Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə35/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   31   32   33   34   35   36   37   38   ...   190

 

 

150 



 

Cahan  Ģahın  nəqqaĢxanasında  ad  qazanmıĢ  ustad 

ġeyx Əli Təbrizinin «Xosrov və ġirin»in möcüzəvi 

bir  nüsxəsini  nəqĢ  elədiyi  yazılıb.  Mənim 

eĢitdiyimə  görə,  hazırlanması  tam  on  bir  il  çəkən 

kitabda  ustadlar  ustadı  ġeyx  Əli  elə  bir  hünər 

göstərib,  ancaq  qədim  ustadlardan  ən  böyüyü 

Behzadın nəqĢ eləyə biləcəyi elə möcüzəli səhifələr 

yaradıb  ki,  Cahan  Ģah  hələ  kitab  yarıya 

çatmamıĢdan  dünyada  tayı-bərabəri  olmayan 

fövqəladə  bir  kitaba  yiyələnmək  üzrə  olduğunu 

baĢa  düĢüb.  Özünə  baĢ  düĢmən  elan  elədiyi 

Ağqoyunlu  hökmdarı  gənc  Uzun  Həsənin  qorxusu 

və ona duyduğu qısqanclıqla yaĢayan Qaraqoyunlu 

Cahan Ģahın ağlına dərhal gəlir ki, daha da yaxĢısı 

Ağqoyunlu  Uzun  Həsən  üçün  rəsm  edilə  bilər.  Öz 

xoĢbəxtliklərini  «əgər  baĢqaları  da  bu  qədər 

xoĢbəxtdilərsə» 

qorxusuyla 

zəhərləyən 

əsl 

qısqanclardan  olduğuna  görə  Cahan  Ģah  sezir  ki, 



ustad  nəqqaĢ  bu  kitabdan  bir  nüsxəsini  də,  hətta 

daha yaxĢısını rəsm eləsə, bunu ancaq Uzun Həsən 

üçün hazırlayacaqdı. Beləcə, həmin möcüzəli kitaba 

özündən baĢqa bir kimsə sahib olmasın deyə kitabı 

baĢa çatdırandan sonra ustad nəqqaĢı  –  ġeyx Əlini 

öldürtmək qərarına gəlir. Amma hərəmxanasındakı 

nəcib qəlbli bir çərkəz gözəli ona usta nəqqaĢı kor 

eləməsinin yetərli olacağını xatırladır. Cahan Ģahın 

dərhal  bəyənib,  ətrafındakı  yaltaqlara  açdığı  bu 



 

 

151 



 

parlaq qərar ustad nəqqaĢ ġeyx Əlinin qulağına da 

çatır,  amma  o,  baĢqa  sıravi  nəqqaĢların  eləyəcəyi 

kimi  kitabı  yarıda  qoyub,  Təbrizdən  çıxmayır. 

Hətta  korluğunu  gecikdirmək  üçün  kitab  üzərində 

yavaĢ-yavaĢ iĢləmək, ya da kitab nöqsansız olmasın 

deyə  pis  çəkmək  kimi  yollara  sapmayıb. 

HəmiĢəkindən  daha  da  böyük  Ģövq  və  əqidəylə 

çalıĢıb.  Təkcə  yaĢadığı  evində  sübh  namazından 

sonra  iĢləməyə  baĢlayar,  gecəyarısı  Ģamların 

iĢığında  yorğun  gözlərindən  əzab  yaĢları  axana 

qədər elə eyni atları, sərvləri, aĢiqləri, əjdahaları və 

yaraĢıqlı  Ģahzadələri  rəsm  eləyərmiĢ.  Çox  vaxt 

heratlı  qədim  ustadların  hazırladıqları  bir  səhifəyə 

günlərlə baxar, bir yandan da heç baxmadığı kağıza 

eyni  rəsmi  olduğu  kimi  çəkərmiĢ.  Axırda 

Qaraqoyunlu Cahan Ģah üçün hazırladığı kitab baĢa 

çatır,  ustad  nəqqaĢ  gözlədiyi  kimi,  əvvəlcə 

təriflənib qızıla tutulur, sonra ucu sivri tuğ iynəsiylə 

kor  edilir.  ġeyx  Əli  heç  ağrısı  belə  kəsilmədən 

dərhal  Heratdan  çıxıb  Ağqoyunlu  hökmdarı  Uzun 

Həsənin yanına gedir. «Bəli, koram»,  – ona deyib. 

«Amma  son  bir  ildə  nəqĢ  elədiyim  kitabın  bütün 

gözəllikləri  hər  qələm,  hər  fırça  dəyməsinə  qədər 

yadımdadı,  əlim  də  onları  mən  görməyə-görməyə 

əzbərdən çəkməyi bacarır. Xanım, sənə olub-keçən 

ən gözəl kitabı nəqĢ eləyə bilərəm. Çünki gözlərim 

artıq bu dünyanın yaramazlığına iliĢib qalmadığına 



 

 

152 



 

görə  Allahın  bütün  gözəlliklərini  yaddaĢımdan  ən 

saf tərzdə çəkə bilərəm». Uzun Həsən böyük ustad 

nəqqaĢa  dərhal  inanır,  ustad  da  sözünün  üstündə 

durub, mövcud olan ən möcüzəvi kitabı Ağqoyunlu 

xaqanına  əzbərdən  çəkir.  Daha  sonra  Ağqoyunlu 

Uzun  Həsənin  Qaraqoyunlu  Cahan  Ģahı  Bingöl 

yaxınlığında  bir  hücümla  yenib,  öldürməsinin 

arxasında  müzəffər  xaqanın  yeni  kitabının  verdiyi 

mənəvi güc olduğunu hamı bilir. Həmin möcüzəvi 

kitab  ustad  ġeyx  Əli  Təbrizinin  rəhmətlik  Cahan 

Ģaha  hazırladığı  əvvəlki  kitabla  birgə  müzəffər 

Uzun  Həsən  rəhmətlik  Fatih  Sultan  Mehmet  xana 

Otluqbeli  savaĢında  məğlub  olanda  PadĢahımızın 

xəzinəsinə qatılıb. Görənlər bilir. 

 

BE 



 

Cənnətməkan  Qanuni  Sultan  Süleyman 

xəttatlara daha çox qiymət verdiyinə görə zamanın 

bəxtsiz nəqqaĢları bu danıĢacağım hekayəni  nəqşin 



xətdən  daha  vacib  olduğuna  misal  kimi 

danıĢırlarmıĢ,  amma  hər  diqqətlə  dinləyənin  baĢa 

düĢəcəyi  kimi,  bu hissə  korluq  və hafizə barədədi

Cahan  hakimi  Teymurun  ölümündən  sonra  bir-

birilərinə  hücum  eləyib  aralarında  rəhmsizcəsinə 

savaĢan  oğullarının  və  nəvələrinin  bir-birilərinin 

Ģəhərlərini  fəth  eləyəndə  atdıqları  ilk  addım  öz 



 

 

153 



 

adlarına  pul  buraxıb,  məsciddə  xütbə  oxutmaq  idi. 

Ġkinci  addım  isə  bir-birilərindən  ələ  keçirdikləri 

kitabları  parçalayıb,  əvvəlinə  özlərini  «cahan 

hakimi» kimi öyən ithaf və yeni titul qoyub yenidən 

cildlətmələriydi  ki,  görənlər  həmin  hökmdarın 

kitabına  baxıb  cahan  hakimi  olduğuna  inansınlar. 

Onlardan  biri,  Teymurun  nəvəsi  Uluqbəyin  oğlu 

Əbdüllətif  Heratı  ələ  keçirəndə  xəttatlarını, 

nəqqaĢlarını, cildçilərini atasının adına dərhal kitab 

hazırlanmasına  elə  canfəĢanlıqla  səfərbər  eləyib, 

onları  elə  tələsdirirmiĢ  ki,  parçalanan  cildlərdən 

çıxan rəsmlər, yazılı səhifələr cırılıb yapıĢdırılanda 

bir-birinə  qarıĢır.  Hansı  kitabın  hansı  hekayənin 

parçası olduğuna fikir vermədən rəsmləri necə gəldi 

cildlədib,  kitablar  düzəltmək  naxıĢsevər  Uluqbəyə 

yaraĢmayacağına  görə  oğlu  Heratın  bütün 

nəqqaĢlarını  yığıb  rəsmləri  sırayla  düzmək  üçün 

hekayələrini  söyləməyi  tələb  eləyir.  Amma  hər 

beyindən baĢqa bir hekayə çıxır, rəsmlər bir-birinə 

daha  çox    qarıĢır.  Onda  son  əlli  dörd  ildə  Heratda 

hökm  sürmüĢ  bütün  Ģahların,  Ģahzadələrin 

kitablarına  gözünün  nurunu  verəndən  sonra 

unudulan sonuncu qoca baĢ nəqqaĢı axtarıb tapırlar. 

Rəsmlərə  baxan  qədim  ustadın  kor  olduğu  aĢkara 

çıxanda  təlaĢ  baĢlayır,  hətta  gülənlər  də  tapılır, 

amma  qoca  ustad  yeddi  yaĢına  çatmamıĢ,  ağıllı, 

ancaq oxuyub-yazmağı bacarmayan bir uĢaq istəyir. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə