17
“ELEKTRON HÖKUMƏT”İN ARXİTEKTURASI VƏ ŞƏHƏRLƏRİN
İNTELLEKTUAL İDARƏOLUNMASI
Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəciliyidir. O,
informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndas cəmiyyətlərinin
dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq
olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə və ilk novbədə
ABŞ-da və Boyuk Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin
artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək e-hökumətin mahiyyəti onda
ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarından istifadə
edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi
xidmətlərin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təskilatları və ya dovlət strukturları ola bilərlər.
Elektron hökumət təkcə dövlətlə vətəndaşlar və ya biznes arası əlaqə ilə bitmir. O, həmçinin
dövlət daxili əlaqələrlə də əhatə olunub: sistem daxili idarə olunmanın əhatə edir: icra,
qanunvericilik, məhkəmə sistemdaxili informasiya mübadiləsini.
Elektron hökumətin funksional əhatə dairəsini əsas 3 hissəyə ayırmaq olar: idarəedici dövlət
orqanı ilə hökümət (hökümətin fəaliyyəti üçün həmin idarəedici orqanlar üçün imkanların
yaradılması), vətəndaşlar ilə hökümət (hökümət xidmətlərinin əhali üçün təqdim edilməsi) və biznes
ilə hökümət ( hüquqi subyektlər üçün hökümət xidmətləri). Bunlara uyğun aşağıdakı abreviatura
qəbul olunub: G2G (government to governmet); G2C (government to citizen); G2B (government to
business).
Elektron hökumət informasiya – kommunikasiya vasitələrindən istifadə etməklə dövlətin
idarə olunmasıdır və bu 3 formada təzahür olunur:
Elektron idarəedici orqan;
Elektron parlament;
Elektron məhkəmə.
Ümumilikdə e-idarəetmənin 4 sahəsini ayırmaq olar:
Dostları ilə paylaş: