Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə29/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   23   24   25   26   27   28   29   30   31
İqlim dəişmələri 1-6

Lələkli-Cirrus (Ci) buludlar-10km-ə qədər hündürlükdə olur. Buz kristallarından və buz iynələrindən ibarətdir.Lif quruluşlu ağ nazik buludlar şəffaf olur, öz kölgəsi olmur. Növləri: sap şəkilli və sıx. Növləri çoxdur yağıntı vermir. Onlar nazik tel-tel qşvraq xırda kürələr və s. formada olurlar.

  • Lələkli-topa-Cirrocumulus (Cc) -buludlar 7,5 hündürlükdə topa və sıra ilə düzülmüş lələk şəkillidir. Buz kristallarından və buz iynələrindən ibarətdir. Xırda dalğalar və yaxud topalar şəklində ağ nazik qatdır, öz kölgəsi yoxdur. İki növü vardır: dalğalı və topa şəkilli. Yağıntısı olmur.

  • Lələkli-laylı-Cirrostratus (Cs)-buludlar 7,5km hündürlükdə yerləşir. Nazik və ağ örtük şəklində olur. Buz kristallarından ibarətdir. Bir cür nazik ağ bəzən az dalğalı pərdə şəklində lur. Günəş yaxud Ay diskini örtmür.Yağıntısı yerə gəlib çatmır. Lələkli, lələkli-topa və lələkli-laylı buludlar aviasiyanın fəaliyyətinə mühüm dərəcədə təsir göstərmir. ІІ Orta yarusun buludları – yəni 2-6km -ə qədər hündürlükdə olan buludlar. Orta yarus buludların özülü müvafiq olaraq 2-4km, 2-1km və 2-8km yüksəklikdə olur.Buraya:

    1. Yüksək-topa-Altocumulus (Ac)- 4km hündürlükdə topa və ya sıra ilə yayılır. Çox xırda, çox zaman ifrat soyumuş damcılardan ibarətdir. Ağ bəzən boz və ya göy dalğa, topa, lələkli topa şəklindədir. Onların arasından mavi səma görünür. Bəzən qarışa bilir. Növləri: dalğalı və topa şəkilli. Yağıntısı olmur.Yüksək topa buludların şaquli qalınlığı adətən böyük deyil və yalnız möhkəm yağış- topa buludların qalınlığı 1-2km-ə çatır. 2.Yüksək-laylı-Altostratus (As)- 4km hündürlükdə sıx olub, işıq buraxır. Qar dənəcikləri və xırda damlaların qarışığından ibarərdir. Boz yaxud göyümtül pərdəsi azacıq dalğalıdır. Günəş və Ay donuq şüşədən keçən kimi görünür. Adətən göyün üzünü tutur, yayda yağıntısı yerə çatmır, qışda güclü qar yağmasına səbəb olur.Görünüşü duman şəkilli və dalğalıdır. Yüksək- laylı buludların qalınlığı bir neçə km-i keçə bilər və troposferin böyük təsir hissəsini tuta bilərlər. Bu buludlar aviasiya uçuşlarının çətinləşməsinə böyük təsir göstərə bilərlər. III Aşağı yarusun buludları-yəni yer səthindən 2km yüksəkliyə qədərdir . Buraya: 1.Laylı-yağışlı-Nimbostratus(Ns)- qalın tutqun , 1,5km hündürlükdə yayılıb uzun sürən yağış verir. Bu buludlar altında iri, üstdə xırda damlalardan ibarətdir. Tutqun boz bulud layları içəridən zəif işıqlanan kimi, yağış da bir cür, fasilələrlə müxtəlif cür görünür, bəzən fasilələrlə gur yağış və ya qar tökülür. Növləri yoxdur. Laylı-yağışlı buludlar əsasən atmosfer cəbhələrində müşahidə olunur. Laylı- yağışlı buludların aşağı sərhəddinin hündürlüyü adətən 0,1km-dən 2km-ə qədər təşkil edir.; şaquli qalınlığı (2-6km) çox vaxt bütün atmosferi tutur. Bu buludlar aviasiya üçün təhlükəlidirlər. Bu buludlarda çox vaxt uçan aparatların buzlaşması müşahidə olunur.


    2. Yüklə 264,32 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   23   24   25   26   27   28   29   30   31




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə