P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   27   28   29   30   31   32   33   34   35

Kodu unutsanız və telefonunuz kilidlənərsə,
telefonunuzu texniki xidmətə aparmaq tələb
olunacaq. Əlavə xərclər tələb oluna və
telefonunuzda olan şəxsi məlumatlar silinə bilər.
Ətraflı məlumat almaq üçün Nokia Care və ya
telefon dilerinizlə əlaqə saxlayın.
IMEI
Bu şəbəkədə olan telefonları təyin etmək üçün
istifadə edilir. Siz bu nömrəni Nokia Care
xidmətlərinə təqdim etməli ola bilərsiniz.
IMEI nömrənizə baxmaq üçün *#06# yığın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
123


Nasazlıqların aradan qaldırılması və dəstək
Telefonunuz haqqında ətraflı öyrənmək istədikdə və ya telefonunuzun necə ișlədiyindən əmin
deyilsinizsə, yoxlamaq üçün bir neçə dəstək kanalları mövcuddur.
Telefonunuzdan optimal șəkildə yararlanmaq üçün telefonunuzda əlavə göstərișlərin verildiyi
istifadəçi təlimatları mövcuddur. Bașlama ekranında sola sürüșdürüb   Nokia Care vurun.
Həmçinin www.nokia.com/support ünvanına daxil olaraq așağıdakılara baxa bilərsiniz:

Nasazlığın aradan qaldırılması hağğında məlumat

Müzakirələr

Proqram  təminatı və yükləmələr üzrə xəbərlər

Proqram  təminatı yeniləməsinə dair məlumat

Xüsusiyyətlər və texnologiyalar haqqında əlavə məlumatlar və cihaz və aksesuarların uyğunluğu
Nasazlığın aradan qaldırılması və müzakirələr bütün dillərdə mövcud olmaya bilər.
Dəstək videoları üçün www.youtube.com/NokiaSupportVideos üzərinə keçin.
Telefonunuz donursa
Așağıdakıları cəhd edin:

8  saniyəyə qədər ișəsalma düyməsini basıb saxlayın. Telefon işə düşür.

Telefonun proqram təminatını yeniləyin.

Telefonu ilkin vəziyyətinə bərpa edin. Bu, zavod parametrlərini bərpa edir, eləcə də, satın aldığınız
və yüklədiyiniz proqramlar daxil olmaqla bütün șəxsi məlumatları silir. Bașlanğıc ekranında sola
sürüșdürün və vurun:   Parametrlər > Sistem haqqında > Telefonunuzu sıfırlayın.
Əgər məsələ yenə də həll olunmursa, təmir üçün sizin şəbəkə xidməti təminatçınızla yaxud Nokia ilə
əlaqə saxlayın. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefonunuzdakı məlumatların
nüsxəsini çıxarın, çünki telefonunuzdakı bütün şəxsi məlumatlar silinə bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
124


İşarə:Telefonunuzu müəyyən etmək, vahid IMEI nömrəsini öyrənmək istəyirsinizsə, *#06#
nömrəsinə zəng edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
125


Model nömrənizi və seriya nömrəsini (IMEI) tapmaq
Nokia Care və ya xidmət təminatçınızla əlaqə saxlamaq istəyirsinizsə, sizə telefon modelinizin nömrəsi
və seriya nömrəsi (IMEI) kimi məlumatlar lazım ola bilər. Məlumatı görmək üçün   Parametrlər >
Sistem haqqında vurun.
Məlumatı həmçinin nano-SIM saxlayıcısında və yaddaş kartı saxlayıcısında yerləșən telefon etiketində
də görə bilərsiniz. Telefon etiketinə baxmaq üçün saxlayıcıları çəkin.
Kart saxlayıcısını açmaq üçün saxlayıcı açılana kimi SIM qapısının açarını dəliyə salın və saxlayıcını
çıxardın.
İşarə:Telefonun IMEI nömrəsinə baxmaq üçün *#06# yığın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
126


Məhsul və təhlükəsizlik məlumatı
Şəbəkə xidmətləri və qiymətlər
Siz cihazınızı yalnız LTE 800, 900, 1800, 2100, 2600; WCDMA 850, 900, 1900, 2100; və GSM 850, 900, 1800, 1900 MHs şəbəkələri.
Ölkənizdən və xidmət təminatçınızdan asılı olaraq LTE şəbəkələrin dəstəyi cihazınızda ləğv edilmiş ola bilərda istifadə edə
bilərsiniz. Xidmət təminatçısına abunə olmalısınız.
Bəzi funksiyalardan istifadə və məzmun yükləmək şəbəkə bağlantısı tələb edir və məlumat xərcləri ilə nəticələnə bilər. Siz
həmçinin bəzi xüsusiyyətlərə abunə olmalısınız.
Mühüm: 4G/LTE şəbəkə xidməti təminatçınız və ya səyahət zamanı istifadə etdiyiniz xidmət təminatçısı tərəfindən
dəstəklənməyə bilər. Bu hallarda zəng etmək və ya zəng qəbul etmək, mesaj göndərmək və ya almaq və ya mobil məlumat
bağlantısından istifadə mümkün olmaya bilər. 4G/LTE xidməti mümkün olmadıqda cihazınızın problemsiz işləməsini təmin
etmək üçün ən yüksək bağlantı sürətini 4G-dən 3G-yə dəyişdirmək tövsiyə olunur. Bunun üçün başlama ekranında sola
sürüşdürün və   Parametrlər > Mobil vurun. Ən yüksək bağlantı sürəti seçimini 3G kimi dəyişin.
Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
Təcili yardım zənginin edilməsi
1. Telefonun işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın.
Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:

Cihazınız dəstəkləyirsə, SIM kartı cihaza daxil edin.

Telefonunuzda zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng
məhdudiyyətlərini ləğv edin.

Uçuş rejimi yanılı olmadığını yoxlayın.

Telefon ekranı və düymələri kilidlənibsə, onların kilidini açın.
3. Basın  .
4.   seçin.
5.   seçin.
6. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
7. Zəng et seçin.
8. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənədək zəngi bitirməyin.
Telefonu ilk dəfə yandırdığınızda, sizdən Microsoft hesabınızı yaratmanız və telefonu qurmanız xahiş ediləcək. Hesab və telefon
quraşdırılması zamanı təcili yardım zəngi etmək üçün basın: Fövqəladə zəng.
Mühüm: Telefonunuz internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin.
Telefon həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə
bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz telefona etibar etməyin.
Cihazınızı qoruyun
Cihazınızla, batareya, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım
edəcək.

Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb
olan minerallar ola bilər. Cihaz islanıbsa, onun qurumasını gözləmək lazımdır.

Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın.

Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihaza və ya batareyaya zərər vura bilər.

Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və
bu onu zədələyə bilər.

Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.

İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola
bilər.

Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud davranış onun sınmasına səbəb ola bilər.

Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
127


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə