239
məhəllədən çıxıb getdikləri barədə deyilənləri
eĢitmiĢəm, amma mən belə Ģeylərə inanmıram.
Əcəm savaĢı üzündən bu gözəl məhəllənin baĢına
gələn yeganə fəlakət qırx il qabaq Qələndəri
təkkəsinin «düĢmən yuvası» sayılıb qapısına zəncir
vurulmasıdı.
Böyürtkən kollarının, ən soyuq havada belə
xoĢ qoxu verən dəfnələrin arxasından keçdim, uçuq
bacayla pərdəsi düĢmüĢ pəncərə arasındakı taxtaları
həmiĢəki vasvasılığımla düzəldib içəri girdim:
yüzillik tüstü və kif qoxusunu ciyərlərimə çəkdim.
Burada olmaq məni elə xoĢbəxt elədi ki,
gözlərimdən yaĢ axacağını güman elədim.
Allahdan baĢqa kimsədən qorxmadığımı, bu
dünyada veriləcək cəzanın mənim nəzərimdə
ikiqəpiklik
əhəmiyyəti
olmadığını
hələ
deməmiĢəmsə, indi demək istəyirəm. Qorxum
mənim kimi qatillərin Qurani-Kərimdə, məsələn,
«Furkan» surəsində açıq-aydın göstərildiyi kimi,
qiyamət günü çəkəcəyimiz və qat-qat artıq olacağı
söylənən əzabdı. Nadir hallarda əlimə keçən köhnə
kitablarda qədim ərəb nəqqaĢlarının dəri üzərində
nəqĢ elədikləri uĢaqsayaq, amma dəhĢətli сəhənnəm
görüntüləri, nədənsə çin və monqol ustalarının
çəkdikləri Ģeytanların iĢgəncələrini xatırladan
həmin cəzanın rəngləri və Ģiddəti nə vaxt
gözlərimin qabağında canlansa, baĢqa məna verib,
240
bu məntiqi iĢə salmaya bilmirəm. «Ġsra» surəsi otuz
üçüncü ayədə nə deyir? Haqlı səbəb olmadan qətl
törədib Allahın qadağan elədiyi cana qıymayın,
demirmi? YaxĢı, onda сəhənnəmə yolladığım alçaq
həm qətlini Allahın qadağan elədiyi mömin deyildi,
həm də onun beynini dağıtmaq üçün mənim çox
haqlı səbəblərim varıydı.
Bu adam PadĢahımızın gizlicə sifariĢ elədiyi
o kitab üçün iĢləyənlərə, bizə böhtan atdı. Əgər
səsini kəsməsəydim, ƏniĢtə əfəndini, bütün
nəqqaĢları, hətta Ustad Osmanı kafir elan eləyib,
gözü qızmıĢ ərzurumlu Xocanın adamlarının
qabağına atacaqdı. Bircə dəfə bir adamın
nəqqaĢların dinsizlik elədiyini ucadan deməsinə
bənddilər ki, güclərini göstərmək üçün onsuz da
bəhanə axtaran ərzurumilər yalnız biz usta
nəqqaĢları yox, bütün nəqqaĢxananı dümdüz
eləyərlər, PadĢahımız belə səsini çıxarmadan baxa-
baxa qalar.
Hər dəfə bura gələndə elədiyim kimi bir
küncdə gizlətdiyim süpürgə və əsgilərlə ətrafı silib-
süpürdüm. Bu iĢi görəndə də içim isindi, özümü
Allahın yaxĢı bəndəsi kimi hiss elədim. Bu yaxĢılıq
duyğusunu məndən əsirgəməsin deyə Allahıma
uzun-uzadı dua elədim. Tülkülərə mis sıçdıracaq
soyuq iliklərimə iĢləyirdi; boğazımın ardında o gizli
ağrı baĢlayırdı, eĢiyə çıxdım.
241
Dərhal sonra özümü yenə həmin qəribə ruhi
vəziyyətdə, tamamilə baĢqa bir məhəllədə gördüm.
Təkkənin boĢ məhəlləsiylə buranın arasında nə baĢ
verdi, nə fikirləĢdim, bilmirəm, necə oldusa, hər iki
tərəfində sərvlər düzülmüĢ bu küçələrə gəldim.
Amma nə qədər getsəm də, geridə qoya
bilmədiyim fikir var, içimi qurd kimi gəmirir, sizə
söyləsəm, bəlkə yükü azaldı. Ġstər ona rəzil iftiraçı
deyək, istər bədbəxt Zərif əfəndi – ikisi də elə bir
Ģeydi – rəhmətlik müzəhhib hələ rəhmətlik
olmamıĢdan bir azca əvvəl əniĢtəni qızğın halda
günahlandıranda bir Ģey demiĢdi. Bütün rəsmlərdə
ƏniĢtə əfəndinin kafir üsulu olan perspektivdən
istifadə eləməsi barədə dediklərindən çox
təsirləndiyimi görəndə rəzil: «Bir də axırıncı rəsm
var», – demiĢdi. «O rəsmdə əniĢtəmiz inandığımız
hər Ģeyə küfr eləyir. Artıq elədiyi kafirlik də deyil,
əməlli-baĢlı küfrdü». Rəzilin bu iftirasından üç
həftə sonra ƏniĢtə əfəndi, həqiqətən də, məndən
kağızın ayrı-ayrı guĢələrinə firəng rəsmində olacağı
kimi, bir-birilərindən heyrətamiz dərəcədə fərqli
Ģeyləri – at, pul, ölüm kimi – iĢləməyimi tələb
elədiyi səhifənin cədvəllənmiĢ və yazıq Zərif
əfəndinin təzhiblədiyi hissəsinin böyük bir qisminin
üzəri həmiĢə baĢqa kağızlarla örtülü olurdu, sanki o
yeri məndən və o biri nəqqaĢlardan gizləmək
istəyirdilər.
242
ƏniĢtədən həmin son böyük rəsmdə nəyi
çəkdiyini soruĢmaq istəyirəm, amma məni bir çox
Ģey saxlayır. SoruĢsam, təbii ki, Zərif əfəndini
mənim öldürdüyümdən Ģübhələnəcək, Ģübhəsini də
hamıya yayacaq. Mənim əhvalımı pozan baĢqa Ģey,
bunu ondan soruĢsam, əniĢtəmin Zərif əfəndinin
haqlı olduğunu söyləyəcəyidi. Bəzən öz-özümə
deyirəm ki, Zərif əfəndidən əldə elədiyim Ģübhə
kimi yox, öz ağlıma fərziyyəm təki soruĢaram,
amma bu, qorxularımı azaltmır. İnsanın başa
düşmədən dinsizlik eləməsi bəlkə də o qədər
dəhşətli bir şey deyil, amma indi artıq hər şeyi başa
düşürəm.
HəmiĢə beynimdən daha ağıllı olan
ayaqlarım məni öz-özünə ƏniĢtə əfəndinin evinin
küçəsinə qədər gətirib. Bir küncə qısılıb evə
qaranlıqda görə bildiyim qədər uzun-uzadı tamaĢa
elədim. Ağacların arasında böyük və sirli varlı evi!
ġəkurənin evin hansı tərəfində olduğunu bilmirəm.
ġah Təhmasib zamanında Təbrizdə çəkilmiĢ bəzi
rəsmlərdə olduğu kimi ev sanki ortasından bıçaqla
kəsilən sayaq görünsə, ġəkurəni hansı pərdənin
arxasında
necə
görəcəyimi
xəyalımda
canlandırmağa çalıĢdım.
Qapı açıldı. Qaranlıqda Qaranın evdən
çıxdığını gördüm. Həyət qapısının ağzından Qaraya
bir anlığa Ģəfqətlə baxan ƏniĢtə də qapını örtdü.
Dostları ilə paylaş: |