248
«Bizi
mövzunu
yaĢamaq
yox,
heç
yaĢamamaq usta eləyir».
«Onda bu ustalıq ölümlə tanıĢ olmalıdı».
Beləcə, qədim ustadlara və bacarıqlarına
hörmət eləyən nəqqaĢlara yaraĢan tərzdə ikimənalı
kinayə, cinas, üstüörtülü və eyhamlarla dolu incə
söhbətə giriĢdilər. Mənim varlığım söhbət mövzusu
olduğuna görə çox diqqətlə dinlədiyim bu
mübahisənin hamısının qəhvəxanamızdakı seçilmiĢ
nəqqaĢları narahat eləyəcəyini bilirəm. Yalnız bir
məqamda məsələ bura gəlib çatdı:
«Nəqqaşın bacarığının ölçüsü hər şeyi qədim
ustadların mükəmməlliyi ilə rəsm eləməsidimi,
yoxsa kimsənin görə bilmədiyi mövzuları rəsmə
gətirməsidimi?» – möcüzə əlli, gözəl gözlü, ağıllı
nəqqaĢ dedi. Özü bu sualın cavabını bildiyi halda,
ehtiyatlıydı.
«Venesiyalılar
nəqqaĢın
gücünü
heç
çəkilməmiĢ mövzuları və üsulları tapmasıyla
ölçürlər», – iddialı ixtiyar dedi.
«Venesiyalılar venesiyalı kimi ölürlər», –
məni çəkəcək nəqqaĢ dedi.
«Amma hamının ölümü bir-birinə oxĢayır», –
qoca dilləndi.
«Əfsanə və naxış hamının bir-birinə
oxşamasını yox, oxşamamasını nəql eləyir», – ağıllı
nəqqaĢ dedi. «Ustad nəqqaş bir-birilərindən
249
tamamilə fərqlənən əfsanələri bizdən ötrü oxşar
kimi çəkə-çəkə usta olur».
Beləcə, söhbət venesiyalının və müsəlmanın
ölümünə, Əzrayıla, Allahın digər mələklərinə,
onların kafirin rəsmləriylə heç vaxt dəyiĢik
salınmayacağının üstünə gəldi. Məni az sonra
çəkəcək və bu anda sevimli qəhvəxanamızda gözəl
gözləriylə mənə baxan gənc ustad bu uzun
söhbətlərdən darıxır, əli səbirsizlik eləyir, məni
çəkmək istəyirdi, amma mənim necə Ģey olduğumu
bilmirdi.
Gənc ustadı aldatmaq istəyən məchul qoca
bunu hiyləgərcəsinə hiss elədi. Kölgələrə bürünmüĢ
otaqda əbəs yerə yanan qəndilin alovuyla parlayan
gözlərini möcüzə əlli gənc ustada dikdi.
«Venesiyalıların sanki insan kimi çəkdiyi
ölüm bizim Əzrayıla oxĢayan bir mələkdi», – dedi.
«Amma insan görkəmindədi. Eynilə Qurani-Kərimi
nazil eləyəndə Cəbrayılın Peyğəmbərimizə insan
cildində görünməsi kimi. BaĢa düĢürsənmi?»
Allahın ağlagəlməz bacarıq bəxĢ elədiyi gənc
ustadın tələsdiyini, məni çəkmək istədiyini baĢa
düĢdüm. Çünki Ģeytani qoca onda bu Ģeytani fikri
oyandırmağı bacarmıĢdı: əslində, bütün nuruyla
tanıdığımız şeyi yox, tanımadığımız yarıqaranlıq
şeyi çəkməyi istəyirik.
250
«O ölümü qətiyyən tanımıram», – məni az
sonra çəkəcək nəqqaĢ dedi.
«Ölümü tanıyırıq», – qoca dilləndi.
«Ondan qorxuruq, amma onu tanımırıq».
«Sən də həmin qorxunu çək», – qoca dedi.
Az qala həmin məqamda rəsmim çəkiləcəkdi.
Böyük ustad nəqqaĢın ənsəsinin ĢiĢdiyini, qol
əzələlərinin gərildiyini, barmaqlarının ucunun
qələmi axtardığını sezdim. Amma, həqiqətən,
böyük usta olduğuna görə bu gərilmənin ruhundakı
naxıĢ eĢqini daha da dərinləĢdirəcəyini hiss eləyib
özünü saxladı.
Hiyləgər qoca da bunu baĢa düĢdüyünə görə,
az sonra çəkiləcəyinə çox əmin olduğu rəsmimə
ilham versin deyə qabağındakı kitablardan, «Əl-
Cəzviyyə»dən, «Kitab-ür Ruh»dan, Qəzzalidən,
«Kitab-ül Əhval-ül Qiyamət»dən, Süyutidən ölüm
barədə parçalar oxudu.
Beləcə, sizin qorxa-qorxa tamaĢa elədiyiniz
bu rəsmimi çəkəndə möcüzə əlli ustad nəqqaĢ məni
ölüm mələyinin cənnətdən düz dünyaya qədər,
Doğunun ən uzaq nöqtəsindən Batının ən uzaq
nöqtəsinə kimi uzanan minlərlə qanadı olan kimi
təsvir etdi. Əsl möminlər üçün həmin qanadların
qucaqlayıcı, günahkarlar və üsyançılar üçünsə hər
birinin ayrı-ayrı çüy kimi yandırıcı olduğunu bilən
ustad nəqqaĢ siz nəqqaĢların çoxu cəhənnəmlik
251
olduğunuzdan məni çüylərlə örtülü çəkdi. NəqqaĢ
Allahın canınızı almaq üçün yanınıza yollayacağı
mələyin əlində hamınızın adınız yazılmıĢ dəftər
olacağını, o dəftərin səhifələrində bəzilərinizin
adının qara dairəyə alındığını, amma ölüm vaxtının
Allah tərəfindən bilindiyini, həmin vaxt gələndə
ərĢin altındakı ağacdan yarpaq düĢəcəyini, o
yarpağı götürüb oxuyanın ölüm növbəsinin kimə
çatmasından xəbərdar olacağını dinlədi, buna görə
məni qorxunc, amma hesab-kitabdan baĢı çıxan
adam kimi çəkdi. BaĢdanxarab qoca insan
görkəmində gələn ölüm mələyinin vədəsi çatan
adama əlini uzadıb canını alandan sonra birdən
ortalığı günəĢin Ģəfəqlərini andıran nur bürüyəcəyi
barədə oxuduğuna görə ağıllı nəqqaĢ məni nur
içində çəkdi, çünki ölünün yanındakıların həmin
nuru görə bilməyəcəklərini bilirdi. Ehtiraslı qoca
«Kitab-ür Ruh»dan qədim qəbir oğrularının
Ģəhadətlərini, bədəninin orasına-burasına çüylər
saplanmıĢ meyit, torpağı qazanda təzə meyit
yerində peyda olan alovlar, içərisinə qurğuĢun
tökülmüĢ kəllələr haqqında da oxuduğuna görə onu
böyük diqqətlə dinləyən möcüzə rəssam mənim
rəsmimi çəkəndə baxanı qorxudacaq hər Ģeyi elədi.
Amma sonra da bundan peĢman oldu.
Rəsminə daxil elədiyi qorxudan yox, bütün bu
rəsmi çəkdiyindən. Mən də özümü atasının utanc və
Dostları ilə paylaş: |