollarını çarpazlayıb, kreslonun üstünə yıxıldı:  u dəhşətli xəbər 
onu tamam sarsıtmışdı. 
 
Günortaya yaxın, Panteon rayonundakı poçtalyonlar məktubları paylayanda Ejenə də zərif bir zərf içində, 
üstü de Bosean gerbi ilə möhürlənmiş bir məktub verdilər. Zərfin içindəki dəvətə görə, madam 
Nusingenlə cənab Nusingen vikontessanın evində təşkil edilən böyük bala               . Balın təşkil ediləcəyi 
hələ bir ay bundan əvvəl hamıya məlum idi. Dəvətnaməyə Ejenin adına yazılmış bir məktub da əlavə 
edilmişdi: 
“Belə güman edirəm ki, siz məmnuniyyətlə mənim sifarişimi qəbul edərək, madam de Nusingenə hüsn-
təvəccöhümü söyləyə bilərsiniz. Xahiş etdiyiniz dəvətnaməni sizə göndərirəm, madam de Restonun 
bacısı ilə tanış olacağımdan məmnun qalacağam. Demək, siz gözəl xanımınızı bizə gətirirsiniz, ancaq elə 
edin ki, sizin qəlbinizə bütünlükdə yalnız o hakim olmasın, çünki mənim sizə bəslədiyim hisslərin 
qarşısında siz məhəbbətinizin bir hissəsini mənə həsr etməlisiniz. 
Vikontessa de Bosean”. 
Ejen məktubu oxuduqdan sonra öz-özünə düşündü: “Ancaq madam de Bosean baron Nusingenin 
gəlməsindən məmnun qalmayacağına aydınca işarə edir”. 
O, Delfinanı sevindirə biləcəyindən razı halda dərhal yola düşdü. Bu sevincin qarşısında layiqli bir 
mükafat alacağı ümidində idi. Madam de Nusingen vanna qəbul edirdi. Ejen iki ildən bəri məşuqə həsrəti 
çəkən qızğın bir gənc üçün tamamilə təbii görünən səbirsizlik içində buduarda Delfinanı gözləyirdi. 
Gənclərin həyatında bu cür dəqiqələr ancaq bir dəfə olur. Kişinin məftun olduğu və həqiqətən sevilməyə 
layiq ilk qadın, yəni Parisin yüksək cəmiyyətinin tələblərinə riayət edərək daim kişinin nəzərində bütün 
parlaq gözəlliyi ilə görünən bir qadına rəqibə yoxdur. Paris məhəbbəti qətiyyən əyalət məhəbbətinə 
bənzəməz. Burada məhəbbət hisslərinin, guya, səmimi olduğunu sübut etmək üçün hər kəsin öz 
meyillərini bəzəməyə çalışdığı boş sözlərdən ibarət zahiri görkəmə heç kəs aldanmaz. Bu şəhərdə qadın 
nəinki hissin və ürəyin bütün tələblərini ödəməlidir, o, eyni zamanda yaxşı başa düşür ki, onun başlıca 
vəzifəsi həyatın toxumaları olan şöhrətpərəstlik təfərrüatına riayət etməkdən ibarətdir. Paris 
məhəbbətində özünü öymək, dəbdəbə, bədxərclik, həyasızlıq və gurultu-parıltı mühüm yer tutur. XIV 


Lüdovikin sarayındakı xanımlar bu böyük hökmdarın coşqun hisslər təsiri ilə hər bir manjetinin min ekü 
qiyməti olduğunu unudaraq, hersoq de Vermanduanın doğulmasına yardım etmək məqsədi ilə, 
manjetlərini parça-parça cırdığını görərək, madmazel de Lavalyerə* qibtə edirdilərsə, başqalarından nə 
tələb etmək olar? Sərvəti, cavanlığı, kübarlığı öz varlığınızda birləşdirin, imkanınız varsa, daha çox 
müvəffəqiyyət qazanın: məbudunuzun qarşısında nə qədər çox ətir saçsanız, onun meyli sizə bir o qədər 
çox olacaqdır. Əlbəttə, məbudun olması birinci şərtdir. Məhəbbət də din kimi şeydir, onun ayini, bəlkə 
də, bütün dinlərin ayinindən baha başa gəlir: məhəbbət tez keçər, lakin onun gəlişi bütün yol boyu 
vurub-yıxmaqla məşğul olan küçə uşağının gəlişinə bənzər. Hissiyyatın zənginliyi taxtapuşlarda yaşayan 
yoxsulların poeziyasıdır. Bu zinət olmasaydı, məhəbbət nəyə lazım idi? Doğrudur, dəhşətli Paris 
qanunlarının təsiri altında  çıxarılmış ruhlar da var, lakin bu ruhlar fani dünyadan uzaqdır; onlara ancaq 
ictimai görüşlərin təsiri altına düşməyən, sürətlə axan, lakin heç vaxt tükənməyən duru çeşmələrin 
yaxınlığında yaşayan, yaşıl ağaclara sadiq qalan, hər şeydə və qəlblərində səslənən kainat sədalarını 
dinləyən, özünü dünya işləri ilə bağlayanlara acıyaraq, göylərə qalxacaqlarını səbirlə gözləyən insanlar 
arasında təsadüf etmək mümkündür. Hörmət və şöhrətin dadını duymuş gənclər kimi, Ejen də kübarlar 
dünyasına tamam-kamal çıxmaq niyyətində idi: kübarlar dünyasının qızdırması ona da keçmiş, bu 
dünyaya hökmranlıq iqtidarında olduğunu, bəlkə də, hiss etmişdi; lakin o, bu şöhrəti əldə etmək üçün nə 
bir vasitə görür, nə də bunun qayəsini anlayırdı. Həyata məna və gözəllik verə biləcək pak və müqəddəs 
məhəbbətdən məhrum olan insan üçün hakimiyyət ehtirası bir çox gözəl əməllərin doğmasına səbəb ola 
bilər; bunun üçün ancaq şəxsi mənfəətdən imtina etmək, məmləkətin yüksəlişini qarşıya məqsəd 
qoymaq lazım gəlir. Lakin Rastinyak həyatın axınını seyr edəcək və düzgün müəyyənləşdirə biləcək 
yüksəkliyə qalxmamışdı. O, əyalətdə böyümüş insanların ilk gəncliyini yarpaq kimi bürüyən saf və şirin 
arzuların sehrindən         qurtula bilməmişdi. Hələ Ejen Paris Rubikonunu* keçməyə cəsarət etmirdi. O, 
yeni hisslər həsrəti ilə çırpınmasına baxmayaraq, əsl zadəganın öz malikanəsində sürdüyü xoşbəxt həyat 
haqqın akı gizli xülyadan ayrılmamışdı. Lakin öz xüsusi mənzilində olduğu günün ərəfəsində onun son 
şübhələri çəkilib getdi. O, çoxdan bəri öz ictimai mənşəyinin imtiyazlarından istifadə etdiyi kimi, bu gün 
də sərvətin maddi imtiyazlarından istifadə edərək əyalət cildini atıb, rahatca yeni vəziyyət              oldu. 
Artıq buradan onun qarşısında parlaq gələcəyə doğru yol açılırdı. Ona görə də bu saat az qala öz 
ixtiyarına keçirmiş olduğu bu qəşəng buduarda kresloda əyləşib Delfinanı gözlədiyi zaman Ejen bir il 
bundan qabaq Parisə yenicə gəlmiş Rastinyakdan nə qədər uzaq olduğunu gördü, bu yeni Rastinyaka 
daxili mənəvi bir nəzərlə tamaşa edərək, özündən soruşdu: “Görəsən, mən bu saat heç özümə 
oxşayırammı?” 
Buduara daxil olan Tereza: 
– Baronessa öz otağındadır, – dedi. Onun qəfil səsindən Ejen diksindi. 
Delfina gümrah və təravətli halda buxarının yanındakı kiçik divanda uzanmışdı. Kis yi qırçınlar içində bu 
qadın, meyvəsini çiçəklərinin ağuşuna alan qəşəng Hindistan bitkilərinə bənzəyirdi. 
Delfina hərarətlə: 
– Nəhayət, gəlib çıxdın! 
Ejen Delfinanın yanında əyləşdi və əlini öpüb soruşdu: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə