3.
Elektron demokratiya ( e-democracy). Elektron hökumətin bu növünü təmin etmək və
saxlamaq daha çətindir. Elektron demokratiya özündə elektron vasitələrdən istifadə etməklə
dövlət siyasətini daha təkmil idarə etməyə və dövlət işlərində elektron vasitələrin köməyi ilə
iştirak etməyə imkan verir ( Məsələn, elektron elektron səsvermə və s.)
4.
Elektron kommersiya (e-commerce). Elektron kommersiya vətəndaşlara öz vəsaitləri ilə
dövlətdən mal və xidmət almağa təklif edir. Məsələn vətəndaşlara vergi borcunu , mənzilinin
kommunal xərclərini ödəyə, nəqliyyat vasitələrinin qeydiyyat məsələri ilə bağlı əməliyyat
aparmağa imkan verir. Dövlət də öz növbəsində vətəndaşlardan özünə lazım olan xidmətləri ala
və tender müqavilələrini bağlaya bilər.
Dövlətin
elektron
sistemlə
idarə
olunması üçün şərtlər nəzərə alınmalıdır:
“internetləşmənin” müəyyən səviyyəsi (30%-dən dövlət əhalisi və bütün idarəetmə orqanları),
lazımlı informasiya-texnologiya vasitələri və formalarının yaradılması (elektron sənəd, elektron
imza və s.), maliyyə təminatı, mövcud hökumətə uyğun kadr hazırlığı, cəmiyyətin inkişaf ənənəsi
və forması, xarici təcrübələrin dövlətə tətbiq mexanizmi.
Dostları ilə paylaş: |