778
dəfələrlə rəsm elədiyim ilanlı sütunun, tamam
baĢqa cür rəsm elədiyimiz çinar ağacının yanından
At meydanına çıxıb, səhərlər aralarında sərçələrin,
sağsağanların cik-ciklə ötüĢdükləri Ģabalıd və tut
ağaclarının altından keçdim.
NəqqaĢxananın ağır qapısı örtülüydü. Nə
qapıda, nə də yuxarıdakı tağlı talvarın altında kimsə
vardı. ġəyirdlik illərində sıxıntıdan partlayanda
ağaclara tamaĢa elədiyimiz kiçik pəncərənin örtülü
taylarına ancaq bir anlığa və təlaĢla baxa bilmiĢdim
ki, məni bir nəfər saxladı.
Qulaq cırmaqlayan cır və kəskin səsi vardı.
Əlimdəki qəbzəsi yaqutlu və qanlı xəncərin onun
olduğunu, qardaĢı oğlu ġövkətin anasıyla birləĢib
evindən oğurladığını söylədi. Bu da mənim gecə
evinə hücum eləyib, ġəkurəni qaçıran Qaranın
adamlarından olduğumu sübut eləyirmiĢ. Bu
çoxbilmiĢ, cır səsli, qəzəbli adamın Qaranın nəqqaĢ
dostlarından və nəqqaĢxanaya gələcəyindən də
xəbəri varmıĢ. Qəribə qırmızı rənglə par-par
parıldayan uzun qılıncı, nədənsə məndən almağa
qət elədiyi bir çox hesabı, bir o qədər də danıĢacağı
hekayəsi vardı. Bəlkə yanlıĢlıq olduğunu da
söyləyəcəkdim, amma sifətindəki ağlagəlməz
qəzəbi gördüm. Üzündə nifrətlə məni öldürmək
üçün həmlə eləyəcəyini də gördüm. «Amandı,
dayan!» demək istədim.
779
O artıq hücum eləmiĢdi.
Mənsə xəncərimi belə qaldıra bilmədim,
boğçalı əlimi qaldıra bildim. Qızıl qılınc heç
yavaĢımadan əvvəl əlimi kəsdi, sonra da boydan-
boya boynumu kəsib, baĢımı qopardı.
BaĢın qopduğunu, yazıq bədənimin məni
qoyub dəlicəsinə atdığı iki addımdan, xəncəri
səfehliklə yelləməsindən, boynumdan fəvvarə kimi
qan fıĢqırıb yerə yıxılmasından baĢa düĢdüm. Öz-
özünə yeriyən yazıq ayaqlarım eynilə ölümdən
qabaq çırpınan bədbəxt at kimi boĢ-boĢuna
tərpəndi.
BaĢın düĢdüyü palçığın içindən nə qatilimi
görə bilirdim, nə də hələ bərk-bərk tutmaq
istədiyim içi qızıl və rəsm dolu düyünçəmi. Onlar
boynumun ardı səmtdə, artıq heç çatmayacağım
dənizə və Kadırğa limanına doğru enən yoxuĢ
tərəfdə qalmıĢdılar. BaĢım onlara və dünyanın
geridə
qalan
hissəsinə
bir
daha
dönüb
baxmayacaqdı. Onları unudub öz baĢımın istədiyini
fikirləĢdim.
Qılınc
baĢımı
kəsməmiĢdən
əvvəl
fikirləĢdiyim Ģey –gəmi Kadırğadan gedəcək –
Ģüurumda «tələs» əmriylə birləĢmiĢ, o da anamın
balaca
olanda
mənə
«tələs»
deməsiylə
tamamlanmıĢdı. Ana, boynum ağrıyır, heç Ģey də
tərpənmir.
780
Deməli, ölüm dedikləri bu imiĢ.
Bununla belə, hələ ölmədiyimi bilirdim.
DeĢik göz bəbəklərim tərpənirdi. Amma açıq
gözlərimlə çox gözəl görürdüm.
Yer
səthindən
gördüyüm
Ģey
bütün
düĢüncəmi doldurmuĢdu. Yol azca yoxuĢdan sonra
yuxarı qalxır. NəqqaĢxananın divarı və kəməri,
damı göydü. Belə gedir.
Sanki bu baxdığım an uzandı, baĢa düĢdüm
ki, görmək indi bir növ xatırlamağa çevrilib. Onda
yadıma eynilə qabaqlar bir gözəl rəsmə saatlarla
baxanda hiss elədiyim Ģey düĢdü: çox baxsan, ağlın
rəsmin zamanına girər.
Ġndi bütün zamanlar o zaman olmuĢdu.
Sanki kimsə məni görməyəcək, düĢüncələrim
solanda palçıq içindəki baĢım illərlə bu kədərli
yoxuĢa, daĢ divara, bir az uzaqdakı əlçatmaz tut və
Ģabalıd ağaclarına baxacaq.
Bu sonsuz həsrət birdən elə kədərli, elə
darıxdırıcı göründü ki, bu zamandan çıxmaq
istədim.
59. MƏN ŞƏKURƏYƏM
781
Qaranın bizi gizlənmək üçün yolladığı uzaq
qohumunun evində gecəni yuxusuz keçirdim.
Xeyriyyə və uĢaqlarla birgə yatdığımız yataqda
aradabir xorultuların, öskürəklərin uğultusu içində
yuxuya gedə bilirdim, amma narahat yuxularımda
gördüyüm qolları-qıçları kəsilib qarıĢdırılıb, bir-
birilərinə bitiĢmiĢ qəribə məxluqlar və qadınlar əl
çəkməyib məni oyadırdılar. Səhərə yaxın soyuqdan
oyanıb ġövkətin və Orxanın üstlərini bərk-bərk
örtdüm, onları qucaqladım, saçlarından öpdüm,
rəhmətlik atamın evində rahatca yatdığım gözəl
vaxtlarda olduğu kimi Allaha yalvardım ki, mənə
xoĢbəxt yuxu versin.
Amma yata bilmədim. XoĢbəxt yuxularımda
həmiĢə gördüyümü səhər namazından sonra kiçik
və qaranlıq otağın pəncərəsinin tayları arasından
küçəyə baxanda gördüm: savaĢmaqdan, aldığı
yaralardan süst düĢmüĢ, kabusa oxĢayan bir adam
əlində qılınc sayaq tutduğu dəyənək, tanıĢ addımlar
atıb mənə həsrətlə yaxınlaĢırdı. Yuxularda həmin
adamı lap qucaqlayan vaxt göz yaĢları içində
oyanırdım. Küçədəki adamın qana bulaĢmıĢ Qara
olduğunu baĢa düĢəndə yuxularda boğazımdan heç
çıxmayan fəryad qopdu.
Qaçıb qapını açdım.
Üzü döyüĢməkdən ĢiĢmiĢ, gömgöy olmuĢdu.
Burnu parçalanmıĢdı, qan içindəydi. Çiynindən
Dostları ilə paylaş: |