Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə79/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   75   76   77   78   79   80   81   82   ...   190

 

 

335 



 

baĢqa  rəsmlər  çəkmək,  ya  da  oynayıb  əylənmək 

üçün  istifadə  eləyəcəklər.  Anaları  ədəbsizlik 

saydıqlarına  görə  səhifələri  cıranda  ataları,  böyük 

qardaĢları  özlərini  rahatladıb  qadın  rəsmlərinin 

üzərinə  axıdacaqlar;  səhifələr  yalnız  bundan  deyil, 

palçıqdan,  nəmdən,  pis  yapıĢqandan,  tüpürcəkdən, 

cürbəcür  çirk  və  yemək  bulaĢığından  bir-birinə 

yapıĢacaq.  YapıĢan  yerlərdə  kifdən  və  kirdən 

ləkələr  çibanlar  kimi  çiçək  açacaq.  Sonra 

kitablarımızı  yağıĢlar,  su  buraxan  damlar,  sellər, 

palçıq  basqınları  məhv  eləyəcək.  Suların,  nəmin, 

qurdların  və  laqeydliyin  xamır  vəziyyətinə  saldığı, 

cırım-cındır,  dəlik-deĢik,  solmuĢ,  oxunmayan 

səhifələrlə  birgə  qupquru  möcüzəli  sandığın 

dibindən  çıxan  ən  axırıncı,  tərtəmiz  kitab  da,  təbii 

ki, bir gün qəddar yanğının alovlarıyla udulub yox 

olacaq.  Ġstanbulun  iyirmi  ildən  bir  yanıb  yox 

olmayan  məhəlləsi  varmı  ki,  kitab  qalsın. 

Monqolların  Bağdadda  yandırıb  taladıqlarından 

daha çox kitab və kitabxananın hər üç ildən bir yox 

olduğu  bu  Ģəhərdə  möcüzəsinin  yüz  ildən  artıq 

yaĢadılacağını,  bir  gün  rəsmlərinə  baxılıb,  özünün 

də  Behzad  kimi  yada  salınacağını  hansı  nəqqaĢ 

təsəvvür  eləyə  bilər?  Yalnız  bizim  çəkdiklərimiz 

yox,  əsrlərdən  bəri  bu  aləmdə  yaradılmıĢ  hər  Ģey 

yanğınlarla,  qurdlarla,  etinasızlıqla  yox  olacaq. 

Beləcə,  ġirinin  öz  pəncərəsindən  Xosrova  qürurla 




 

 

336 



 

tamaĢa  eləməsi,  Xosrovun  da  Ay  iĢığında  çimən 

ġirini açıq-aydın görməsi, bütün aĢiqlərin qarĢılıqlı 

zəriflik və incəliklə göz süzmələri; Rüstəmin bəyaz 

Ģeytanı  quyunun  dibində  boğub  öldürməsi;  eĢqdən 

ağlını  itirmiĢ  Məcnunun  çöldə  ağ  qaplan  və  dağ 

keçisiylə  yoldaĢlıq  eləyəndə  kədərli  vəziyyəti;  hər 

gecə cütləĢdiyi diĢi qurda gözətçisi olduğu sürüdən 

bir  qoyun  peĢkəĢ  eləyən  xain  çoban  itinin  tutulub 

ağacdan  asılması;  bütün  o  səhifələrin  qırağındakı 

çiçəklərlə, mələklərlə, yarpaqlı budaqlarla, quĢlarla 

və göz yaĢlarıyla vurulmuĢ bəzəklər; Hafizin sehrli 

Ģeirlərini  bəzəmək  üçün  çəkilmiĢ  udçalanların 

hamısı;  minlərlə,  on  minlərlə  nəqqaĢ  Ģəyirdinin 

gözlərini  xarab  eləyən,  ustadları  kor  qoyan  bütün 

divar  bəzəkləri;  qapıların  üstündən,  divarlardan 

asılmıĢ  kiçik  lövhələr,  rəsmin  içindəki  bir-birinə 

keçmiĢ, çərçivələrin içində gizlənmiĢ bütün beytlər; 

divar 

diblərində, 



künclərdə, 

qalınlıqlarda, 

ayaqaltlarda, 

damların 

aĢağısında 

gizlənmiĢ 

təvazökar  imzalar;  aĢiqləri  örtən  yorğanların 

üstündəki  bütün  çiçəklər;  PadĢahımızın  rəhmətlik 

babasının düĢmən qalasına zəfərlə hücumu zamanı 

qıraqda səbirlə gözləyən gavur  kəllələrinin hamısı; 

kafir  elçisinin  PadĢahımızın  lap  böyük  atasının 

ayağını öpəndə arxada görünən, sənin də gənc vaxtı 

çəkiliĢində  iĢtirak  elədiyin  topların,  tüfənglərin, 

çadırların  hamısı;  buynuzlu-buynuzsuz,  quyruqlu-




 

 

337 



 

quyruqsuz,  iti  diĢli,  iti  dırnaqlı  bütün  Ģeytanlar; 

aralarında  çoxbilmiĢ  hüt-hüt,  sıçrayan  sərçə, 

sadəlövh çaylaq, Ģair bülbül də olmaqla, növbənöv 

minlərlə  quĢ;  Ģən  piĢiklər,  narahat  itlər,  süzən 

buludlar,  minlərlə  rəsmdə  təkrarlanmıĢ  xırda 

sevimli  otlar,  sadəlövhlüklə  kölgələnmiĢ  qayalar, 

peyğəmbər  səbriylə  yarpaqları  bir-bir  çəkilmiĢ  on 

minlərlə  sərv,  çinar  və  nar  ağacı;  Teymur 

zamanından,  ya  da  ġah  Təhmasib  zamanından 

qalma  saraylar  nümunə  götürülməklə  tikilmiĢ, 

amma  daha  qədim  çağların  hekayələrini  bəzəyən 

saraylar,  yüz  minlərlə  tuğları;  xırda  çiçəklər 

üstündə,  yazda  çiçəkləyən  ağaclar  altında  sərilmiĢ 

möcüzəli  xalının  üzərində  oturub  gözəl  qadınların 

və oğlanların çaldığı musiqini dinləyən on minlərlə 

hüznlü  Ģahzadə;  mükəmməlliklərini  son  yüz  ildə 

Səmərqənddən  Ġstanbula  qədər  minlərlə  nəqqaĢ 

Ģəyirdinin göz yaĢlarıyla yediyi qapaza borclu olan 

bütün  o  möcüzə  çini  və  xalı  rəsmləri;  sənin  hələ 

eyni  coĢqunluqla  çəkdiyin  o  misilsiz  bağların  və 

çaylaqların, 

ağlagəlməz 

ölüm 


və 

savaĢ 


məclislərinin, zərifliklə ov eləyən padĢahların, eyni 

zərifliklə  qaçan  ürkək  ceyranlarının  və  ölən 

Ģahların,  əsir  düĢmüĢ  düĢmənlərin,  böyük  gavur 

gəmilərinin,  düĢmən  Ģəhərlərinin,  qələmindən 

zülmət  damlar  təki  iĢıldayan  bütün  o  parlaq 

qaranlıq  gecələrin,  ulduzlar,  xəyal  kimi  sərvlər, 




 

 

338 



 

sənin qırmızıyla boyadığın eĢq və ölüm rəsmlərinin 

hamısı, hamısı yox olacaq». 

Hoqqanı var gücüylə baĢıma endirdi. 

Zərbənin gücündən irəliyə doğru səndələdim. 

Heç  cür  ifadə  eləyə  bilməyəcəyim  dəhĢətli  əzab 

hiss  elədim.  Bir  anlığa  sanki  bütün  aləm  mənim 

əzabıma bürünüb sapsarı oldu. Beynimin böyük bir 

hissəsi baĢıma gələnin qəsdən edildiyini anlamasına 

baxmayaraq,  kəlləmdən  yediyim  zərbəylə  –  ya  da 

bu  zərbə  üzündən  –  beynimin  yaxĢı  iĢləməyən 

baĢqa  bir  hissəsisə  qüssə  gətirən  gözəl  niyyətlə 

qatilim  olmaq  istəyən  gözü  qızmıĢa:  «Ay  aman, 

səhvən canımı alırsan», – demək istəyirdi. 

Tunc hoqqanı baĢıma bir də endirdi. 

Bu  dəfə  bunun  səhv  yox,  qəzəb,  hiddət 

olduğunu,  axırda  bir  də  ölüm  ola  biləcəyini 

beynimin  o  ağılsız  tərəfi  də  dərk  elədi.  Bu 

vəziyyətdən  elə  qorxdum  ki,  ulayan  kimi,  var 

gücümlə və ağlımla qıĢqırmağa baĢladım. Fəryadım 

rəsm 

edilsəydi, 



yamyaĢıl 

olardı. 


AxĢam 

qaranlığında,  boĢ  küçələrdə  bu  rəngi  kimsənin 

eĢitməyəcəyini, tək-tənha olduğumu baĢa düĢdüm. 

Fəryadımdan  qorxub  əl  saxladı.  Bir  anlığa 

nəzərlərimiz  bir-birinə  sataĢdı.  Göz  bəbəklərinin 

içində  dəhĢət  və  həyayla  birgə  tutduğu  iĢə  alıĢıb, 

bunu qəbul elədiyini də gördüm. Mənim tanıdığım 

usta  nəqqaĢ  da  deyildi,  dilimi  də  bilməyən  uzaq, 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə