14
Ģəhərlərinə getməyənləri tapmaq, pulsuzluq və
bikarçılıqdan narazılıq eləyən həmin böyük ustalara
səhifələri yazdırıb, nəqĢ etdirib, cildlətdirib, kitabı
Ġstanbula yollamaqdan ibarət idi. Gənclik illərimdə
əniĢtəmin mənə aĢıladığı naxıĢ və gözəl kitab eĢqi
olmasaydı, bu iĢlərə heç giriĢməzdim.
ƏniĢtəmin bir vaxtlar yaĢadığı küçənin
çarĢıya açılan ucundakı bərbər hələ kiçik
hücrəsində, eyni güzgülər, ülgüclər, dəmir qablar,
sabun telləri arasındaydı. Gözlərimiz bir-birinə
sataĢdı, amma məni tanıdımı, bilmirəm. Ġçinə isti su
doldurduğu baĢ yumaq üçün qabın, tavandan asılan
zəncirin ucunda hələ eyni qövsü cıza-cıza irəli-geri
yelləndiyini görmək məni nəĢələndirdi.
Gənclik illərimdə gəzdiyim bəzi məhəllələr,
bəzi küçələr on iki ildə yanıb, kül və tüstü olub
uçmuĢdu, yerlərində itlərin yol kəsdiyi, sərsərilərin
uĢaqları qorxutduğu yanğın yerləri əmələ gəlmiĢdi.
Bəzi yerlərdə isə kimisində də mənim kimi
uzaqlardan gələnləri heyrətləndirən dəbdəbəli
imarətlər
tikilmiĢdi.
Ġmarətlərin
bəzilərinin
pəncərələrinə ən bahalısından rəngli Venesiya
pərdələri taxmıĢdılar. Uca divarların üzərində asılan
külafirəngilərdən
mən
olmayan
müddətdə
ikimərtəbəli, çox dəbdəbəli bir ev tikildiyini də
gördüm.
15
Bir çox baĢqa Ģəhərlərdə olduğu kimi,
Ġstanbulda da pulun heç bir dəyəri qalmamıĢdı.
Mənim Doğuya getdiyim illərdə bir ağcaya dörd
yüz dirhəmlik iri çörək çıxaran fırınlar düĢürdü,
indi eyni pula bunun yarısını və üstəlik dadı-duzu
insana uĢaqlığını qəti xatırlatmayan çörək
verirdilər. Rəhmətlik anam on iki yumurta üçün üç
ağca saymaq lazım olduğunu görsəydi, deyərdi,
toyuqlar qudurub baĢımıza sıçmamıĢ baĢqa bir
diyara qaçaq, amma bilirdim, bu qiymətdən düĢmüĢ
pul hər yeri bürümüĢdü. Florensiyadan gələn tacir
gəmilərinin sandıq-sandıq bu qəlp pullarla dolu
olduğu söylənilirdi. Zərbxanada qabaqlar yüz
dirhəm gümüĢdən beĢ yüz ağca kəsilirdisə, indi
Səfəvilərlə bitib-tükənməyən savaĢlar üzündən
səkkiz yüz ağca kəsilməyə baĢlamıĢdı. Yeniçərilər
aldıqları
ağcanın
Xalicə
düĢəndə
səbzə
körpüsündən dənizə tökülən quru lobyalar sayaq
suda
üzdüyünü
görüb
üsyan
eləmiĢ,
padĢahlarımızın sarayını düĢmən qalası kimi
mühasirəyə almıĢdılar.
Bəyazid camesində vəz verən və Həzrəti
Məhəmməd soyundan seyid olduğunu elan eləyən
Nüsrət adlı vaiz də indi – bütün bu əxlaqsızlıq,
bahalıq, cinayətlər, soyğunlar müddətində ad
çıxarmıĢdı. Ərzurumi adlanan həmin vaiz son on iki
il ərzində Ġstanbulu kasıblaĢdıran bütün fəlakətləri:
16
Bağçaqapı və Qazançılar məhəlləsi yanğınlarını,
hər dəfə Ģəhərə girəndə on minlərlə adam aparan
vəbanı, Səfəvilərə qarĢı savaĢda bu qədər itki
verilməsinin
əvəzində
bir
nəticə
əldə
olunmamasını, Batıda xristianların üsyanlar qaldırıb
kiçik Osmanlı qalalarını geri almalarını Həzrəti
Məhəmmədin yolundan sapılması, Qurani-Kərimin
əmrlərindən uzaqlaĢılması, xristianlara dözüm
göstərilib, sərbəstcə Ģərab satılıb, çalğı çalınmasıyla
izah eləyirdi.
Mənə ərzurumlu vaizdən həyəcanla bəhs
eləyib, bu xəbərləri verən turĢusatan çarĢı-bazarı
bürüyən qəlp pulun, yeni dukatların, aslanlı saxta
florinlərin, gümüĢü getdikcə azalan ağcaların eynilə
küçələri
dolduran
çərkəzlər,
abazalar,
minqreliyalılar, bosniyalılar, gürcülər, ermənilər
kimi insanı qəti və qarĢısıalınmaz əxlaqsızlığa
sürüklədiyini söylədi. Əxlaqsızlar, üsyançılar
qəhvəxanalarda toplanır, səhərə qədər dedi-qodu
eləyirlərmiĢ: kim olduğu bilinməyən lüt-üryanlar,
nəĢəxor sərsərilər, qələndəri tör-töküntüləri Allahın
yolu budur deyə meyxanalarda səhərə qədər
musiqiylə oynayıb, oralarına-buralarına ĢiĢ soxub,
hər cür ədəbsizliyi eləyəndən sonra bir-birilərini və
kiçik oğlanları becərirlərmiĢ.
ġirin ud səsi eĢitdim, bilmirəm onumu
axtarıb arxasınca getdim, yoxsa xatirələrim və
17
istəklərim,
dediyim
ağıl
qarıĢıqlığı
acıdil
turĢusatana daha artıq dözə bilməyib mənə bir çıxıĢ
yolumu sezdirdi. Bildiyim budur ki, bir Ģəhəri
sevsəniz, orada çox gəzsəniz, illər keçəndən sonra o
Ģəhərin küçələrini yalnız ruhunuz deyil, bədəniniz
də elə tanıyar ki, qarın kədərli-kədərli səpələndiyi
qüssə anında ayaqlarınız sizi xüsusi sevdiyiniz bir
təpəyə çıxarar.
Beləcə,
Nalbənd
çarĢısından
çıxıb
Süleymaniyyə camesinin düz yanından Xalicə
yağan qara tamaĢa elədim. Quzeyə baxan damlarda
qübbələrin külək tutan guĢələrini qar indidən
basmıĢdı. ġəhərə girən bir gəminin bərq vura-vura,
mənə salam yollaya-yollaya endirilən yelkənləri
Xalicin səthiylə eyni qurğuĢunsayaq duman
rəngindəydi. Sərv və çinar ağacları, damların
görünüĢü, axĢamüstünün hüznü, aĢağı məhəllələrin
iç səsləri, satıcıların qıĢqırtıları və came qabağında
oynayan uĢaqların səs-küyü beynimdə birləĢib
təəccüb-filan doğurmadan bundan sonra həyatımı
Ģəhərimdən baĢqa bir yerdə yaĢamayacağımı mənə
hiss etdirdi. Bir anlığa sevgilimin illərdən bəri
unutduğum üzünün gözlərim önündə canlanacağını
güman elədim.
YoxuĢdan aĢağı endim. Qələbəliyin arasına
qarıĢdım. AxĢam azanından sonra bir ciyərxanada
qarnımı doyurdum. BoĢ aĢxananın piĢik yedirdən
Dostları ilə paylaş: |