“Palitra”.-2010.-8 yanvar.-N.2.-S.5.
Vidadi Salahov:
"Azәrbaycanlılar Qazaxıstanın bütün dövlәt orqanlarında çalışırlar"
Xaricdә yaş ayan soydaş larımız arasında siyasi-iqtisadi, sosial-mәnәvi birliyin olması ilә yanaşı onların
qarşısında azәrbaycançılıq ideologiyasına әsaslanan bir sıra tarixi vәzifәlәr durur. Burada Azәrbaycan
reallıqlarının dünyaya olduğu kimi çatdırılması, elәcә dә vәtәnә sәdaqәtlilik kimi meyarlar öz әksini tapıb.
Bu amala sadiq qalan xaricdәki diaspor tәşkilatlarımız fәaliyyәtlәrini daha da güclәndirirlәr. Hazırda öz
fәaliyyәti ilә seçilәn belә diaspor tәşkilatlarından biri dә Qazaxıstandakı "Xәzәr" Azәrbaycan diaspor
tәşkilatıdır. Tәşkilatın sәdri Vidadi Salahov güclü diasporun xalqımız üçün önәm daşıdığını deyir:
- Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir
azərbaycanlının vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi və
zamanın çağırışıdır. Milli birlik, vətəndaşlıq birliyi olmadan tərəqqiyə, əmin-amanlığa və firavanlığa qovuşmaq
çətindir. Otuz iki ildən artıqdır ki, mən Qazaxıstanda yaşayıram və orada diaspor işi ilə məşğul olmağımla yanaşı
Qazaxıstanda yayımlanan 20 min tirajlı, üç dildə (Azərbaycan, qazax və rus) nəşr edilən həftəlik və beynəlxalq
"Turan Ekspress" qəzetinin baş redaktoru və təsisçisiyəm. İctimai işlər həyatımın ayrılmaz bir hissəsidir. Onu da
qeyd edim ki, Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı və türklər yaşayır. Azərbaycanlı və türklərdən təşkil
olunmuş diaspor ətrafında toplaşanlar o zaman, yəni 1937-44-cü illərdə Gürcüstandan və Azərbaycandan sürgün
olunmuş insanların nəsillərindəndir. Ancaq hazırda Qazaxıstanda məskunlaşan azərbaycanlıların əksəriyyəti təhsillə
əlaqədar olaraq və ya işləmək məqsədilə özləri könüllü şəkildə burada yaşayırlar. Ən sonuncu miqrasiya isə
ermənilər tərəfindən zəbt olunmuş Dağlıq Qarabağ və onun ətraf şəhərlərindən məcburi köçüb gələnlərdir. Hazırda
Qazaxıstandakı məcburi köçkünlərin sayı 10 mindən çoxdur.
Diasporumuzun fəaliyyətinə gəldikdə isə Qazaxıstanda 14 vilayətdə diasporun tərkibinə daxil olan Mədəni
Mərkəzlər fəaliyyət göstərir. Eyni zamanda həmin mərkəzlərin daxilində "bazar günü" azərbaycandilli məktəbləri
və özfəaliyyət dərnəkləri mövcuddur. Onların fəaliyyətlərinin əsasında azərbaycançılıq ideyası durur. Azərbaycanın
zəngin tarixi, misilsiz mədəni irsi və görkəmli ziyalıları haqqında ətraflı məlumat verilir. Hər il Azərbaycanla bağlı
olan bayramlar və anım mərasimləri ilə əlaqədar olaraq soydaşlarımızla birgə silsilə tədbirlər keçiririk. Bütün bu
işləri həyata keçirməkdə bir məqsədi-miz də odur ki, Qazaxıstanda yaşayan və gələcəyimizin təminatçısı olan
uşaqlara, gənclərə yaşadığı ölkənin adət-ənənəsini, dilini bilməklə yanaşı doğma vətəninə sevgi, xalqına, millətinə,
dilinə həmişə sadiq qalmalarını da tövsiyə edirik. Fikrimcə, bu bir neçə komponentə sadiq qalmaq və qorumaq hər
bir vətəndaşın mənəvi borcudur.
- Bu gün önәmli amillәrdәn biri dә diasporun hәmin ölkәnin ictimai hәyatında tәmsil olunmasıdır.
Qazaxıstanda yaşayan azәrbaycanlılar daha çox hansı sahәlәrdә çalışırlar?
- Sevindirici hallardan biri do odur ki, Qazaxıstanın bütün dövlət strukturlarında azərbaycanlılara rast gəlmək
olur. Bu da bizim diaspor fəaliyyətinin güclü bir qüvvə ilə əhatə olunduğu göstərir. Konkret olaraq hər hansı bir
sahənin adım çəkmək çətin olar. Onu deyə bilərəm ki, Qazaxıstanda yaşayan azərbaycanlıların çoxşaxəli fəaliyyət
istiqamətləri var. Yəni orada yaşayan azərbaycanlılar iki qrupa bölünür. Onların bir qismi Qazaxıstana işləmək
üçün gəlmiş Azərbaycan vətəndaşlarıdır, digər qrup isə Qazaxıstan vətəndaşı olan soydaşlarımızdır. Artıq
Qazaxıstan vətəndaşlığını qazanmış azərbaycanlılar bütün sahələrdə fəaliyyət göstərirlər. Azərbaycandan olan
vətəndaşlar isə daha çox tikinti, ticarət, neft və qaz sənayesi sahəsində çalışırlar. Eləcə də digər sahələrdə
həmvətənlərimizə rast gəlmək olur. Bu hal da bir azərbaycanlı kimi mənə öz soydaşlarımla böyük bir qürur hissi
duymağa imkan verir.
- Diasporumuzun inkişafı istiqamәtindә bir sıra addımlar atılır. Ümumiyyәtlә, diaspor tәşkilatlarının
bugünkü fәaliyyәti sizi qane edirmi?
- Diasporumuzun fəaliyyəti getdikcə güclənir. Lakin bununla yanaşı mən bugünkü zamanda müxtəlif
ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəaliyyətlərindən tam razı qala bilmərəm.
Ona görə ki, biz hələ Azərbaycan həqiqətlərini dünyaya yetərincə çatdıra bilməmişik. O zaman diasporların
fəaliyyətindən razı qalmaq olar ki, həmin təşkilatların köməyilə Xocalı faciəsini və xalqımızın illərdir məruz qaldığı
digər dəhşətləri dünyaya çatdıra və qəbul etdirə bilək. Deyərdim ki, bu gün diasporlarda təşkilatlanma işləri gedir.
Ancaq xaricdə yaşayan azərbaycanlıların potensialını nəzərə alanda görülən işlər çox azdır. Hazırda Azərbaycandan
kənarda yaşayan azərbaycanlıların diaspor təşkilatlarında fəaliyyət istiqaməti gərək hərtərəfli inkişaf etsin ki, həmin
qurumlar yaşadıqları ölkələrin dövlət strukturlarına təsir etmək gücünə malik olsun. Onu da qeyd etmək istərdim ki,
son illər müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının birləşməsi və inkişafı istiqamətində Diasporla
İş üzrə Dövlət Komitəsi çox böyük işlər görür.
- Diasporumuz tәrәfindәn Xocalı faciәsini dünyaya çatdırmaq vә qәbul etdirmәk önәmli amillәrdәn
biridir. Sizin tәşәbbüsünüzlә Qazaxıstan parlamentindә bu istiqamәtdә һәг hansı bir mәsәlә qaldırılıbmı?
- Bəli, şəxsən mənim 3 il bundan əvvəl parlamentə müraciətim olub. Cavab da almışam ki, Qazaxıstan bu
soyqırımı, bu faciəni qəbul edir. Qazaxıstan bu soyqırımı rəsmən tanımağa bir qədər ehtiyat edir, ancaq belə bir
soyqırımın baş verdiyini onlar artıq dərk etməyə başlayıblar. Bu da təbii bir haldır. Ona görə ki, bu istiqamətdə
təbliğat azdır. Elə əslində hər şeyi də bundan başlamaq lazımdır. Güclü təbliğat olmalıdır. Özü də təbliğat əyani
vəsaitlər və dəqiq faktlar əsasında dünyaya çatdırıl-malıdır. 2-3 il bundan əvvəl, yəni qəzetimiz orada geniş
yayılmayana qədər və mənim universitetlərdə çıxışlarım olmadığı zamana qədər qazaxıstanlıların çoxunun Xocalı
hadisələri ilə bağlı heç bir məlumatı yox idi. Birinci dəfə olaraq redaktoru olduğum "Turan Ekspress" qəzetinin bir
nömrəsini Xocalı faciəsinə həsr etdim və bu hal orada böyük bir rezonans doğurdu. Mən onu demək istəyirəm ki,
indiki zamanda Azərbaycandan kənarda fəaliyyət göstərən diaspor təşkilatları birləşərək informasiya blokadasını
yarmalı və Azərbaycan həqiqətlərini yaşadığı ölkənin dilində həmin ölkənin vətəndaşlarına çatdırmalıdır.
- Diasporumuzun fәaliyyәt istiqamәtlәrinin öz әksini tapdığı Hәmrәylik Xartiyası ilә bağlı fikirlәrinizi
bilmәk maraqlı olardı.
- Hər bir uğurlu iş yaxşı təklifdən irəli gəlir. Yəni yaradılan bu Xartiya birliyə və həmrəyliyə yönəlibsə,
bundan yaxşı nə ola bilər? Mən böyük məmnuniyyətlə və ruh yüksəkliyi ilə bu sənədi qəbul edirəm. Xartiyada bəzi
çatışmazlıqlar və tamamlanmamış bir sıra məsələlərin olmasına baxmayaraq bu sənədin yaradılması böyük bir
irəliləyişdir. Hazırda Xartiyanın daha da təkmilləşməsi üzərində iş gedir. Ən əsası bu, bizlər üçün çox vacib bir
sənəddir. Hansı məsələləri sənəd formasında qəbul etmək istəsən, həmin sənədə əlavələr etmək olar. Əsas onun
yerinə yetirilməsidir. Mən də çox istərdim ki, Xartiyada hansı məsələlər yer alıbsa, onları yerinə yetirək. Qeyd edim
ki, bu Xartiyada kifayət qədər maraqlı işlər yer alıb və bu işlərin icrası bizim üçün çox yaxşı olardı.
- Orta Asiya ölkәlәrindә fәaliyyәt göstәrәn digәr diaspor tәşkilatlan ilә әlaqәlәriniz varmı?
- Demək olar ki, bütün diaspor təşkilatları ilə əlaqələrimiz mövcuddur. Bilirsiniz ki, Qazaxıstan çox böyük bir
ölkədir. Qazaxıstanda olan on dörd vilayətin özünün bir-birinə inteqrasiyası məsələlərinə səylərimizi yönəltmişik.
Həmin vilayətlərin bir-biri ilə əlaqəsi bir çox işlərin icrasına kömək edər, eyni zamanda güclü bir diaspor
formalaşar. Onu da vurğulayım ki, həmçinin Azərbaycandan da dəstək alırıq. Komitə tərəfindən həm mənəvi, həm
də maddi dəstək görürük. Bizə lazım olan bir çox materialları komitənin köməyilə əldə edirik. Bir sözlə, biz istər
Azərbaycan dövlətinin, istərsə də komitənin diqqət mərkəzindəyik və bu diqqət də bizi Azərbaycanın çiçəklənməsi
naminə daha səylə işləməyə vadar edir.
Nigar