Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə30/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   26   27   28   29   30   31   32   33   ...   190

 

 

128 



 

gizli  qüsur  onların  eĢqlərini  ancaq  özlərinin  və 

sevgililərinin  baĢa  düĢəcəyinə  iĢarə  olurdu.  Ata 

minən  gözəl  qızın  rəsminə  bütün  günü  baxdım, 

atacan, onda  məndən  heç bir  iz  yoxdu!  Bu  nəqqaĢ 

bəlkə  böyük  ustadı,  həm  də  gənc  və  yaraĢıqlıdı, 

amma  məni  sevmir».  Beləcə,  Ģah  toyu  dərhal  ləğv 

eləyir,  ata-qız  da  ömürlərinin  sonuna  qədər  birgə 

yaĢayırlar. 

 

*** 



 

«Onda  üslub  deyilən  Ģeyin  əsasını  qoyan 

nöqsan  bu  üçüncü  hekayəyə  görə,  –  Qara  xeyli 

kübar,  xeyli  hörmətli  ədayla  dilləndi,  –  nəqqaĢın 

aĢiq  olduğu  gözəlin  üzünün,  gözünün,  gülüĢünün 

gizli iĢarəsindənmi aĢkar olur?» 

«Xeyr,  –  özümdən  əmin  və  məğrur  ədayla 

dedim,  –  ustad  nəqqaşın  sevdiyi  qızdan  rəsminə 



keçən şey axırda nöqsan yox, qayda olur. Çünki bir 

müddət sonra hamısı ustadı təqlid eləməklə qızların 

üzünü  o  gözəl  qızın  üzü  kimi  rəsm  eləməyə 

baĢlayır».     

Bir  az  susduq.  DanıĢdığım  üç  hekayəni  çox 

diqqətlə  dinləyən  Qaranın  dəhlizdə,  yan  otaqda 

gəzinən  gözəl  arvadımın  ayaq  səslərinə  diqqət 

kəsildiyini  görəndə  gözlərimi  gözlərinin  içinə 

dikdim.  



 

 

129 



 

«Birinci  hekayə  üslubun  nöqsan  olduğunu 



göstərir, – dedim, – ikinci hekayə nöqsansız rəsmin 

imza  istəmədiyini  göstərir.  Üçüncü  hekayə  də 

birinciylə ikincinin məğzini birləĢdirir, o halda imza 



və  üslubun  nöqsanla  ədəbsizcəsinə  və  səfehcəsinə 

qürrələnməkdən başqa bir şey olmadığını göstərir». 

Dərs verdiyim bu adam naxıĢı nə qədər baĢa 

düĢüb dərk eləyirdi? Dedim ki: 

«Hekayələrimdən mənim kim olduğumu baĢa 

düĢdünmü?» 

«BaĢa düĢdüm», – dedi, amma heç inandırıcı 

deyildi. 

Onun  baxıĢı  və  idrakıyla  kifayətlənib  məni 

dərk  eləməyə  çalıĢmamağınıza  görə  sizə,  əslində, 

kim  olduğumu  mən  söyləyim.  Əlimdən  hər  Ģey 

gəlir.  Əylənə-gülə  qəzvinli  qədim  ustadlar  kimi 

çəkir, 


rəngləyirəm. 

Gülümsəyə-gülümsəyə 

danıĢıram:  hamıdan  yaxĢıyam.  Həm  də  əgər 

sezdiklərim doğrudusa, Qaranın bura gəliĢinə səbəb 

olan  müzəhhib  Zərif  əfəndinin  yoxa  çıxmasıyla 

mənim heç bir əlaqəm yoxdu. 

Qara  məndən  evliliklə  sənətin  birgə  necə 

yola getdiklərini soruĢdu.  

Çox  çalıĢıram,  həm  də  sevə-sevə  çalıĢıram. 

Məhəllənin  ən  gözəl  qızıyla  evlənmiĢəm.  NəqĢ 

eləməyəndə  onunla  dəlilər  kimi  seviĢirik.  Sonra 

yenə iĢləyirəm. Bunları demədim. Böyük məsələdi, 




 

 

130 



 

dedim.  Əgər  nəqqaĢın  fırçası  kağızın  üzərində 

möcüzələr yaradırsa, arvadına girəndə eyni sevinci 

qopardammaz,  dedim.  Tam  tərsi  də  düz  olub  – 

nəqqaĢın  qamıĢı  arvadı  xoĢbəxt  eləyirsə,  kağızın 

üzərində  o  biri  qamıĢ  sönük  qalır,  əlavə  elədim. 

NəqqaĢın bacarığını qısqanan hər kəs kimi, Qara da 

bu yalanlara inanıb sevindi. 

Ən  çox  nəqĢ  elədiyim  səhifələri  görmək 

istədiyini  söylədi.  Onu  iĢ  taxtamın  yanında, 

boyaların,  hoqqaların,  möhrələrin

1

,  fırça,  qələm  və 



kəsiklərin  arasında  oturtdum.  Qara  Ģahzadəmizin 

sünnət  toyu  mərasimlərini  göstərən  «Surnamə» 

üçün  çəkdiyim  ikisəhifəlik  rəsmə  tamaĢa  eləyəndə 

yanındakı  qırmızı  döĢəkcənin  üstündə  oturdum, 

döĢəkcənin  istiliyindən  bir  az  əvvəl  orada  gözəl 

əndamlı  gözəl  arvadımın  əyləĢdiyini  xatırladım. 

Mən  qamıĢ  qələmimlə  PadĢahımızın  qarĢısındakı 

bəxtsiz  məhkumların  kədərini  çəkəndə  ağıllı 

arvadım mənim qamıĢımı tutardı.  

Rəsm  elədiyim  ikisəhifəlik  məclis,  borc  alıb 

ödəyə bilmədikləri üçün həbsə düĢən məhkumların 

və  ailələrinin  padĢahın  əfviylə  qurtarmalarını 

göstərirdi.  Hünkarı  eynilə  mərasim  zamanı 

gördüyüm  kimi,  üzəri  torba-torba  ağcalarla  dolu 

                                    

1

Kağıza yumĢaqlıq və parlaqlıq vermək üçün istifadə olunan alət



 


 

 

131 



 

xalının  qırağında  oturtmuĢ,  bir  az  arxada 

dəftərdarbaĢını  təsvir  edib,  onun  əlinə  borc 

siyahılarını  oxuduğu  dəftəri  vermiĢ,  bir-birilərinə 

boyunlarındakı  buxovu  və  zəncirləriylə  bağlanmıĢ 

borc  məhkumlarını  padĢahın  hüzurunda  dərd  və 

əzab  içində,  qaĢları  çatılmıĢ,  üzləri  sallaq,  kimini 

gözüyaĢlı  göstərmiĢ  padĢah  onları  həbsdən 

qurtaracaq əfvi qısaca elan elədiyinə görə hamısının 

xoĢbəxtliklə  söylədiyi  duaları,  Ģeirləri  müĢayiət 

eləyən  ud  və  tambur  çalanları  qırmızı  geyimdə 

vermiĢdim. Borca batmağın əzab və utancını yaxĢı 

baĢa  salsın  deyə  heç  nəzərdə  tutulmadığı  halda  – 

bədbəxt  məhkumların  sonuncusunun  yanında 

pəriĢanlıqdan  çirkinləĢmiĢ  bənövĢəyi  geyimli 

arvadıyla qızılı fəracəli, uzun saçlı və kədərli gözəl 

qızını  çəkmiĢdim.  ZəncirlənmiĢ,  sıraya  düzülmüĢ 

borcluların  iki  səhifəyə  necə  yayıldıqlarını,  rəsmin 

içindəki  qırmızının  gizli  məntiqini  –  qədim 

ustadların  heç  görmədikləri  bir  iĢi  –  eĢqlə  nəqĢ 

elədiyim  qıraqdakı  iti  və  padĢahın  atlazdan 

kaftanını eyni rəngə boyamağım kimi baxıb-baxıb, 

arvadımla  gülüĢə-gülüĢə  danıĢdıqlarımızı  bu  çatıq 

qaĢlı  Qaraya  da  danıĢacaqdım  ki,  nəqş  eləməyin 



həyatı sevmək demək olduğunu baĢa düĢsün, amma 

o, məndən çox ayıb bir Ģey soruĢdu. Görəsən, yazıq 

Zərif əfəndinin harada ola biləcəyini bilirəmmi?  



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə