Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə68/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   64   65   66   67   68   69   70   71   ...   110

207

Qızılbaşların qəti cavabı Sinan paşanın döyüşkən əhval-

ruhiyyəsini bir qədər yumşaltdı. O, ikinci dəfə daha mülayim

məktub göndərdi. O, yazırdı ki,  “Osman paşa Əlahəzrət xondkarın

taxt-tacının hüzurunda bildirmişdir ki,  Şirvan ölkəsi bizim

tərəfimizdən ələ keçirilmişdir. Əgər bunun belə olduğu məlum

olarsa, bundan sonra qızılbaşlar tərəfindən Şirvan mülkünə iddialar

irəli sürülməməsi ən ağıllı hərəkət olardı. Əgər bu məsələ üzrə

ixtilaf olmasa,mən sülhə zəmanət verirəm”. Qızılbaşların cavab

məktubu müvafiq surətdə, mehriban ruhda oldu.

Sinan paşanın təklifi ilə tərəflər razılaşdılar ki, hicri 988

(1580-1581)-ci ildə onlardan hər biri qışlamaq üçün öz yerlərində

qalsınlar. Hər iki tərəfin nümayəndələri Şirvana gəlməli və bu

ölkənun bu, yaxud digər ərazisinin kimin əlində olmasını

aydınlaşdırmalı idilər. Bu məqsədlə türklər tərəfindən Ömər ağa

Şirvana göndərildi. Sinan paşa qışı  Ərzurumda qaldı. Şah da

qışlamaq üçün Naxçıvan yaylaqlarından (Eşkəmbər və Qəleybər)

Qarabağa doğru hərəkət etdi.

Bu məqamda Şirvan üçüncü dəfə Krım tatarlarının qarətçi

qoşunlarının basqınına məruz qaldı. Qazi Girey və Səfi Girey

böyük ordu ilə  Dərbənddən keçərək Şirvana soxuldular. Bu hücum

qızılbaşlar üçün əlverişli olmayan şəraitdə baş verdi. Şirvanda hələ

qızılbaş qoşunları yox idi. Çünki Salman xan əmirlərlə birlikdə hələ

Kürü keçməmişdi. Onlar yaylaqda idilər. İskəndər bəy Münşinin

bildirdiyi kimi, “Şirvan xainləri” Salman xanın düşərgəsinin olduğu

yeri tatarlara xəbər vermişdilər. Bədbəxtlikdən həftə  ərzində ara

vermədən yağış yağmışdı, palçıq və gölməçələrin keçilməzliyi

üzündən hər cür hərəkət son dərəcə çətinləşmişdi. Buna görə də

qızılbaşlar tatarların yaxınlaşmasını sezməmişdilər. Eyni zamanda,

şirvanlılar düşməni Kürün elə yerindən keçirmişdilər ki, oradan

tamamilə hücum gözlənilmirdi. Qızılbaşlar hətta silahlanmağa və

bir yerə cəmləşməyə də imkan tapmadılar. Onların çoxusu

qaçmaqla canını qurtardı, müqavimət göstərən az hissəsi isə



208

qəhrəmanlıqla həlak oldu. Tatarlar qızılbaş düşərgəsini qarət etdilər

və elə həmin gün də geri qayıtdılar. Osman paşa isə tatarların

köməyilə türklərin dəstəsini Bakıya daxil etdi və qalanı

möhkəmləndirdi

202


.

Tatarların Salman xanı darmadağın etməsi xəbəri Qarabağa

daxil olduqları vaxtda şaha gəlib çatdı. Saray adamlarının qışlamaq

üçün dayandığı  Qızılağacdan Mirzə Salman, Əmir xan, Qulu bəy

qorçibaşı,  Şahrux xan, Pirə Məhəmməd xan və başqa əmirlər

qoşunlarla Şirvana – tatarlara qarşı göndərildi. Bundan əvvəl

tatarların darmadağın edilməsindən bizə məlum olan Mollahəsən

adlı yerdə, qızılba. Qoşunları türk və tatarlarla qarşılaşdılar.  Hər

dəfə döyüşə yeni qüvvələr daxil edən qızılbaşların daim güclənən

hücumuna tab gətirməyən türklər və tatarlar sürətlə geri çəkilməyə

başladılar. Türklər yenidən Dərbənddə qapanıb qaldılar. Tatarlar

isə Dağıstandan keçib Krıma qayıtdılar.

Salman xan əsas qızılbaş qüvvələrinin Şirvana gəlməsi

xəbərini aldı. Tez-tələsik Kürü keçdi və tatarlardan uğradığı

məğlubiyyətin və qaçmasının əvəzini çıxmaq məqsədilə Bakını ələ

keçirməyi qərara aldı. Düşməni Şabrana qədər təqib etmiş  Əmir

xan Türkmangeri qayıtdı, Bakını mühasirəyə almış Salman xanla

birləşdi. Qızılbaşlar on səkkiz gün ərzində türk hərbi hissəsinin

müqavimətini qırmaq üçün uğursuz cəhdlər göstərdilər. Sonra onlar

mühasirədən əl çəkməyə məcbur oldular. Çünki türklər

Dərbənddən gələn gəmilərlə müntəzəm olaraq hərbi sursat və

ərzaqla təchiz olunduqları bir zamanda, qızılbaşlar dağıntı və

sakinlərin (rəiyyətin) yozsul vəziyyəti üzündən azuqə sarıdan

kəskin ehtiyac hiss edirdilər. İskəndər bəy Münşi qeyd edirdi:

“  Hətta  arpa  unu  belə  yox  idi.  Onun  bir  batmanı  öncə  altı  misqal

zərb olunmuş gümüş dəyərində olan  altı yüz Təbriz dinarına

satılırdı”

203


. Səfəvi qoşunları  Şirvanı tərk edib Qarabağdakı  şah

qərargahına gəldilər. Həmin qışda heç bir qızılbaş  əmiri Şirvanda

qalmadı. Bununla əlaqədar olaraq Osman paşanın qoşunları



209

tədricən Şirvanın bir sıra rayonlarını  ələ keçirdilər. İskəndər bəy

Münşi yazır: “Şirvan əhalisi istər-istəməz  Osman paşaya itaət

göstərdi”.

Osmanlı nümayəndəsi Ömər ağanın Şirvanda tərəflərin

vəziyyətini təhqiq etmək üçüçn oraya gəlməsi ərəfəsində  Səfəvi

sarayında elçini baş vermiş gerçəklik qarşısında qoymaq məqsədilə,

Şirvanı tutmaq üçün təcili tədbirlər görülməsi qərara alındı. Bu

məqsədlə, əmirlər və “dövlətin ali şəxsləri” təklif etdilər ki,

Qarabağdan qacar, otuziki və başqa tayfaların bir hissəsi  Şirvana

yeridilsin  Bu hərbi əməliyyatı həyata keçirmək məsuliyyəti

Qarabağ hakimi İmamqulu xan Qacarın üzərinə qoyuldu. Xan

adına layiq görülmüş Peykər bəy  Ziyad oğlu Qacar Şirvanın yeni

hakimi təyin edildi.

Qızılbaş nümayəndəsi ilə  Şirvanı gəzən Ömər ağa əmin oldu ki,

Dərbənddən və Bakıdan başqa bu ölkədə heç bir yer türklər

tərəfindən tutulmaməşdır. Bundan sonra Osmanlı nümayəndəsi onu

müşayiət edən Səfəvi müvəkkili  Şahqulu Sultan Tebet oğlu

Zülqədərlə birlikdə, “həqiqi vəziyyət barədə” məlumat vermək və

sülh danışıqları aparmaq üçün Ərzuruma – Sinan paşanın yanına

gəldilər.

Lakin Sinan paşa Osman paşa ilə münasibətləri gərgin olduğu

üçün birbaşa sülh danışıqlarına başlamadı. O, Şahqulu Sultanı

dostluq məktubu ilə geri göndərdi  və məktubunda səfəvilərə təklif

etdi ki, sülh müqaviləsi bağlamaq üçün  “böyük əmirlərin”

ləyaqətlilərindən birini sultanın sarayına göndərsinlər. Ağıllı və

ehtiyatlı  şəxs kimi tanınan Qum hakimi İbrahim xan  (Heydər

sultan Çabuk Tərxan Türkmanın oğlu) bu məqsədlə Osmanlı

paytaxtına göndərildi. İstanbula layiqli hədiyyə və bəxşiş.lərlə

gələn İbrahim xan dərhal başa düşdü ki,  buradakı şərait heç də sülh

danışıqlarının xeyrinə deyildir. Səfəvilərlə danışıqlar əleyhinə çıxış

edən əsas sima Dərbənddə məskiən salmış Osman paşa idi.ı Osman

paşa və onun tərəfdarları sultanı Sinan paşaya onun təmkinli,



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə