222
Bir müddət dinib-danıĢmadan rəsmə baxdı.
«Bunu kim çəkib, bunu?» – sonra soruĢdu.
«Kəpənək. Ən bacarıqlısı odu – Ustad
Osman illərlə ona aĢiq və heyrandı».
«Bu köpək rəsminin bir oxĢarını, amma daha
kobudunu məddahın hekayə danıĢdığı qəhvəxanada
gördüm», – Qara dedi.
«Çoxu
ruhən
Ustad
Osmana
və
nəqqaĢxanaya bağlı olan nəqqaĢların mənim
kitabım üçün rəsm elədikləri Ģeylərə inanmaz.
Gecəyarısı buradan çıxıb pul üçün çəkdikləri
rəsmlərlə məni qəhvəxanada ədəbsizcəsinə ələ
salacaqlarını təsəvvürümə gətirə bilərəm. Bir ara
PadĢahımız mənim gücümə elçilikdən gətirdiyi
gənc bir venesiyalı rəssama öz rəsmini çəkdirdi.
Daha sonra Ustad Osmana o yağlı boyayla çəkilmiĢ
rəsmin eynisini öz üsullarıyla çəkdirdilər.
Venesiyalı rəssamı təqlid eləməyə çətinlik çəkən
Ustad Osman həmin iyrənc məcburiyyətdən çəkdiyi
utandırıcı rəsmdə məni günahkar saydı. Haqlıydı».
Bütün gün ərzində heç cür tamamlaya
bilmədiyim son rəsmdən baĢqa ona bütün rəsmləri
göstərdim,
hekayələrini
yazmasından
ötrü
həvəsləndirdim, nəqqaĢların xasiyyətlərindən söz
açdım, onlara nə qədər pul verdiyimi açıb tökdüm.
Perspektivdən,
arxadakı
şeylərin
Venesiya
rəsmində
getdikcə
kiçilə-kiçilə
çəkilməsinin
223
dinsizlik olub-olmadığından danıĢdığımız qədər
yazıq Zərif əfəndinin pul qısqanclığı və ehtirası
üzündən öldürülə biləcəyindən də söz açdıq.
Qara gecə evinə qayıdanda artıq söz verdiyi
kimi, ertəsi səhər yenə gələcəyindən, kitabın
hekayələrini
məndən
yenə
dinləyəcəyindən
əmindim. Açıq qapının qabağında ayaq səslərinin
yoxa çıxmasını dinləyəndə soyuq gecədə elə bir Ģey
vardı ki, həmin Ģey ayıq və narahat qatilimi məndən
də, kitabımdan da daha güclü, daha Ģeytani eləyirdi.
Arxasınca
qapını səliqəylə, bərk-bərk
örtdüm, hər gecəki kimi arxasına su çiçəyi dibçəyi
kimi istifadə elədiyim köhnə su küpünü qoydum,
ocağı külləyib yatağıma girməmiĢdən qabaq
ġəkurənin əynində onu xəyal kimi göstərən
köynəkdə qarĢımda durduğunu gördüm.
«Bu adama ərə getməkdə axıra qədər
qərarlısanmı?» – ondan soruĢdum.
«Yox, atacan, mən ərə getmək fikrindən
çoxdan daĢınmıĢam. Üstəlik mən evliyəm».
«Hələ də ona ərə getmək istəyirsən, artıq izin
verə bilərəm».
«Ona ərə getmək istəmirəm».
«Niyə?»
«Çünki siz istəmirsiniz. Sizin istəmədiyiniz
bir kəsi mən də heç istəmirəm».
224
Ocağın közlərinin qaranlıqda bir anlığa
gözlərində bərq vurduğunu gördüm. Gözləri
bədbəxtlikdən yox, hiddətdən yaĢarmıĢdı, amma
səsində heç bir sınıqlıq yox idi.
«Qara səni çox sevir», – sirr verən kimi
dedim.
«Bilirəm».
«Bütün günü danıĢdıqlarımı naxıĢ eĢqindən
yox, sənin eĢqindən dinlədi».
«Kitabınızı baĢa çatdıracaqmı, vacib olan
budu».
«Ərin bir gün qayıdacaq», – dedim.
«Bilmirəm nədən, bəlkə də sükutdan
qətiyyən qayıtmayacağını artıq bu gecə əməlli-baĢlı
baĢa düĢdüm. Röyamda gördüklərim doğru
olmalıdı: onu öldürüblər. Qurda-quĢa yem olub».
Bu axırıncını yatan uĢaqların eĢitməmələri üçün
pıçıldayırdı, həm də qəribə hiddətlə demiĢdi.
«Məni öldürsələr, – dedim, – istəyirəm ki,
hər
Ģeyimi
verdiyim
bu
kitabı
baĢa
çatdırasan.Bunun üçün and iç».
«And içirəm. Amma kitabınızı kim
tamamlayacaq?»
«Qara! Bunu ona sən elətdirə bilərsən».
«Siz onsuz da etdirirsiniz, atacan», – dedi.
«Mənə ehtiyacınız yoxdu».
225
«Amma sənin üzündən mənə baĢ əyir. Məni
öldürsələr, qorxub kitabdan boyun qaçıra bilər».
«Onda mənimlə evlənə bilməz», – ağıllı
qızım gülümsəyə-gülümsəyə dedi.
Gülümsədiyini haradan çıxarıram? Bütün bu
söhbət ərzində gözlərində aradabir görünən
parıltıdan baĢqa heç bir Ģey görməmiĢdim. Otağın
ortasında gərgin halda üzbəüz dururduq.
«Onunla
xəbərləĢir,
bir-birinizə
iĢarə
verirsinizmi?» – özümü saxlaya bilməyib
soruĢdum.
«Belə bir Ģeyi necə düĢünə bilərsiniz?»
Uzun, sancılı sükut çökdü. Çox uzaqlarda
köpək hürdü. Bir az üĢüdüm, titrədim. Artıq otaq o
qədər qaranlıq idi ki, bir-birimizi heç görmür, təkcə
üzbəüz durduğumuzu sezirdik. Sonra birdən bir-
birimizi qucaqladıq, var gücümüzlə bir-birimizi
bağrımıza basdıq. Ağlamağa baĢladı, anasının
nisgilini çəkdiyini dedi. Anasının saçları kimi
qoxuyan saçlarından öpdüm, onu oxĢadım.
Yatağına, qucaqlaĢıb yatan uĢaqlarının yanına
aparıb yatırtdım. Geridə qoyduğum iki gün barədə
fikirləĢəndə ġəkurənin Qarayla xəbərləĢdiyinə heç
Ģübhəm qalmadı.
Dostları ilə paylaş: |