Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə10/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   6   7   8   9   10   11   12   13   ...   190

 

 

41 



 

birdəfəlik  çıxmıĢdı.  QarĢımdakının  yalnız  ağılsız 

qorxaq  yox,  həm  də  rəzil  olduğunu  bir  kərə 

təsdiqləməsi üçün Allaha dua elədim. 

«Buradan on iki addım sayıb qazacaqsan», – 

dedim. 


«Sonra neyləyəcəksiniz?»  

«ƏniĢtə əfəndiyə deyərəm, rəsmləri yandırar. 

BaĢqa  neyləyə  bilərik  ki?  Ərzurumlu  Nüsrət 

Xocanın camaatı belə bir məsələ olduğunu eĢitsələr, 

nə  bizi  sağ  qoyarlar,  nə  də  nəqqaĢxana  qalar. 

Onlardan  tanıdığın  varmı?  Bu  pulu  indi  sən  qəbul 

elə ki, bizi onlara satmayacağını baĢa düĢək». 

«Pul nəyin içindədir?» 

«Köhnə bir turĢu küpünün içində yetmiĢ beĢ 

dənə Venesiya qızılı var». 

Venesiya dukatlarını baĢa düĢdüm, amma bu 

turĢu  küpü  niyə  gəlmiĢdi  ağlıma?  O  qədər  süniydi 

ki, inandırıcı oldu. Beləcə, Allahın mənim yanımda 

olduğunu  bir  kərə  də  baĢa  düĢdüm,  çünki  hər  il 

daha  da  pulgir  olan  Ģəyirdlik  dostum  artıq  həvəslə 

göstərdiyim  istiqamətdə  on  iki  addım  saymağa 

baĢlamıĢdı. 

Həmin  məqamda  fikrimdə  iki  Ģey  vardı. 

Torpağın altında heç Venesiya qızılı-mızılı yoxdur! 

Pul  verməsəm,  bu  alçaq  ağlıkəm  bizi  məhv 

eləyəcək. Bir anlığa istədim ki, Ģəyirdlik illərimizdə 

bəzən  elədiyim  kimi,  o  alçaq  səfehi  qucaqlayıb 




 

 

42 



 

öpüm,  amma  illər  bizi  bir-birimizdən  yaman 

uzaqlaĢdırmıĢdı! Fikrim torpağın necə qazılacağına 

getmiĢdi.  Dırnaqlarımızlamı?  Bütün  bunları 

düĢünməyim  –  buna  düĢünmək  deyilsə  –  bir  göz 

qırpımı qədər çəkdi-çəkmədi. 

Quyunun  yanındakı  daĢı  təlaĢla  ikiəlli 

qapdım.  O  artıq  yeddinci-səkkizinci  addımında 

olanda  özümü  yetirib  var  gücümlə  baĢının  arxa 

tərəfinə  endirdim.  DaĢ  baĢına  elə  güclü,  elə  sərt 

halda  dəydi  ki,  bir  anlığa  sanki  öz  baĢıma  dəyən 

kimi sarsıldım, hətta yazığım gəldi. 

Amma tutduğum iĢə peĢman olacağıma görə 

baĢladığım  iĢi  tez  bitirmək  istəyirdim.  Çünki  artıq 

yerdə  elə  çırpınırdı  ki,  adam  istər-istəməz  daha  da 

təlaĢa düĢürdü. 

Onu quyunun dibinə atandan çox sonralar da 

tutduğum  iĢdə  nəqqaĢın  zərifliyinə  qətiyyən 

yaraĢmayan  kobud  cəhət  olduğunu  ağlıma  gətirə 

bildim. 


 

 

 



 

 

 



 


 

 

43 



 

5. MƏN ƏNİŞTƏNİZƏM 

 

Mən Qaranın ƏniĢtə əfəndisiyəm, amma mənə 



baĢqaları da ƏniĢtə deyir. Bir vaxtlar anası Qaranın 

məni  elə  çağırmasını  istəyərdi,  sonra  yalnız  Qara 

deyil,  hamı  bu  cür  çağırdı.  Qara  evimizə  gedib-

gəlməyə  bundan  otuz  il  qabaq,  biz  Ağsarayın 

arxasındakı  cökə  və  Ģabalıd  ağaclarının  kölgə 

saldığı  həmin  qaranlıq  və  nəmli  küçədə  məskən 

salandan sonra baĢladı. O ev bundan əvvəlki evimiz 

idi. Yay ayları mən Mahmud paĢayla səfərə çıxsam 

da,  payızda  Ġstanbula  qayıdanda  Qaranın  anasıyla 

bizim  evə  sığındığını  görürdüm.  Rəhmətlik  anası 

bizim rəhmətlik xanımın böyük bacısı idi. Bəzən də 

qıĢ  axĢamları  evə  qayıdanda  anasıyla  mənim 

xanımımın  bir-birilərini  qucaqlamıĢ,  gözləri  yaĢlı 

halda dərdləĢdiklərini görürdüm. Heç birində qərar 

tuta  bilmədiyi  kiçik  və  ucqar  mədrəsələrdə 

müdərrislik

1

 eləyən atası hövsələsiz idi, qəzəbliydi, 



əməlli-baĢlı  da  içərdi.  Qara  o  vaxtlar  altı 

yaĢındaydı, anası ağlayanda ağlayar, anası susanda 

susar, mənə – ƏniĢtənizə qorxuyla baxardı. 

Ġndi  onu  qarĢımda  qətiyyətli,  kamala  yetmiĢ, 

hörmətkar  baldızım  oğlu  kimi  görməkdən 

                                    

1

Müdərrislik – müəllimlik 



 

 

44 



 

məmnunam.  Mənə  göstərdiyi  hörmət,  əlimi 

öpməsindəki  ehtiyat,  hədiyyə  gətirdiyi  monqol 

hoqqasını

2

  verəndə  «təkcə  qırmızı  mürəkkəb 



üçündür»  deməsi,  qarĢımda  dizlərini  diqqətlə 

birləĢdirmiĢ  halda  ağır  oturuĢu  –  bütün  bunlar 

yalnız onun cəhd elədiyi ağlı baĢında, yetkin adam 

olduğunu  deyil,  mənim  də  can  atdığım  ahıl  adam 

olduğumu özümə bir daha xatırladır. 

Bir-iki  kərə  gördüyüm  atasına  oxĢayır.  Uzun 

boyu, incə, bir az əsəbi əl-qol hərəkətləri var, amma 

bu, ona yaraĢır. Əllərini dizlərinin üstünə qoyması, 

mən  vacib  bir  Ģey  söyləyəndə  «baĢa  düĢürəm, 

hörmətlə  dinləyirəm»  ifadə  eləyən  baxıĢlarla 

gözlərimin  düz  içinə  baxması,  sözlərimin  vəzninə 

uyğun  gizli  bir  məqamla  baĢını  yırğalaması  çox 

yerindədir. Bu yaĢıma çatdım, əsl hörmətin ürəkdən 

deyil,  kiçik  təfərrüatlardan  və  boyun  əyməkdən 

qaynaqlandığını bilirəm. 

Anasının  bizim  evimizdə  oğlunun  gələcəyini 

gördüyündən  hər  bəhanəylə  onu  bura  tez-tez 

gətirdiyi  illərdə  kitablardan  xoĢu  gəldiyini  aĢkara 

çıxarmağım  bizi  bir-birimizə  bağladı,  ev  əhlinin 

yaraĢdırdığı sözlə, mənə Ģəyirdlik elədi. Ona Ģirazlı 

nəqqaĢların  üfüq  cizgisini  rəsmin  lap  yuxarısına 

                                    

2

Hoqqa – mürəkkəbqabı

 



 

 

45 



 

çəkməklə ġirazda yeni bir üsulu ortaya çıxartdıqları 

barədə  danıĢırdım.  Leylisinin  eĢqindən  dəli  olan 

Məcnunu  hamı  çöllərdə  pəriĢan  rəsm  eləyəndə 

böyük  usta  Behzadın  necə  onu  yemək  biĢirən, 

üfləyib  odunları  alıĢdırmağa  çalıĢan,  çadırlar 

arasında  gəzən  qadınların  tünlüyü  içində,  amma 

daha  da  tənha  göstərdiyi  haqda  danıĢırdım. 

Xosrovun gecəyarısı göldə çimən çırıl-çılpaq ġirinə 

tamaĢa  elədiyi  anı  rəsmə  çəkən  rəssamların 

çoxunun  Nizaminin  Ģeirini  oxumayıb,  aĢiqlərin 

atlarını  və  libaslarını  ağıllarına  gələn  rənglərlə 

boyamalarının  nə  qədər  gülünc  olduğunu  söyləyir, 

çəkdiyi 


mətni 

belə 


diqqətlə, 

ağıllı-baĢlı 

oxumayacaq  qədər  etinasızdırsa,  o  nəqqaĢın  əlinə 

qələmi,  fırçanı  almasının  puldan  baĢqa  heç  bir 

səbəbi olmayacağı barədə danıĢırdım. 

Ġndi  Qaranın  baĢqa  bir  təməl  biliyi  də  əxz 

elədiyini  sevinclə  görürəm:  əgər  nəqş  və  sənətdə 

ümidini itirmək istəmirsənsə, ehtiyatlı ol, onu peşən 

kimi qəbul eləmə. Nə qədər bacarığın, qabiliyyətin 

olur olsun, pulu və iqtidarı başqa yerlərdə axtar ki, 

bacarıq  və  əməyinin  əvəzini  almayanda  sənətdən 

küsməyəsən. 

Ġstanbuldakı  və  səhradakı  paĢalara,  varlılara 

kitablar  hazırlatdığı  üçün  bir-bir  tanıdığı  Təbrizin 

ustad nəqqaĢ və xəttatlarının yoxsulluq, ümidsizlik 

içində  olduqları  haqda  danıĢdı.  Onun  söhbətindən 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə