102
102
iran aşıqlarının dastanları
Koroğlu sazınan dediyi kimidə sözünəndedi və dedi ay
qoca xodkarın qızı nigar xanımı aparmağa gəlmişəm. Onu
necə ələ keçirə bilərəm? Qoca dedi ay oğul sən tək bir
oğlansan nigar xanımı bir qoşun qoruyur. osmanlı
qoşununa bata bilməzsən və nigarxanımı apara bilməzsən.
Kor oğlu dedi qoca sən nigar xanımı mənə göstər
aparmağıynan işin olmasın. Dəyirmançının arvadı dedi ay
oğul mən nigarxanımı sənə göstərə bilərəm ama xodkar
eşidər bilər adam göndərər gələr bizim bu dəxməmizidə
başımıza uçurdar sən nigarı görmək istəsən sabah cümədi
nigar xanım hər cümə başında qırx kənizinən gəlir gülşən
bağına get orda gör apara bilsəndə bilməsəndə özun bil.
Koroğlu gecəni dəyirmançının evində yatıb sabah açıldı ,
sabah dəyirmançının arvadı gülşən bağını Koroğluna
göstərdi Koroğlu qiratı gülşən bağına sarı sürüb gəldi çatdı
bağa . bağbanı çağırıb dedi ay bağban xotkarın qızı
nigarxanımın gülşən bağını mənə nişan ver. Bağban gördü
bu oğlanın boyu- buxunu enli kürəyi atı əynində geyimi
yaraqlanıb – yasaqlandığı silahı bu bağbanın çox xoşuna
gəldi. Bağban dedi: güllü bağı sənə nişan verəbilərəm
əvvəl de görüm sən kimsən? Bu boyun bu buxaq bu geyim
və bu atın üstündə belə durub əmir verdiyinən sənə səltənət
sahabı olmağ yaraşır de görüm sən kimsən? Burda Koroğlu
bağbanın cavabında belə deyir.
Uca dağ başında tutaram cəngi
Nigarı xodkardan allam inşallah
Qırram osmanlını hindi firəngi
Istanbulda qılınc çallam inşallah.
103
103
iran aşıqlarının dastanları
Qır atımı bəsləmişəm qəhrində
Heç at görməmişəm onun təhrində
Cümə günü istanbulun şəhrində
Xodkarı təxdindən sallam inşallah
Qarışmayın koroğlunun işinə
Qalib gəlləm yüzünə yüz beşinə
Quzğun qonar cəmdəyinə leşinə
Səltənət sahibi ollam innşallah.
Bağban dedi oğul sən gəzdigin nigar xanımın bağı elə bu
bağdı məndə bağbanıyam. Və nigar xanım bugün bağa
gəzməyə gələcək. Koroğlu dedi a bağban mən bağa girib
nigarxanımı bağda gözlüyə bilərəm? Bağban dedi: xodkar
bilə mən səni bağa yol vermişəm məni doğram-doğram
etdirər. Amma səndən çox xoşum gəldi qıymıram sən əli
boş qayıdasan çək atını bir yanda bağla bir kas görməsin
get gir bağa indi nigarxanım gələcək orda nigarı
görəbilərsən. Koroğlu elədə elədi bağda oturub nigarın
yolunu gözləyirdi ki gördü nigarxanım başında qırx incə
qızənan daxil oldu bağa. Koroğlu qıza yaxınlaşıb salam
verdi, nigarxanım baxdı bir cavan oğlan yaraqlı-yasaqlı
ucaboylu bir çiynindədə bir saz heç bunu saymadı bu
Koroğluya çox ağır gəldi burda Koroğlu götürüb görək nə
deyir.
Salam verrəm salam almaz
Görüm kəssin salam səni
Ağçasız pulsuz aşığam
104
104
iran aşıqlarının dastanları
Pulum yoxdu alam səni.
Xəzinəm yox ağzın açam
Dövlətim yox tökəm saçam
əlac budur alam qaçam
çənli belə salam səni.
Hansı dağların qarısan
Hansı bağların barısan
Nigar koroğlu yarısan
Bilir küllü aləm səni.
Nigar bu sözləri Koroğludan eşidən kimi qəhqəhə çəkin
güldü. Dedi ay Aşıq sən bir Aşıq mən bir xodkar qızı axı
səndə bir pul varki məni alasan? Koroğlu nigarın cavabında
götürüb görək nə deyir.
Uca-uca dağlar başı
Çənli olar çənsiz olar
Cəhd eylə bir işdə tapıl
Sənlı olar sənsiz olar.
Ağ üzdə busa tək gərək
ərənlər isa tək gərək
gözəllər nessa tək gərək
tellidə olar telsizdə olar.
Koroğlunun atı gərək
Dəmir polad qtı gərək
Bir igidin zatı gərək
105
105
iran aşıqlarının dastanları
Pulluda olar pulsuzda olar.
Nigər xanım dedi ay oğlan tutağki mən sənun
pulsuzduğunada dözdüm sən məni xodkarın əlindən decə
alıb apara bilərsən? Nigarxanımın cavabında Koroğlu
götürüb görək nə cavab verir.
Ala gözlü nigar səni
Mən çənli belə aparram.
ÇəKərəm qır at belinə
Dönərəm yelə aparram.
Mayiləm qələm qaşına
Uğrayaram savaşına
Durub dolannam başına
Tutaram dilə aparram.
Türək tərlam qorxma sardan
Səni zorunan xodkardan
Könül ayrılmaz nigardan
Alaram belə aparram.
Saymaram xodkarı xanı
Qoşuna verməm amanı
Meydan içində al qanı
Döndərrəm selə aparram.
Koroğlu gəlib damağa
Rəhm etməz sltana ağa
Qıratı saldırram dağa
106
106
iran aşıqlarının dastanları
Çərdaxlı elə aparram.
Nigar xanım dedi çox yekə-yekə danışırsan sən məni
çardaxlı çənli belə nəyinən apararsan? Koroğlu dedi səni
qırata mindirib aparacam. Nigarxanım dedi: sənin qıratın
necə bir atrır? Koroğlu dedi: ay nigarxanım qulaq as mən
deyim mənim atım qırat necə bir atdı.
Uca dağ başında yel kimi əsər
Bu günümdə mənə kömək qıatım.
Bir aylıq yolları bir gündə kəsər
Köhlən bəsləmişəm gərək qıratım.
Yolların tozunu göyə qaldırar
Muxənnəs üstünü birdən aldırar
Meydənın içində nüşmən aldırar
Olar yiyəsinədirək qıratım.
Qoç koroğlu qonar olsa yəhərə
Yaği düşmənləri salar qəhərə
Obaşdan aparram qoymam səhərə
Dara düşsəm mənə kömək qıratım.
Nigarxanım dedi: ay oğlan sənki bir belə qıratını təriflədin
gedək görək doğurdanda o at sən diyən tərifə dəyir ya yox.
Koroğlu dedi: nigarxanım gedək baxın əyər mən diyən
olmasa onda mənə ğəzəb eyləyin. Nigarxanım başında qırx
incə qızınan Koroğluda yanlarında bağdan çıxıb gəldilər
qıratın yanına. Bu zaman koroğlu gördü məqamını firsəti
fota ferməyib tez atıldı mındi qıatın üstünə və əl atdı
Dostları ilə paylaş: |