Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə65/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

– Qol çəkmə! Olmaya-olmaya qol çəkəsən! Belə, belə, cənab de Resto! Siz öz arvadınıza xoşbəxtlik 
vermək iqtidarında deyildiniz, o, bu xoşbəxtliyi başqa yerdə axtarmağa məcbur olur, siz isə axmaq 
acizliyinizə görə ona cəza verirsiniz? Dayan, mən hələ ölməmişəm! Təlaş etmə, Nazi, onun qabağına mən 
sədd çəkəcəyəm. Aha! O, varis həvəsindədir! Çox yaxşı, çox yaxşı. Mən onun oğlunu öz yanıma 
gətirəcəyəm, o, mənim nəvəm deyilmi?! Mənim də bu uşağı görməyə haqqım var! Narahat olma, mən 
onu kəndə aparacağam, onun qayğısını çəkəcəyəm. Mən bu dəhşətli insanı təslim olmağa vadar 
edəcəyəm. Mən ona deyəcəyəm ki: “Görək kim qalib gəlir. Oğlunu qaytarmaq istəyirsənsə, qızımın 
mülkünü özünə qaytar, qoy istədiyi kimi yaşasın!” 
– Ata! 
– Bəli, mən sənin atanam. Ah, mən əsl atayam. Qoy bu əclaf zadəgan mənim qızımı incitməsin. Lənətlər 
olsun! Damarlarımda nə qanın axdığından bixəbərəm. Damarlarımdakı pələng qanıdır, mən sizin 
ərlərinizi didməyə hazıram. Allah, amandır, mənim əziz balalarım! Sizin həyatınız bu imiş! Bu, mənim 
üçün ölümdür, ölüm! Mən öləndən sonra sizin başınıza nə bəlalar gələcək? Uşaqlar sağ ikən atalar 
ölməməlidirlər. Pərvərdigara,  ən bu dünyanı nə pis yaratmısan! Hələ deyirlər ki, sənin oğlun var. Sən bizi 
balalarımız üçün çəkdiyimiz iztirablardan xilas etməli idin! Mənim mələk qızlarım, axı buna nə ad vermək 
olar? Mənim yanıma gəlməyinizə səbəb ancaq başınıza gələn müsibətlərdir. Mənim gördüyüm ancaq 
sizin göz yaşlarınızdır. Eybi yoxdur, qoy belə olsun! Bəli, bəli, sizin məni sevdiyinizi bilirəm. Eybi yoxdur, 
gəlin, yanıma göz yaşı tökməyə gəlin. Mənim ürəyim genişdir, hər şeyə dözər. Siz onu paralaya bilərsiniz, 
lakin qəlbimin parçaları yenə dönüb ata qəlbi olacaq. Mən sizin bütün əziyyətlərinizi öz boynuma 
götürmək istərdim, sizin dərdinizi özüm çəkmək istərdim. Siz balaca olanda nə qədər xoşbəxt idiniz! 
Delfina: 
– Bizim yalnız o zaman günlərimiz xoş keçirdi, – dedi. – Böyük anbarın içində oynadığımız günlər, un 
taylarının üstündən başaşağı dığırlandığımız gözəl günlər hanı? 
– Ata, bu, hələ hamısı deyil. 
Anastazi bu sözləri Qorionun qulağına pıçıldadı. Qoca dik atıldı. Qrafinya sözünə davam edərək dedi: 
– Brilyantlar üçün yüz min vermədilər. Maksim yenə də məhkəmə qorxusu altındadır. Biz hələ on iki min 
frank da verməliyik. Maksim mənə ağıllanacağını, qumarı buraxacağını vəd etmişdir. Onun 
məhəbbətindən başqa mənim heç bir şeyim qalmamışdır; mən bu məhəbbəti çox baha qiymətə satın 
almışam; bu məhəbbət əldən çıxarsa, artıq mənim ölən günümdür. Mən bu məhəbbət yolunda hər 
şeyimi fəda etdim: namus, şərəf, sərvət, istirahət, uşaqlar, hər şey məhv oldu. Amandır, yalvarıram, heç 
olmasa, onun azadlığını, namuslu adını özünə qaytarın, cəmiyyət xaricində qalmasın, o, yenə özünə bir 
mövqe qazana bilər. Bu gün o yalnız öz fərdi səadəti üçün məsul deyildir, unutmayın ki, bizim balalarımız 
var, onlar hər şeydən məhrum ola bilərlər. Onu Sent-Pelaji1 həbsxanasına salsalar, artıq hər şey məhv 
olacaq. 
– Mənim pulum yoxdur, Nazi. Artıq heç bir şeyim yoxdur, heç bir şeyim! Dünyanın axırıdır, qızım. Artıq 
qiyamət günüdür, vaveyladır, qızım! Qaçın, xilas olun, qızlarım! Bəli! Mənim hələ gümüşüm durur, altı 


ədəd süfrə qab-qaşığım var! Bunlar mənim ilk aldığım şeylər idi! Daha nəyim var?.. Ancaq min iki yüz 
franklıq ömürlük rentam. 
– Bəs siz daimi faiz kağızlarınızı nə etdiniz? 
– Mən onu satdım, ehtiyac üçün yalnız balaca bir mədaxil saxladım. Fifina üçün mənzil         tməyə on iki 
min frank lazım oldu. 
Madam de Resto heyrətlə bacısından soruşdu. 
– Necə, Delfina? Sənin öz evində? 
Qorio ata dedi: 
– Nə fərqi var! On iki min frank artıq xərclənmişdir. 
Qrafinya: 
– Başa düşürəm, – dedi. – Cənab Rastinyak üçün          misiniz! Zavallı Delfina, sən nə edirsən? Mənim 
başıma gələn müsibətləri görmürsənmi? 
– Əzizim, cənab Rastinyak öz məşuqələrini qarət edən gənclərdən deyil. 
– Sağ ol, Delfina, mənim bu ağır vəziyyətimdə səndən bundan artıq şey gözləmirdim. Lakin sən məni heç 
vaxt sevməmisən. 
Qorio ata ucadan dedi: 
– Yox, Nazi, yox, o, səni çox sevir. O, bunu mənə bu saat söylədi. Biz sənin söhbətini edirdik; hələ o 
deyirdi ki, sən, həqiqətən, gözəlsən, o isə ancaq xoşagəlimlidir. 
Qrafinya: 
– Sənin gəzəlliyin ruhsuz gözəllikdir, – dedi. 
Delfina qızardı: 
– Qoy sən deyən olsun. Bəs sənin mənə münasibətin necə olmuşdur? Sən məndən üz döndərdin, mənim 
getmək istədiyim bütün evlərin qapılarını       bağlatdırdın, mənə ziyan vurmaq üçün heç bir fürsəti əldən 
vermədin! Məgər mən bura sənin kimi atamın var-yoxunu çəkib aparmağa gəlirdim? Məgər onu bu 
vəziyyətə salan mən oldum? Bu, sənin əməlindir, bacı. Mən imkan düşdükcə atamla görüşərdim, onu öz 
evimdən qovmazdım. Ehtiyacım olanda gəlib əllərini yalamazdım. Hətta bu on iki min frankın mənim 
üçün sərf edildiyindən xəbərim yoxdur. Sən özün yaxşı bilirsən ki, pul məsələsində mənim qanun-
qaydam var. Əgər atam mənə hədiyyə vermək istəyibsə, bil ki, mən heç vaxt ondan bunu xahiş 
etməmişəm. 
– Sən məndən xoşbəxt oldun: cənab de Marse zəngindir və bu barədə sənin bir az məlumatın var. Sən 
həmişə qızıl kimi mənfur olmusan. Əlvida, mənim artıq nə bacım var, nə də... 


Qorio ata çığıraraq: 
– Sus, Nazi! – dedi. 
Delfina cavab verdi: 
– Heç kəsin inanmadığı şayiələri yalnız sənin kimi bacılar təkrar edə bilər. Sən eybəcər insansan! 
– Balalarım, əziz balalarım, bəsdir, amandır, bəsdir, yoxsa bu saat sizin qabağınızda özümü öldürərəm. 
Delfina deyirdi: 
– Yaxşı. Nazi, sən bədbəxtsən, mən səni bağışlayıram. Lakin mən yenə də səndən yaxşıyam. Mən sənə 
kömək üçün hər şeyə hazır idim. Hətta ərimin yataq otağına belə getmək fikrində idim, halbuki mən 
bunu nə öz xatirim üçün, nə də... etməzdim... Amma sən belə bir dəqiqədə mənə elə sözlər dedin ki... 
Son        il ərzində mənə elədiyin pisliklərdən sənin bu hərəkətin geri qalmaz. 
Qoca yalvarırdı: 
– Balalarım, qucaqlaşın, barışın, balalarım! Siz ikiniz də mənim mələk qızlarımsınız. 
Qrafinyanın əlindən tutan Qorionu qrafinya kənar edərək: 
– Yox, – dedi, – mənə toxunmayın! O, mənim ərimdən də rəhmsizdir. Güman etmək olar ki, bu qadın 
xeyirxahlıq timsalıdır! 
– Qoy mənim haqqımda desinlər ki, mən cənab de Marseyə borclu qalıram, nəinki cənab de Trayın  ənə 
yüz min franka                etiraf edim. 
Madam de Nusingenin bu cavabı qrafinyanı daha da hiddətləndirdi. Bacısına tərəf hücum edərək: 
– Delfina! – deyə çığırdı. 
Baronessa soyuq səslə: 
– Mən sənə iftiranın əvəzində həqiqəti söyləyirəm, – dedi. 
– Delfina, sən... 
Qorio ata qrafinyaya tərəf atıldı, əli ilə onun ağzını yumaraq, sözünü deməyə qoymadı. 
Anastazi soruşdu: 
– Ata, siz bu gün əlinizi nəyə vurmusunuz? 
Zavallı ata üzr istəyərək: 
– Doğru deyirsən, təqsirkaram, – dedi və əllərini şalvarına sürtdü. – Axı mən köçürəm, mən bilmirdim siz 
gələcəksiniz. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə