P6081 veb və idug məzmun xəritəsi


 Bașlama ekranında sola sürüșdürün və   Parametrlər



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Wi-Fi vurun.
2. Wi-Fi şəbəkəsi seçimini Qeyri-aktiv 
 edin.
Mobil məlumat qoșulmasını bağlamaq
Bașlama ekranında sola vurub   Parametrlər > Mobil vurun və Məlumat bağlantısı seçimini Qeyri-
aktiv kimi dəyișin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
93


Əyləncə
Boş vaxtınız var və əylənmək istəyirsiniz? Videolara necə baxmağı, sevimli musiqilərinizi dinləməyi və
oyunlar oynamağı öyrənin.
Baxmaq və dinləmək
Siz telefonunuzdan videolara baxmaq, musiqi və ya podkastları dinləmək üçün istifadə edə bilərsiniz.
Vurun:   Musiqi+Videolar.
Musiqi və podkastlara qulaq asmaq və videolara baxmaq
Yolda olarkən sevimli medianız sizinlə olsun – harada olmağınızdan asılı olmayaraq videolara baxın,
musiqi və podkastları dinləyin.
1. Vurun:   Musiqi+Videolar.
2. Vurun: MusiqiVideolar və ya Podkastlar.
3. Kateqoriyaya baxmaq üçün sola və ya sağa vurun.
4. Dinləmək istədiyiniz mahnı, podkast və ya videoya vurun.
İşarə:Ekvalayzerin parametrlərini dəyișərək səsin keyfiyyətini yaxșılașdıra bilərsiniz. Bașlama
ekranında sola sürüșdürün və   Parametrlər > audio vurun.
İfaya fasilə vermək və ya onu davam etdirmək
Vurun:   və ya  .
Mahnıları təsadüfi qaydada səsləndirmək üçün   düyməsinə vurun.
Sürətlə geri və ya irəli fırlatmaq
 və ya   düyməsini basıb saxlayın.
Musiqiyə simsiz qulaq as
JBL PlayUp simsiz dinamiklərlə, heç bir naqilsiz yüksək audio keyfiyyətində musiqiyə qulaq asa və
telefonu enerji ilə doldura bilərsiniz.
Nokia simsiz dinamikləri, məsələn, JBL PlayUp ayrıca satılır. Aksesuarlardan istifadənin mümkünlüyü
regiona görə fərqlənə bilər.
1. Telefonunuzun NFC sahəsi ilə dinamikin NFC sahəsinə toxunun. Dinamik telefonunuza avtomatik
qoşulur.
2. Telefonunuza enerji yükləmək üçün onun adapterinin simsiz doldurulma tərəfini dinamik üzərinə
yerləşdirin. Doldurulma göstəricisi ağ rəngə çevrilir və yükləmə zamanı işıq yanıb-sönür.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
94


FM radio
Telefonunuzda radioya qulaq asmağı öyrənin.
Radio dinləmək
Sevimli FM radio stansiyalarınızdan həmişə zövq alın.
Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.
1. Başlama ekranında sola sürüşdürün və vurun   Musiqi+Videolar > Radio.
2. Uyğun gələn naqilli qulaqlığı qoșun.
Əvvəlki və ya növbəti stansiyaya keçid
Sola və ya sağa vurun.
Radio stansiyanı yadda saxlamaq
Sevimli radio stansiyalarınızı yaddaşda saxlayın və onlara asanlıqla qulaq asın.
Bașlama ekranında sola sürüșdürün və   Musiqi+Videolar > Radio vurun.
Qulaq asdığınız radio stansiyanı yaddaşda saxlamaq üçün   vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
95


Saxlanmış stansiya siyahısına baxmaq
Vurun:  .
Stansiyanı siyahıdan silmək
Vurun:  .
Nokia Musiqi
Windows Phone-da Nokia Musiqi ilə siz telefonunuza və kompüterinizə mahnılar yükləyə bilərsiniz.
Bașlama ekranında sola sürüșdürün və   Nokia Musiqi vurun.
Əlavə məlumat üçün music.nokia.com ünvanına daxil olun.
İşarə:Nokia Musiqi-dən mahnı ötürmək və yükləmək üçün, mövcud olan yerdə Wi-Fi
bağlantısından istifadə edin.
Bu xidmət bütün ölkə və ya regionlarda mövcud deyil.
Əgər sizin Nokia hesabı ilə bağlı kreditiniz və ya digər Nokia Musiqi Limitsiz üzvlüyünüz varsa, onu
bağlamayın. Bağlasanız, bunlar hamısı itiriləcək.
Musiqi və digər məzmunun yüklənməsi və axını xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə
məlumat ötürülməsinə səbəb ola bilər. Məlumatın ötürülmə qiymətləri ilə bağlı məlumat üçün şəbəkə
xidməti təminatçınızla əlaqə saxlayın.
Miks radio
Miks radio ilə yeni musiqilər kəşf edin.
Miks Radio
Müxtəlif janrlar üzrə yeni ifaçıları və mahnıları öyrənməyin ən asan yolu Nokia Miks Radioda musiqi
dinləməkdir. Siz müxtəlif ifaçılara və janrlara aid miksləri seçərək dinləyə və oflayn qulaq asmaq üçün
telefonunuzda saxlaya bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Nokia Musiqi > Miks radio vurun.
2. Hansı musiqi janrına qulaq asmaq istədiyinizi seçin.
İşarə:Başlanğıc ekranına əlavə etmək və ya oflayn dinləmək üçün miksə vurub saxlayın. Eyni
vaxtda yadda saxlana bilən oflayn mikslərin sayı məhduddur.
Musiqiyə fasilə vermək və ya onu davam etdirmək
Vurun:   və ya  .
İşarə:Cari mahnını satın almaq üçün   vurun.
Növbəti mahnıya keçmək
Vurun:  .
Ötürülən mahnıların sayında məhdudiyyət ola bilər.
Miks radionuzu fərdiləşdirmək
Siz zövqünüzə görə yaradılmış janr misklərini dinləmək üçün musiqi profili yarada bilərsiniz. Profiliniz
telefonunuzda və ya kompüterinizdə olan musiqi ilə avtomatik şəkildə tərtib edilir.
1. Başlama ekranında sola sürüşdürün və vurun   Nokia Musiqi > Miks yarat.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
96


2. Fərdiləşdir seçiminə sürüşdürüb musiqi profilini yarat vurun. Musiqi kolleksiyanızın detalları
axtarılır və musiqi xidmətinə yüklənir.
3. Kompüterinizdəki musiqini axtarmaq üçün 
 > Kompyuterdə axtarış vurun və təlimatlara əməl
edin.
4. Miks ifa etmək üçün   vurun.
İşarə:Bütün janrlara baxmaq üçün təsvirlər üzərində yuxarı sürüşdürün.
Bu xidmət bütün ölkə və ya regionlarda mövcud olmaya bilər.
Miks Radio ilə tövsiyələr əldə edin
Nokia Miks Radio ilə siz sevimli ifaçılarınızla bərabər musiqi tövsiyələri almaq üçün fərdi mikslər yarada
bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Nokia Musiqi vurun.
2. Vurun: Miks yarat.
3. Vurun:  .
4. İfaçının adını yazın - siz 3-ə qədər ad əlavə edə bilərsiniz.
5. Seçilmiş ifaçılar əsasında miks yaratmaq üçün   düyməsinə vurun.
Musiqi satın almaq
Ən yeni musiqiləri izləyin və Nokia Musiqi-dən sevimli musiqilərinizi yükləyin.
İşarə:Nokia Musiqi-dən mahnı ötürmək və yükləmək üçün, mövcud olan yerdə Wi-Fi
bağlantısından istifadə edin.
1. Bașlama ekranında sola sürüșdürün və   Nokia Musiqi > Mağaza vurun.
2. Yükləmək istədiyiniz mahnı və ya albomu seçin.
3. Mahnı və ya albomun qiymətinə vurun. Bəzi mahnılar yalnız albomun bir hissəsi olaraq yüklənə bilər.
4. Tələb olunduqda, Nokia hesabınıza daxil olun.
5. Ödəmə üsulunu seçin.
Mahnılar telefonunuzda saxlanır və avtomatik olaraq musiqi kolleksiyanıza əlavə olunur.
Aktiv yükləmələrə baxmaq
Vurun: parametrlər və kömək.
Yükləmə kreditlərini satın almaq
music.nokia.com ünvanına daxil olun.
İşarə:Kredit balansını yoxlamaq üçün parametrlər və kömək vurun.
Konsertləri tapmaq
Sevimli qruplarınızın canlı ifalarını qaçırmayın. Konsertlər ilə yaxınlığınızda keçiriləcək konsertləri görə
bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Nokia Musiqi > Konsertlər vurun.
Bu xidmət sizin cari yerinizi bilməlidir. Soruşulduqda xidmətə yeriniz haqqında məlumatdan istifadə
etmək icazəsini verin.
2. Biletləri almaq üçün konsertə vurun, Tiletlər üzərinə sürüşdürün və əgər mümkündürsə, satıcını
seçin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
97


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə