107
Bəziləri yuxarıdakı ayə haqqında bu fikirdədirlər ki, ayədə
məcazdan istifadə olunub. Yəni, Allah mütləq hakimiyyət
sahibidir, külli-ixtiyar Onun əlindədir, hər kəsdən güclü-
dür. Söhbət heç də bizim təsəvvür etdiyimiz kimi, Allahın
ərşə (taxta) çıxmasından getmir.
Başqaları isə əksinə düşünürlər: Əsla! Ayəni zahiri məna-
sına görə başa düşmək lazımdır, yəni, söhbət əyləşməkdən
gedir. Amma bu əyləşmə insanların təsəvvür etdikləri əy-
ləşmə qəbilindən deyildir. Bu, heç nəyə bənzəri olmayan Xa-
liqə xas əyləşmədir...
Yarandığı ilk dövrlərdə bu ixtilafın sona yetməyi (dərin-
ləşməməyi) mümkün idi və hər iki fikrin tərəfdarları mədə-
ni, sosial-siyasi quruculuq meydanlarına yönələ bilərdilər...
Erkən dövr sələflərimiz: səhabə və tabeinlər bu cür fikirlər-
dən uzaq durmuş, bu haqda düşünməyi ağıllarından belə ke-
çirməmiş, əsas diqqəti “möhkəm”
∗
ayələr əsasında təlim və
təbliğə yönəltmişdilər.
Amma məlum məsələlər – burada onları izah etmək istə-
mirik – üzündən hər iki görüşün tərəfdarları arasında ixti-
laf dərinləşmiş, hər kəs sonadək “dirənmək” qərarına gəlmiş-
dir.
Ayədəki mənanın məcazi olduğunu deyənlər, az qalsınlar
ki, “təcrid”
∗∗
və “tə`til”
∗∗∗
xətasına düşsünlər. İkincilərin də
∗
Möhkəm: Quranın bəzi ayələrinə verilmiş ad. Mənası dəqiq və aydın
olan ayələr “möhkəm” ayələrdir – tərcüməçinin qeydi.
∗∗
Təcrid: çoxmənalı sözlərdə bəzi mənaları sərf-nəzər etmək – tər-
cüməçinin qeydi.
108
qorxduqları şey başlarına gəlmişdi: Allahı əşyaya bənzətmək
(təşbih)!
Bir dəfə əlimə nəfis çap olunsa da, məzmunu bərbad bir
kitab keçmişdi. Adı belə idi: “Adəmin Rəhmanın surətində
yaradılmasına iman əhlinin etiqadı” (Əqidə əhl əl-iman fi
xəlq Adəm əla surət ər-Rəhman).
Öz-özümə soruşdum: “Əgər Adəm Rəhmanın surətində
yaradılmışsa, onda “Ona bənzər heç bir şey yoxdur” ayəsini
1
necə başa düşək?”
Sözügedən hər iki görüşün tərəfdarları həm nəzəri, həm də
praktik cəhətdən ümmətin sələflərinə (erkən nəsillərinə,
alimlərinə) oxşamadılar. Əgər ilk dövrlərdə müsəlman üm-
məti bu cür məsələlərlə məşğul olsaydı, islam Ərəbistandan
kənara çıxmazdı...
Əgər bu fikirlərin həmin dövrlərdə canlanıb yayğınlaş-
masına izn verilsəydi, dünyanın hər yerində islamın işi bitər-
di və o, sarsıdıcı məğlubiyyətə uğrayardı.
Fikir vermişəm ki, hissləri ağıllarına qalib gələn kəslər Al-
lah haqqında qəribə xəyallara qapılırlar. Onlara görə, Allah
Ondan mərhəmət diləyənləri bağışlamaq üçün ərşini tərk
edərək dünya səmasına enir, sonra isə yenidən ərşinə qayıdır.
Bu, həm sələfə, həm də xələfə yad sadəlövhlükdür...
Bu sadəlövhlüyə onları bəzilərinin topladığı “şübhəli”
hədislər sürükləyib. Bu hədislərin – səhih olsalar belə – əqidə
∗∗∗
Tə`til: sözləri həqiqi mənasında deyil, məcazi mənasında izah et-
mək – tərcüməçinin qeydi.
1
“əş-Şura” surəsi, 11-ci ayə.
109
ilə heç bir əlaqəsi yoxdur. Çünki əqidə mövzularında mənası
aydın, istinadı möhkəm “mütəvatir”
∗
hədislər əsas götü-
rülür.
Sələflə xələfin arasında vaqe olmuş ixtilafı diqqətlə araş-
dırdığımda gördüm ki, o, az qala, “forma” ixtilafıdır (yəni,
müəyyən dini mətnlərdəki sözlərin qrammatik cəhətdən fərq-
li başa düşülməsi nəticəsində meydana çıxmış ixtilafdır).
Çünki bütün islam alimləri həmrəydirlər ki, (“icma” vardır
ki,) Allah təkdir, həmd-səna Onadır; O əzəmətli və Pak-
dır, Müqəddəs zatında heç bir çatışmazlıq yoxdur.
Bəzi kitablarımda da qeyd etdiyim kimi, insanlar özlərinə
məlum əşyaları, şəxsləri, məfhumları ifadə etmək üçün söz
yaradırlar. Yəni, sözlər gözlə görülən, ağılla dərk olunan şey-
ləri ifadə edir.
Əgər metafizik anlayışları ifadə etmək üçün mövcud söz-
lərdən istifadə etmək istəsək, uyğunsuzluq yaranacaqdır.
Odur ki, bu uyğunsuzluğu aradan qaldırmaq üçün həmin
sözləri məcazi (rəmzi) mənada işlətmək lazımdır. Elə isə
“Cənnətdə dünyadakı şeylərdən adlar istisna olmaqla heç bir
əsər-əlamət qalmayacaqdır” deyimini bu mənada başa düşmə-
liyik. Çünki orada bizim təsəvvür etdiyimiz gözlərdən, qu-
laqlardan... heç bir əsər-əlamət qalmayacaqdır.
∗
Mütəvatir: yalan və saxtakarlıqda həmrəylikləri mümkün olmayan
bir qrup insanın eyni xarakterli digər insanlardan nəql etdikləri hədis
növü – tərcüməçinin qeydi.
Dostları ilə paylaş: |