ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə32/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   28   29   30   31   32   33   34   35   ...   204

126

 

 



126

 

iran aşıqlarının dastanları    



 

 

 



heçkimin  gözünə  görünmədən  Abbasın  gözünə  göründü. 

Abbas  Ağasını görən  kimi  dedi  ay  ağalar  bax  budu gəldi. 

Camaat  bir  birinə  dedilər  bu  yazx  dəlidi  bizdən  başqa  bir 

kimsə  burda  yoxduku  bu  deyir  gəldi  .  burda  Abbas  deyir 

yox siz görmürsünüz qulaq asın görun kim gəlib. 

 

Ay ağalar səlli əla məhəmməd 



ərənlər sərvəri gəldi ha gəldi 

hünər fəttahidi özü tacisər 

aləmin rəhbəri gəldi ha gəldi. 

 

Səhər səhər açar cənnətin gülü 



Həsən Hüseyn o cənnətin bülbülü 

Daş yarıldi çıxdı şahın düldülü 

Yanında qənbəri gəldi ha gəldi. 

 

Qurani oxular ayat üzündən 



Nur tökülür Şah heydərin sözündən 

Muxənəslər düşər həqqin gözündən 

Abbasın heydəri gəldi ha gəldi. 

 

Bu  sözlərdən  sonra  camat  bir  birinə  dıyirdi  ki  vallah  bu 



oğlan  dəli  olu.  Abbasa  buların  sözləri  çox  gülünc  gəlir  . 

butərəfdəndə ağası Abbası qandırıb ki tufarqanda aləm bir-

birinə  dəyib.  Ama  Abbas  ağasınan  soruşa  bilmədi  ki 

tufarqanda nə var ancan Abbas nigarandı burda dedi ağalar 

dayanın görun mən nə deyirəm. 

 

 Dindirməyin, qan  ağlaram, 



Artıbdı  fəraqim  mənim. 


127

 

 



127

 

iran aşıqlarının dastanları    



 

 

 



Başımı  alıb  gedərəm, 

Dönübdü  varağım  mənim. 

 

Fələk  məni  saldı təngə, 



Düşmüşəm  qovqaya, cəngə. 

Gedərəm  Hində, Firəngə, 

Heç gəlməz sorağım mənim. 

 

Abbas   qurbət  elə  varsa



Müxənnəsdən, kamın alsa 

Deyilənlər  doğru  çıxsa, 

Sönübdür  çırağım   mənim. 

 

Bu  zaman  camatın  arasında  Abbas  bir  yol  tapıb  dəli  bir  adamkimi 



başladı  qaçmağa  şəhərdən  çıxdı  ama  elə  gedir  ki  ayağının  atını 

görmür  .  birdən  ayağı  bir  daşa  ilişib  başınan  gəldi  yerə  .  qan  üz-

gözünü  bürüdü.  Qalxdı  çox  nigaran  nəbir  suvar  üzün  yusun  nə  bir 

başının  qanın  bağlamağa  dəstmal  .  birdən  yadina  düşdükü  ey  dədi 

bidad  axı  mənə  ağam  demişdi  darda  qalanda  məni  çağır  mən  niyə 

onu  çağırmayım  elə  bu  fikirdəydi  gördü  ağası  dayanıb  başının 

üstündə.  Ağası  əl  çəkdi  Abbasın  başına  qan  dayandı.  Abbas  dahada 

iyman gətirdi ki mən daha bundan sonra heç vaxt tək dəyiləm. Abbas 

dedi  ağa  mən  nigaranam  bir  mənə  agah  elə  görüm  tufarqanda  nə 

xəbər  var.  Ağası  dedi  oğul  bax  barmağımın  arasından  gör  nə 

görürsən. Abbas gördü bir ləşgər gəlib nişanlisı Gülgəz pərini aparır. 

Burda Abbas dözə bilməyib götürüb ağasından nə soruşur. 

 

Aman mulam səndən imdad istərəm 



Nədən ləşgər gəlib o tufarqana? 

o gülgəz pərimdi gedir əlimdən 

ya gəl canımı al ya yetir cana. 

 

Bir adun əsdulahdı ya şahmərdan 



Babullah ismini eylərəm bəyan 

Bir adun yədulla aduva qurban 




128

 

 



128

 

iran aşıqlarının dastanları    



 

 

 



 

 

Alimlər dərs alar həqqin özündən 



Cəbrail dərs aldı onun sözündən 

Abbas nur tökülür şahın üzündən 

Belində zülfüqar gəldi meydanə. 

 

Bu sözlər qutaran kimi  Abbas dedı  ağa mən indi nə iş  görməliyəm? 



Ağası  dedi  oğul  get  tufarqana  .  Abbas  dedi  ağa  mənim  nişanlımı 

aparırlar  mən  tufarqana  nəyə  gedim.  Mən  burdan  tufarqana 

gedibçatana  on  gün  olar  onda  gülgəzdən  əlim  çıxar  .  ağa  sən  mənə 

bir  kömək  elə  ağası  dedı  oğul  gözləruvu  yum  bir  səlavat  çövür. 

Abbas  gözünü  yumdu  bir  sələvat  çövürdü  gözünü  açdı  gördü 

tufarqanın  dərvazasındadı  ama  bunun  qulu  qəmmbər  dayanıb 

qarşısında. Ama gözləri yaşdı. Dedi qənbər bir de görüm tufarqanda 

nə  baş  verib.  Qul  belə  bilirdi  ki  Abbasın  heç  nədən  xəbəri  yoxdu. 

Abbas dedi Qənbər sənənəm de  danış. Burda Abbasın qulu nə deyir 

və Abbas ona nə deyir . 

 

Canım ağa eşidəsən biləsən 



Hökm olundu apardılar gülgəzi. 

Dəstmal ola gözyaşımı siləsən 

Hökm olundu apardılar gülgəzi. 

 

Bir ərzim var qulum sənə söyləyim 



Niyə qoydun apardılar gülgəzi. 

ərzi halı dürüst bəyan eyləyin 

Niyə qoydun apardılar gülgəzi. 

 

Dan ulduzu hər ulduzdan ucadı 



Bilmirəm ki indi günüz gecədi 

Aparan Abbdulla Sarı Xocadı 

Niyə qoydun apardılar gülgəzi. 

 



129

 

 



129

 

iran aşıqlarının dastanları    



 

 

 



Səndə mənə bu xəbəri yetirdin 

Sinəm üstə qəm xərmənin bitirdin 

CƏsədimi qəbr evinə götürdun 

Niyə qoydun apardılar gülgəzi. 

 

Bilirsən ki Qənbər danışmaz yalan 



Tufarqan elinə saldılar talan 

Şah Abbasdan gəldi bu hökmü fərman 

Niyə qoydun apardılar gülgəzi. 

 

Abbası eylədin dəlı divanə 



Bir od saldin sən bu şirin canə 

Yandırıb bağrımı döndərdin qanə 

Niyə qoydun apardılar gülgəzi. 

 

Bu sözlərdən sonra bular ikisi gəldilər tufarqana çatan kimi 



anası çıxdı abbasın qabağına ana abbası nə danışdırdı abbas 

cavab vermədi. Ana belə bilirdı abbası işdən xəbəri yoxdu. 

Abbas  gəlir  gülgəzin  otağına  anada  düşün  oğlunun 

arxasınca  gəldilər  abbas  gülgəzin  otağının  qapısını  açdı 

gördü gülgəz yoxdu. Abbas otağı boş görüb götürüb burda 

nə deyir. 

 

Qədəm qoydum otağına 



Görünməz gülgəz görünməz. 

Gərək düşəm sorağına  

Görünməz gülgəz görünməz. 

 

Bulud ayı saldı tara 



Ürəgimə vırdı yara 

Yar gedıb qurbət diyara 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə