P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   27   28   29   30   31   32   33   34   35


Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.

Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.

Vacib  məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya
kompüterdə və ya vacib məlumatı yazın.
Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu normaldır. Həddən artıq qızmanın qarşısını almaq üçün cihaz
avtomatik olaraq ləngiyə, proqramları bağlaya, enerji doldurulmasını dayandıra və lazım olarsa, öz-özünə sönə bilər. Cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən rəsmi xidmət mərkəzinə aparın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın
bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Nokia məhsulunuzu necə dövr etdirəcəyiniz barədə məlumatı
www.nokia.com/recycle ünvanından əldə edin.
X işarəli çarxlı qutu işarəsi
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və
elektronik məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş
bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal məntəqəsi üçün yerli tullantıların idarə
edilməsi üzrə qurumla əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı
daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.
Rəqəmli hüquqların idarəsi haqqında
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəllif hüquqlarının qorunması şəkilləri, musiqi və digər məzmunu köçürməyə,
dəyişdirməyə və ya göndərməyə mane ola bilər.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə
etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Bu cihazla PlayReady ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin
sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi
RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ
proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə
təsir etməyəcək.
Cihazınızda PlayReady və ya WMDRM ilə qorunan məzmun varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və məzmun
silinəcək. Siz həmçinin cihazınızdakı fayllar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar
və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Əlavə məlumat
üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.
Batareya və adapter məlumatı
Cihazınız daxili, stasionar, təkrar doldurulan batareya ilə təchiz edilmișdir. Arxa qapağı açmağa və ya batareyanı çıxartmağa cəhd
etməyin; cihazı zədələyə bilərsiniz. Batareyanın dəyișdirilməsi üçün onu yaxınlıqda yerləșən səlahiyyətli xidmət mərkəzinə aparın.
Cihazınızı AC-60E və ya AC-60X adapteri ilə doldurun. Adapterin ștepsel növləri dəyișə bilər.
IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın mikro-USB məlumat portuna qoșula bilən üçüncü tərəflərə məxsus adapterlər də
bu cihazla uyğun gələ bilər.
Nokia bu cihaza uyğun əlavə batareya və ya adapter modelləri düzəldə bilər.
Batareya dəfələrlə doldurula və boșaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışıq və gözləmə vaxtları normaldan
əhəmiyyətli dərəcədə azaldıqda, batareyanı dəyişdirmək üçün cihazı ən yazın rəsmi xidmət mərkəzinə aparın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
128


Batareya və adapter təhlükəsizliyi
Adapteri və ya aksessuarı ayırmaq üçün şnurdan deyil, ştepseldən tutub çəkin.
Adapter istifadə edilmədikdə onu ayırın. İstifadə edilmədikdə tam doldurulmuş batareya vaxt keçdikcə enerjisini itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin temperaturlar batareyanın gücünü və
istismar müddətini azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Digər yerli qaydalar. Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, vurmayın, əyməyin, deşməyin və ya başqa formada zədələməyin. Batareya sızması olarsa,
mayenin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su ilə yuyun və ya
tibbi yardım üçün müraciət edin. Batareyaya müdaxilə etməyin, kənar əşyaları daxil etməyin, suya və ya digər mayelərə salmayın.
Batareyalar zədələnərsə, partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnış istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə
bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə aparın. Heç vaxt
zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. İldırım çaxması zamanı cihazınızı elektrik mənbəyinə qoşmayın. Adapderi
yalnız qapalı məkanda istifadə edin.
Əlavə təhlükəsizlik məlumatı
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə
saxlayın.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün
həkimlə və ya tibb cihazın istehsalçısı ilə məsləhətləşin.
İmplantasiya edilmiş tibbi cihazlar
Potensial müdaxilənin qarşısını almaq üçün tibbi implant cihazlarının istehsalçıları tibbi cihazla simsiz cihaz arasında minimum
15,3 sm (6 düym) məsafə saxlanmasını məsləhət görür. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

Həmişə simsiz cihazları tibbi cihazdan 15,3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.

Cihaz  döş cibində daşımamalıdır.

Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.

Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.

İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz
üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.
Nikel
Bu cihazın səthi nikelsizdir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
129


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə