3. S S R İ-d ə islahatlar: öz resurslarına güvənəndə
Sovet dövləti uğursuz liberal-burjua dövlətindən inqi
labi yolla im tinanın nəticəsi kimi yaranmışdı. Lakin bu in
qilab ənənəvi cəmiyyətin tipik dövlətini - modernizm kimi
qələmə verilən dövləti yeni form ada və «yuxandan» yeni
qaydada əsaslandıraraq bərpa etmişdi.
R usiyanın böyüklüyü fikrindən heç vaxt ayrılmayan
K omm unist Partiyası (ÜİK(b)P,- müəllifin qeydi) 20-ci illə
rin ortalarnda iqtisadiyyatın sürətlə modernləşməsi kursunu
götürdü. İ.Stalin 1925-ci ildə deyirdi: «Milliləşdirilmiş sə
naye, milliləşdirilmiş nəqliyyat və kredit, inhisarlaşdırılmış
xarici ticarət, dövlət tərəfindən tənzimlənən daxili ticarət, -
bütün bunlar ölkəmizin sənayesinin inkişaf etdirilməsi üçün
istifadə oluna biləcək «izafi kapitalların» elə yeni mənbələ
ridir ki, hələ heç bir burjua dövlətinin bu cür mənbələri ol
mamışdır». 20-ci illərin axırlarında sənayeləşmənin hansı
üsulunu seçmək məsələsi taleyüklü xarakter kəsb edirdi.
«Əsrin əvvəlindəki Rusiyadan fərqli olaraq, mühüm vəsait
mənbəyi kimi əcnəbi kreditləri olmayan SSRİ sənayeləşmə
ni yalnız daxili ehtiyatlar hesabına həyata keçirə bilərdi.
Nüfuzlu qrup (Siyasi Büronun üzvü N.İ.Buxarin, X alq
Komissarları Sovetinin sədri A.İ.Rıkov və ÜİHİM Ş sədri
M .P.Tom ski) «mülayim» variantın - YİS-i (Yeni İqtisadi
Siyasəti - müəllifin qeydi) davam etdirməklə tədrici yığım
variantının, İ.V.Stalin isə sürətli variantın tərəfdarı idi».
Tanınmış alim S.Q. Kara-M urza belə bir maraqlı fakt gəti
rir: «Yenidənqurm a illərində Buxarinin variantı müasir me
todlarla modelləşdirilmişdi. Hesablamalar göstərdi ki, YİS
davam etdiriləcəyi təqdirdə əsas istehsalat fondlarının a r
tımı ildə 1-2 % intervalında olardı. Bu vəziyyət, labüd ola
raq, müharibədə məğlubiyyətə və əhalinin get-gedə yox-
sullaşması üzündən daxili sosial partlayışa gətirib çıxarar
dı» (Кара-Мурза C. Г. История советского государства и
права. М., 1998. http://www.patriotica. ru).
36
«Sənayeləşmə, kollektivləşmə, yeni ordu yaradılması -
bütün bunlar SSRİ-nin böyük modernləşmə proqramının
tərkib hissələri idi». Bu modernləşmədə əsas məsələ kəndli
təfəkkürü ilə yaşayan insanı müasir sənaye cəmiyyətinin in
sanma, mürəkkəb istehsalatın və hərbi texnikanın operato
ru ola biləcək insana çevirməkdən ibarət idi. Qərb cə
miyyəti bu cür adamları 400 il müddətində və ağlasığmaz
qəddarlıqla (məsələn, İngiltərədə yoxsullar və səfillər haq
qında qanunlar qəbul edilməsi, oğurluq etmiş uşaqların
edam edilməsi yolu ilə) yaratmışdı. Azərbaycanda kəndlilə
rin təfəkkürünün dəyişməsi prosesi o qədər aşkar gedirdi ki,
hətta «cəbhəçilər» də bunu inkar edə bilmədilər.
SSRİ-də kommunizm praktikasını tənqid edənlər etiraf
edirdilər ki, sovet iqtisadiyyatının özünəməxsus qanuna
uyğunluqları vardı: «mərkəzləşdirilmiş planlaşdırma prose
sində aşağıdakı əsas prioritetlərə ciddi riayət edilirdi: inve
stisiya mallarının ölkədə istehsal edilmiş malların idxal
olunmuş mallardan, maddi istehsalın xidmətlər sahəsindən
üstün tutulm ası,... ağır sənayenin yüngül sənayedən, hərbi
sənaye kompleksinin mülki istehsaldan,
yeni tikintinin
köhnə obyektlərin modernləşdirilməsindən, iri tikililərin
xırda tikililərdən üstün tutulması və i.a.».
Sovet İttifaqı Qərbə alternativ modernləşmə proqramını
həyata keçirir və bu proqram ı əvvəlcə «sosializmin bünöv
rəsinin yaradılması və qurulması proqramı», sonra isə «in
kişaf etmiş sosializm quruculuğu proqram ı» adlandırırdı.
Müdafiə sənayesi, kosmik sənaye və nüvə sənayesi, funda
mental elmlər və təhsil sahələrində qazanılmış nailiyyətlər,
yüksək istehlak standartları, sənayeləşmə - biz bütün bun
ları, xüsusən 70-80-ci illərdə Azərbaycan SSR-də də müşa
hidə edirdik. Ç ar Rusiyası kimi, SSRİ də Qərbin meydan
oxumasına cavab rejimində fəaliyyət göstərirdi. SSRİ-nin
tarixi yolu «qovub çatma» inkişafı ilə öz imkanları əsasında
inkişafın kombinə edilməsindən ibarət modernləşmə modeli
kimi şərh edilə bilər (bax: Тойнби А. Постижение истории.
37
M., 1991; с .108-148). Sovet İttifaqı köhnə Rusiyanın p ra v o
slav-islam mental bazisini qoruyub saxladı və Qərblə m ü b a
rizə şəraitində özünün məxsusi modernləşmə amillərini
kollektivçilik,
qeyri-bazar münasibətləri, sənayeləşmə və
sosial emansipasiya sahəsində maarifçi-rasionalist id e o
logiya amillərini inkişaf etdirdi.
4. Azərbaycanın Rusiya imperiyasının tərkibində mo
dernləşməsi
1917-ci ildə Azərbaycanda (ən əvvəl Bakı sənaye ra y
onunda) modernləşmənin davam etdirilməsi üçün b ü tü n
mümkün variantlar vardı
milli-etatist variant (1918-1920-
ci illərdə A D R məhz bu variantı seçmişdi), vətəndaş m ü h a
ribəsinin gedişində Ağ Rusiyanın və Qərbin qalib gələcəyi
halda «kənardan qəbul etdirilən inkişaf» modeli çərçivəsin
də tətbiq edilməsi nəzərdə tutulan liberal-plutokratik v a ri
ant və nəhayət, 1920-ci il aprelin 28-dən sonra A zərbaycan
da geniş yayılmış kommunist variantı.
Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Şimali
Azərbaycan Rusiya İmperiyası tərəfindən işğal edilmişdi.
Lakin Şimali Azərbaycan təkcə hərbi-siyasi mənada deyil,
həm də sosial-iqtisadi mənada «işğal edilmişdi», yəni o,
pravoslav-islam dünyası orbitinə cəlb olunmuşdu. Bu p ro
sesin keyfiyyəti və «kəmiyyəti» barədə mühakimə yürütm ək
üçün iki fikrə istinad edək. Bu fikirlərdən birinin müəllifi
rus, digərinin müəllifi almandır. «Rus mədəniyyətinin nisbə
tən yüksək səviyyədə olması və rus ziyalılarının nəcib key
fiyyətləri Rusiyanın «derjavanı təmsil etməyən» xalqlarının
milli şüurunda çox mühüm rol oynamışdır». «1880-ci ildə
Rusiyada 11 milyon müsəlman vardı, onların çap edilmiş
bütün ədəbiyyatı cəmi 7-8 kitabdan ibarət idi; onların bir
mətbəəsi,... 12 nəfər ali təhsilli nümayəndəsi vardı... 1910-
cu ildə onların sayı artıq 20 milyon nəfər idi; onların 1000-
38
dən çox çap edilmiş kitabı, 14 mətbəəsi və 16 dövri nəşri,
Rusiyada ali təhsil almış 200 və Qərbi Avropada ali təhsil
almış 20 nümayəndəsi, 100 nəfərə yaxm ədəbiyyatçısı var
dı... Kitab və qəzet şəklində ədəbiyyatın yayılması müsəl
man-tatarlar arasında daha yüksək səviyyədə idi».
M.Ə.Rəsulzadə (1920-ci ildə) yazırdı: «Azərbaycan...
ruslar vasitəsilə avropa elminə və texnikasına yiyələnməklə
... yeni inkişaf yoluna qədəm qoymuş, çiçəklənmiş və tərəq
qi etmişdir» (M. Ə.Rəsulzadə. Əsrimizin Səyavuşu.// Xəzər.
1990. № 1. s.49).
Dövlətin mövqelərini möhkəmlətmək məqsədilə həyata
keçirilən modernləşdirmə siyasəti Azərbaycanın neft sənay
esinin inkişafına ciddi təsir göstərirdi «Çarizmin rəğbətlən-
dirici vergi siyasəti nəticəsində
neft aksizi ləğv edilmiş,
Amerikadan kerosin idxalına yüksək rüsumlar müəyyən
edilmiş, neftin və neft məhsullarının daşınması və ixracı
problemi həll edilmişdi». Çarın ali sərəncamına əsasən, Bakı
neft rayonunda dövlət torpaqlarının favoritlərə paylanması
praktikası geniş yayılmışdı. «Neft sənayesi haqqında qay-
dalar»a (1892-ci il) əsasən, Abşeronun bütün dövlət to r
paqları yalnız icarəyə verilə bilərdi. Burada biz, qeyri-bazar
davranışının mühüm bir məqamını müşahidə edirik. Bu
məqam onda ifadə olunmuşdur ki, icarə haqqı neftin bazar
qiymətindən asılı deyildir və açıq hərracdan sonra almırdı.
Çar hökuməti neft sənayesini ciddi tənzimləyir, bu sa
hədə əcnəbilərin və yəhudilərin kapitalının iştirakım məh
dudlaşdırır, ifrat inhisarlaşmaya mane olur və eyni zam an
da, inhisarların yaranmasını rəğbətləndirirdi,1893-cü ildə
S.Vittenin təşəbbüsü ilə Amerikanın «Standart oil» şirkəti
ilə birlikdə dünya bazarım bölüşdürmək üçün kerosin za
vodları sahiblərinin sindikatı yaradılmışdı, lakin Vittenin
fikrincə, müvafiq müqavilənin layihəsi dövlət üçün əlverişli
deyildi. Vittc Bakıdakı iri korporasiyaları və ən əvvəl N o
bellərin korporasiyalarını qətiyyətlə dəstəkləyirdi. 1898-ci
39