227
22. MƏNİM ADIM QARADI
Gecə evə qayıdandan sonra özünü cidd-
cəhdlə anam saymağa baĢlamıĢ ev sahibindən
canımı qurtarıb dərhal otağa çəkildim, döĢəyin
üstünə uzanıb ġəkurə barədə düĢündüm.
Oyun
zövqüylə
diqqət
kəsildiyim
taqqıltılardan baĢlayaq: on iki il sonra evlərinə
ikinci dəfə gedəndə mənə heç görünmədi. O biri
tərəfdən, məni elə sehrli tərzdə ələ almağı
bacarmıĢdı ki, məni daim gördüyündən, gələcək ər
kimi ölçüb-biçdiyindən, bundan məntiqli oyun
zövqü aldığından əmindim. Buna görə mənim də
daim onu gördüyümü hesab eləyirdim. Ġbn Ərəbinin
eşqdən görülməyəni görünən eləmə qabiliyyəti,
görünməyəni daim yanında hiss eləmə istəyi kimi
söz açmasını beləcə daha yaxĢı baĢa düĢdüm.
ġəkurənin məni fasiləsiz izlədiyini evin iç
səslərinə, taxtaların cırıltılarına qulaq kəsildiyim
üçün təxmin eləyə bilirdim. Bir ara uĢaqlarıyla
birgə dəhlizə açılan yan otaqda olduqlarını qəti baĢa
228
düĢdüm: çünki uĢaqların öz aralarında itələĢib dava
elədiklərini, amma analarının təhdidli baxıĢları,
qaĢlarını çatması üzündən səslərini qısmağa
çalıĢdıqlarını eĢitdim. Aradabir təbii olmayan
tərzdə, namaz qılanın diqqətini yayındırmamaq
üçün edildiyi kimi də yox, nümayiĢkaranə tərzdə
pıçıldaĢdıqlarını, sonra qaqqıldayıb gülüĢdüklərini
eĢitdim.
Növbəti dəfə, babaları mənə iĢığın və
kölgənin möcüzələrindən söz açanda iki uĢaq:
ġövkətlə Orxan içəri girdilər, qabaqcadan
xırdalıqlarıyla nəzərdə tutulduğu məlum olan
diqqətli, etinalı hərəkətlərlə məcməyini tutub bizə
qəhvə verdilər. Xeyriyyənin görməli olduğu bu iĢi
analarının bəlkə də gələcəkdə uĢaqlarına ata
eləyəcəyi adamı daha yaxından görmələrinə fürsət
vermək, onlara bu adam haqqında danıĢmaq üçün
ölçüb-biçdiyini düĢünürəm. «Nə gözəl gözlərin var
sənin», – ġövkətə dedim, dərhal kiçik qardaĢ
Orxanın qısqanclığını sezib, «Sənin gözlərin də
gözəlmiĢ», – əlavə elədim, birdən cibimdən
çıxardığım solmuĢ qərənfil çiçəyinin yarpağını
məcməyiyə atandan sonra uĢaqların ikisinin də
yanaqlarından öpdüm. Daha sonra evin içindən
gülüĢlər və qaqqıltılar eĢidildi.
Bəzən mənə tamaĢa eləyən gözün divarların,
bağlı qapıların, hətta tavanın harasındakı hansı
229
deĢikdə olduğunu, mənə hansı yandan baxdığıyla
maraqlanar, bəzi çatlara, budaqlara, ya da yanlıĢ
nöqtələrə baxa-baxa təxminlərlə vurnuxar, o çatın
arxasında ġəkurənin necə durduğunu təsəvvür
eləyirdim. Bəzən bir baĢqa qara nöqtədən əbəs yerə
Ģübhələnir, Ģübhələndiyim Ģeyin doğru olub-
olmadığını baĢa düĢmək üçün ara vermədən
danıĢan əniĢtəmə hörmətsizlik eləmək bahasına
oturduğum yerdən qalxırdım. Və özümü fikrimin
əniĢtəmin danıĢdığı hekayədə olduğunu sübuta
yetirəcək çox məĢğul, çox təəccüblü və düĢüncəli
görkəmlə otağın içində dalğın-dalğın var-gəl eləyən
kimi göstərəndə divardakı Ģübhələndiyim o
nöqtəyə, oradakı qaraltıya yaxınlaĢırdım.
Orada, baxıĢ deĢiyi hesab elədiyim Ģeyin
arxasında ġəkurənin gözüylə qarĢılaĢmamaq mənim
kefimi pozur. Bir anlığa qəribə tənhalıq duyğusuna
qapılır, həyatda nə eləyəcəyini bilməyən adam kimi
səbirsizlik göstərirdim.
Bəzən ġəkurənin mənə tamaĢa elədiyini
qəfildən elə içimdə duyur, onun baxıĢı altında
olduğuma elə qüvvətlə inanırdım ki, sevdiyi qızı ələ
almaq üçün özünü olduğundan daha dərin, güclü və
qüdrətli göstərmək istəyən adam təki özümə
cürbəcür görkəm verməyə baĢlayırdım. Daha sonra
ġəkurənin və uĢaqların savaĢdan heç cür geri
qayıtmayan o ərlə, o itkin düĢən atayla məni
230
müqayisə elədikləri də ağlıma gəlirdi, onda da
yadıma əniĢtəmin necə rəsm edildikləri barədə
danıĢdığı Venesiyanın o məĢhurları düĢürdü. Ad-
sanlarını müqəddəslər kimi iĢgəncə otağında
çəkdikləri əzablar üzündən, ya da itkin düĢən ər
kimi biləyinin gücü və qılıncının ucuyla vurduğu
baĢlar üzündən yox, yazdıqları bir kitab, ya da nəqĢ
eləyib, rəsm çəkdikləri bir səhifə üzündən qazanan
bu yeni məĢhurlara ġəkurənin babasından
eĢitdiyimə görə oxĢamaq istərdim. Həmin
məĢhurların, əniĢtəmin dediyi kimi, dünyanın gözlə
görülən qaranlıqlarının və sirli guĢələrinin
gücündən ilham almaqla çəkilmiĢ rəsmlərini –
əniĢtəmin gördüyü və heç görməyən mən baldızı
oğluna baĢa salmağa çalıĢdığı o möcüzələri –
gözlərimin qabağında canlandırmaq üçün elə səy
göstərirdim ki, axırda heç bir təsəvvür alınmayanda
əhvalım pozulur, özümü cılız sayırdım.
Bir ara ġövkəti yenə qarĢımda gördüm.
Cəsarətlə
üstümə
gələndə
bir
anlığa
Mavərannəhrdəki kimi – ərəb qəbilələri arasında
Qafqaz dağlarındakı çərkəz tayfalarında yayıldığı
sayaq evin ən böyük oğlan uĢağının qonağın əlini
yalnız evə gələndə yox, küçəyə çıxanda da
öpəcəyini də güman elədim, boĢ olsun, öpüb alnına
qoysun deyə əlimi uzatdım. Eyni zamanda çox uzaq
olmayan yerdən ġəkurənin gülüĢünü eĢitdim.
Dostları ilə paylaş: |