P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   27   28   29   30   31   32   33   34   35

Yaddaş və saxlama
Şəkilləri, proqramları və telefonunuzda olan digər məzmunu necə idarə etməyi öyrənin.
Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək
Qəzalar qaçılmazdan. Buna görə də, parametr və məzmununuzun Microsoft hesabında nüsxəsini
çıxardın.
Telefonunuzun nüsxəsini çıxartmaq üçün sizə Microsoft hesabı lazımdır. Telefonunuzu proqramlar
siyahısını, parametrləri, mətn mesajlarını, fotoșəkilləri və videoların nüsxəsinin çıxartmasını qura
bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Ehtiyat nüsxə vurun.
2. Tələb olunduqda Microsoft hesabınıza daxil olun.
3. Nəyin və necə nüsxəsinin çıxarılmalı olduğunu seçin.
Yüklədiyiniz proqramlar ehtiyat nüsxəyə daxil edilməyə bilər, lakin proqramlar mövcud olduğu
təqdirdə onları yenidən Mağazadan yükləyə bilərsiniz. Məlumat ötürülməsi tarifləri tətbiq oluna bilər.
Əlavə məlumat üçün șəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
Videoları və ən keyfiyyətli fotoșəkillərin nüsxəsini çəxartmaq üçün sizə Wi-Fi bağlantısı lazımdır.
Musiqi kimi digər tərkibin nüsxəsini çıxartmaq üçün iș masası üçün Windows Phone proqramından və
ya Windows Explorer istifadə edin.
Nüsxəsi çıxarılmış məlumatları bərpa etmək
Nüsxəsini çıxartdığınız məlumatları bərpa etmək üçün Microsoft hesabınıza daxil olmalısınız. Məzmun
avtomatik bərpa edilir.
Siz telefonun proqram təminatını sıfırladıqdan və ya yenilədikdən sonra və ya yeni telefonu qurarkən
nüsxəsini çıxartdığınız məlumatları bərpa edə bilərsiniz.
Telefonun mövcud yaddașını yoxlamaq və artırmaq
Telefonunuzda nə qədər yaddaș olduğunu yoxlamaq istəyirsiniz? Siz həmçinin gələcəkdə faylları
harada saxlamağı təyin edə bilərsiniz.
Bașlama ekranında sola sürüșdürün və vurun   Parametrlər > Telefon yaddaşı.
Telefon haqqında təfərrüatları yoxlamaq üçün Telefon vurun. Telefon kartı haqqında təfərrüatları
yoxlamaq üçün SD kart vurun.
Yaddaș azalıbsa, sizə artıq lazım olmayan məzmunu yoxlayın və silin:
• Mətn, multimedia və e-poçt mesajları
• Əlaqələr və təfərrüatlar
• Proqramlar
• Musiqi, șəkilləri və ya videolar
Yaddaș Yoxlaması ilə yaddașı nəyin tutduğuna baxın
Bașlama ekranında sola sürüșdürün və vurun   Parametrlər > yaddaş yoxlaması.
Yaddaș Yoxlaması ilə yaddașı boșaltmaq üçün müvəqqəti faylları silin
Bașlama ekranında sola sürüșdürün və vurun   Parametrlər > yaddaş yoxlaması. Daha sonra
təfərrüatlar seçiminə keçib sil vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
117


Proqramı telefondan silmək
Yaddaş yerini artırmaq üçün artıq istifadə etmədiyiniz proqramları telefondan silə bilərsiniz.
1. Başlanğıc ekranında sola, proqramlar menyusuna sürüşdürün.
2. Proqrama vurub saxlayın və sonra Ləğv et seçiminə vurun. Bəzi proqramları silmək mümkün olmaya
bilər.
Proqramı silsəniz, o, Mağazada olduğu müddətdə yenidən satın almadan təkrar quraşdıra bilərsiniz.
Quraşdırılmış proqram silinmiş proqramdan asılıdırsa, quraşdırılmış proqram daha işləməyə bilər.
Təfərrüatlar üçün quraşdırılmış proqramın sənədlərinə baxın.
Telefon və kompüter arasında məzmun köçürmək
Yaratdığınız şəkilləri, videoları və digər məzmunu sizin telefonla kompüter arasında köçürün.
İşarə:Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.
Çəkdiyiniz şəkilləri Mac kompüterinizə köçürmək istəyirsinizsə, Mac üçün Nokia Şəkil Köçürməsi
proqramından istifadə etməniz tövsiyə olunur. Proqramı www.nokia.com ünvanından yükləyə
bilərsiniz.
1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.
İşarə:Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin
telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi,
fotoşəkillər, rinqtonlar və videolar üçün ayrı qovluqlar var.
3. Elementləri telefondan kompüterə və ya kompüterdən telefona çəkərək köçürün.
İşarə:Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone
proqramından istifadə edə bilərsiniz. Windows 8 proqramı avtomatik quraşdırır. Windows 7 ilə
onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.
Hansı kompyuter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvələ
baxın.
Windows
Phone
proqramı
İş masası
üçün
Windows
Phone
proqramı
Mac üçün
Windows
Phone
proqramı
Mac üçün
Nokia Şəkil
Köçürmə
Proqramı
(yalnız
şəkillər və
videolar)
Windows
Explorer
Windows 8
x
x
x
Windows 8 RT x
x
Windows 7
x
x
Windows
Vista/XP
x
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
118


Windows
Phone
proqramı
İş masası
üçün
Windows
Phone
proqramı
Mac üçün
Windows
Phone
proqramı
Mac üçün
Nokia Şəkil
Köçürmə
Proqramı
(yalnız
şəkillər və
videolar)
Windows
Explorer
Mac
x
x
Təhlükəsizlik
Telefonunuzu necə qorumağı və məlumatlarınızın təhlükəsizliyini təmin etməyi öyrənin.
Telefonun avtomatik kilidlənməsini qurmaq
Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və
telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Kilid ekranı vurun.
2. Parol seçimini Aktiv 
 təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.
3. Sonra parol tələb et vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.
Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız və onu
bərpa edə bilməsəniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki baxışa
aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi məlumatlar silinə
bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.
Telefonun kilidini açmaq
İşəsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
119


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə