Örtüyüdür. Onun kütləsi


Bəs qlobal istiləşmə nədir?



Yüklə 264,32 Kb.
səhifə20/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   16   17   18   19   20   21   22   23   ...   31
İqlim dəişmələri 1-6

Bəs qlobal istiləşmə nədir?


Qlobal istiləşmə yerin orta səthi temperaturunun zərərli qazlar səbəbindən yüksəlməsidir. Belə ki, karbon dioksid, metan qazları istiliyi çəkərək özündə saxlayır və hər hansı bir yolla torpaqdan çıxmasına imkan vermir.


Ətraf Mühitin Mühafizəsi Agentliyi ötən əsr ərzində yerdə temperaturun 0,8 dərəcə yüksəldiyini açıqlayıb. Temperatur artımı əsasən əsrin son 25 ilinin payına düşüb. Bu, onu göstərir ki, temperatur əvvəlki illərlə müqayisədə daha sürətlə yüksəlməkdədir. Sənayenin durmadan inkişafı, təbiətin çirkləndirilməsi, meşələrin qırılması qlobal istiləşmənin insan fəaliyyəti ilə bağlı olan səbəbləridir.

Aşağıda qlobal istiləşmə haqqında faktları təqdim edirik:





  1. Qlobal istiləşməyə səbəb olan qazlar insanların həyat və fəaliyyəti üçün çox önəmlidir. Lakin bunu da bilmək lazımdır ki, həmin qazlar yalnız normadan artıq ətrafa buraxıldıqda mənfi nəticələrə səbəb olur.




  1. 2007-ci ilin hesabatında bildirilir ki, qlobal istiləşmə nəticəsində əsrin sonuna qədər dənizlərin səviyyəsi 7-23 inç qalxacaq.




  1. 1880-ci ildən bəri Yer üzərində temperaturun ümumilikdə 1,4 farenhayt dərəcə artdığı bildirilir.




  1. İqlim araşdırmalarına əsasən, XX əsrin son iki onilliyi son 400 ilin ən isti illəri hesab edilir.




  1. Qlobal istiləşmə ən çox Arktik ərazilərə öz təsirini göstərir. Arktikada buzlar çox sürətlə əriyir, 2040-cı ildə, hətta bəlkə daha tez orada yay aylarında buz olmayacaq.




  1. 1910-cu ildə 150 buzlağa malik olan “Montana” milli buz parkında hazırda cəmi 25 buzlaq var.




  1. Qlobal istiləşmə və ətraf mühitin çirklənməsi mərcan riflərinə də böyük zərbə vurur və onlar çox sürətlə məhv olmaqdadır.




  1. Qlobal istiləşmə ekstremal hava dəyişikliklərinə səbəb olur. Nəticədə meşə yanğınları, quraqlıq, tropik qasırğalar dünyanı öz ağuşuna alıb.




  1. Buzlaqların əriməsi dənizlərdə suyun səviyyəsinin artmasına səbəb olacaq. Qeyd edək ki, dünyada təxminən 100 milyon nəfər insan dəniz səviyyəsindən ən azı 3 fut aşağıda yaşayır.




  1. 2011-ci ilin hesabatına görə, planetimizdə hər saniyədə ətraf mühitə 1000 ton karbon dioksid buraxılır.




  1. Sənaye inqilabı nəticəsində ətrafa yayılan zərərli qazlar astma və digər tənəffüs yolu xəstəliklərinin artmasına şərait yaradır.




  1. 2100-cü ildən orta temperatur göstəricilərinin 5,8 dərəcə yüksələcəyi proqnozlaşdırılır.




  1. Qlobal istiləşmə kütləvi qida və su qıtlığına səbəb ola bilər.




Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə