Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə33/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   29   30   31   32   33   34   35   36   ...   190

 

 

141 



 

Abdulla  Ģaha  da  cəsarət  verdi.  O  da  ilk  savaĢda 

Fahir Ģahı məğlubiyyətə uğratdı. Əsir alıb öldürtdü, 

hərəmxanasına  və  kitabxanasına  öz  möhürünü 

vurdu, həmiĢə gözəl olan Nəriman sultanın yeni əri 

oldu.  


 

CĠM 


 

Ġstanbulda  nəqqaĢ  Uzun  Mehmet,  Əcəm 

ölkəsində  Məhəmməd  Xorasani  kimi  tanınan 

nəqqaĢın  hekayəsi  çox  zaman  nəqqaĢlar  arasında 

uzun  ömür  və  korluğa  misal  təki  danıĢılır,  amma 

bu,  əslində,  nəqĢ  və  zaman  barədə  rəvayətdi. 

Doqquz  yaĢında  bir  Ģəyird  kimi,  həmin  fikrə 

düĢdüyü  nəzərə  alınsa,  təqribən  yüz  on  il  kor 

olmadan  naxıĢ  vuran  o  ustadın  ən  böyük 

xüsusiyyəti xüsusiyyətsizliyi idi. Amma burada söz 

oyunu  aparmır,  səmimi  nəsihət  sözü  söyləyirəm. 

Hər  Ģeyi  hər  kəs  kimi,  daha  çox  da  qədim  böyük 

ustadların  tərzində  rəsm  eləyərdi,  buna  görə  də  ən 

böyük  ustad  idi.  Təvazökarlığı,  Allaha  xidmət 

saydığı naxıĢ iĢinə tamamilə bağlılığı onu çalıĢdığı 

bütün nəqqaĢxanaların daxilindəki davalardan, yaĢı 

uyğun  gəlməsinə  baxmayaraq,  baĢ  nəqqaĢ  olmaq 

həvəsindən  uzaqda  saxladı.  Bütün  naxıĢ  həyatı 

ərzində yüz on il küncdə-bucaqda qalmıĢ detalları, 

səhifənin  küncünü  doldurmaq  üçün  çəkilən  otları, 




 

 

142 



 

ağacların minlərlə yarpağını, buludların əlçimlərini, 

atların  bir-bir  daranmalı  olan  yalmanlarını,  kərpic 

divarları,  bir-birini  hey  təkrar  eləyən  saysız-

hesabsız  divar  bəzəyini,  qıyıq  gözlü,  incə  çənəli, 

hamısı  bir-birinin  eyni  olan  minlərlə  sifəti  səbirlə 

nəqĢ  elədi.  Çox  xoĢbəxt,  çox  sakit  idi.  Heç  özünü 

gözə  soxmağa,  üslub  və  Ģəxsiyyət  tələbləri  irəli 

sürməyə  cəhd  eləmədi.  Həmin  məqamda  hansı 

xanın,  ya  da  Ģahzadənin  nəqqaĢxanası  üçün 

çalıĢırdısa,  oranı  ev,  özünü  də  o  evin  bir  əĢyası 

saydı.  Xanlar,  Ģahlar  bir-birilərini  boğazlayıb, 

nəqqaĢlar  da  hərəm  qadınlarıtək  Ģəhərdən  Ģəhərə 

yeni  əfəndilərin  yanına  gedən  kimi,  yeni 

nəqqaĢxananın  üslubu  əvvəlcə  onun  çəkdiyi 

yarpaqlarda,  çəməndə,  qayaların  qıvrımında,  onun 

səbrinin gizli qatlarında üzə çıxırdı. Səksən yaĢında 

olanda  fani  olduğu  da  unuduldu,  rəsm  elədiyi 

əfsanələr  içində  yaĢadığına  inanmağa  baĢladılar. 

Bəlkə  də  buna  görə  bəziləri  onun  zamandan  xaric 

mövcud  olduğunu,  buna  görə  də  heç  vaxt  qocalıb 

ölməyəcəyini  deyirdi.  Evsiz,  yurdsuz  həyatını 

nəqqaĢxana  otaqlarında,  çadırlarında  gecələyə-

gecələyə,  vaxtının  çoxunu  kağıza  baxa-baxa 

keçirməsinə baxmayaraq, axırda kor olmamasını da 

ondan  ötrü  zamanın  dayanması  möcüzəsiylə 

bağlayanlar da vardı. Bəziləri isə, əslində, onun kor 

olduğunu,  amma  hər  Ģeyi  əzbərdən  çəkdiyinə  görə 




 

 

143 



 

görməsinə  artıq  ehtiyac  qalmadığını  söyləyirdi. 

Ömründə  heç  evlənməyən,  heç  seviĢməyən  bu 

əfsanəvi  ustad  yüz  il  çəkdiyi  qıyıq  gözlü,  sivri 

çənəli  və  ay  üzlü  gözəl  adam  nümunəsi,  çinli  və 

xorvat qarıĢığı, qanlı-canlı on altı yaĢlı bir Ģəyirdinə 

kimi,  ġah  Təhmasibin  nəqqaĢxanasında  yüz  on 

doqquz yaĢında rast gələn kimi haqlı olaraq dərhal 

aĢiq  oldu.  Ağlagəlməz  dərəcədə  gözəl  olan  oğlan 

Ģəyirdi  ələ  gətirmək  üçün  həqiqi  aĢiqin  eləyəcəyi 

kimi  nəqqaĢlar  arasında  iqtidar  davalarına,  ara 

qarıĢdırmağa  giriĢib  özünü  yalan-palana,  hiyləyə 

həsr  elədi.  Yüz  il  ərzində  uzaq  qalmağı  bacardığı 

günün tələblərinə çatmağa çalıĢmaq istəyi xorasanlı 

ustad  nəqqaĢı  əvvəlcə  canlandırdısa,  qədim  əfsanə 

zamanların  sonsuzluğundan  da  qopardı.  Gözəl 

Ģəyirdə tamaĢa elədiyi bir ikindi vaxtı açıq pəncərə 

qabağında  Təbrizin  soyuq  küləyilə  üĢüdü,  ertəsi 

gün  asqıranda  kor  oldu,  iki  gün  sonra  da 

nəqqaĢxanasının  hündür  daĢ  pilləkənindən  yıxılıb 

öldü. 

Qara:  «Xorasanlı  Uzun  Mehmetin  adını 



eĢitmiĢdim, amma bu hekayəni bilmirdim», – dedi. 

Bu  sözləri  hekayənin  sona  çatmasını  baĢa 

saldığını,  beynini  danıĢdıqlarımla  dolu  olduğunu 

bildirmək  üçün  nəzakətlə  söyləmiĢdi.  Bir  az 

susdum  ki,  mənə  doyunca  tamaĢa  eləsin.  Çünki 

əllərimin boĢ durması məni rahatsız elədiyinə görə 




 

 

144 



 

ikinci  hekayəni  danıĢmağa  baĢlayandan  dərhal 

sonra  qapı  döyüləndə  qaldığım  yerdən  nəqĢ 

eləməyə  baĢlamıĢdım.  HəmiĢə  dizimin  dibində 

oturub  boyalarımı  qarıĢdıran,  qələmlərimi  yonan, 

bəzi  zaman  xətalarımı  silən  Ģəyirdim  Mahmud 

böyrümdə  məni  həm  dinləyir,  həm  də  baxa-baxa 

səssizcə  oturur,  içəridən  arvadımın  çıxardığı 

taqqıltılar gəlirdi. 

«Aa, – Qara dedi, – padĢah ayağa qalxıb». 

Rəsmə  təəccüblə  baxanda  özümü  elə 

göstərdim  ki,  guya  onun  heyrətinin  səbəbi 

əhəmiyyətsiz  imiĢ,  amma  sizə  düzünü  deyə 

bilərəm.  «Surnamə»  kitabında  təsvir  elədiyimiz 

sünnət  toyu  mərasimi  zamanı  qurulmuĢ  ĢahniĢinin 

pəncərəsi  altından  əsnafın,  icmaların,  əhalinin, 

əsgərlərin  və  quldurların  keçməsini  əlli  iki  gün 

ərzində  izləyən  PadĢahımız  iki  yüz  rəsmin 

hamısında  oturur.  Təkcə  bu  rəsmdə  onu 

meydandakı tünlüyə florin dolu kisələrdən pul atan 

vaxt  ayaq  üstə  çəkdim.  Bunu  ona  görə  elədim  ki, 

pulları qapmaq üçün bir-birini boğazlayan, yumruq 

döyüĢünə çıxan, itələĢən, yerdən pul yığanda dalları 

göyə qalxan kütlənin heyrət və nəĢəsini çəkə bilim. 



«Bir rəsmin  mövzusunda eşq varsa, rəsm də 

eşqlə çəkilməlidi», – dedim. «Dərd varsa, rəsmdən 

də  dərd  axmalıdı.  Amma  dərd  rəsmdəki 

adamlardan,  ya  da  onların  göz  yaşlarından  yox, 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə