26
formalaşmasında da iştirak edir. Əxlaq məsələsinin tətbiqində
də obyektin hüququ, yəni, insanın hüququ amili mərkəzi
obyekt kimi götürülür. Məsələn, uşaqların tərbiyəsi zamanı
onların hüquqlarının mövcudluğunun qəbul olunması və dərk
olunması xüsusi əhəmiyyət kəsb edir.
Hüquq ictimai-siyasi məfhum olmaqla bərabər, həm də
insanlara ixtiyar və səlahiyyət verən başlıca kriteriyadır. Hüquq
insan hərəkətlərini siyasi qurumlarla əlaqələrdə rəsmiləşdirici
bir kriteriyadır. Hüquq insan hərəkətlərini həm konkret
sahələrdə, həm də universal məsələlərdə tənizm edən əsas
kriteriyadır, eləcə də kriteriyaların cəmidir. İnsan hərəkətləri
özlərinin hüquqlarının formalaşmasında mühüm rol oynayır və
hərəkətlər sayəsində insanın sabit və hərəkətsiz vəziyyətində
olan hüquqları tanınır. Hərəkət özü də xarakterin formalaşması
üçün avanqard vasitə və vəziyyət rolunu oynayır. Hərəkətlər
və fəaliyyət insanların hüquqlarının inkişaflarının əsaslarını
təşkil
edir.
Hərəkət
insanlara
xas
olan
hüquqların
gerçəkliklərdə təzahür olunmalarının sübut edilməsi və təsbiti,
eləcə də təsdiqi üçün əsasdır. Hüquq, ümumiyyətlə, pozitivdir
və
müsbət
kriteriyalar
cəmindən
ibarətdir.
Məsələn,
Ümumdünya İnsan Hüquqları Bəyannəməsinin üçüncü
maddəsində qeyd olunur ki, hər bir şəxsin yaşamaq, azadlıq və
şə
xsi toxunulmazlıq hüququ var. Dördüncü maddəyə görə isə,
heç kim kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz; quldarlıq
və qul ticarəti bütün formalarda qadağan edilir.
33
Hüquq nisbi
bərabərliyi yaradan və bərabərlik ideologiyası yolu ilə
münasibətləri tənzim edən kriteriyadır.
Məsələn, Ümumdünya
İ
nsan Hüquqları Bəyannaməsinin yeddinci maddəsində yazılır
ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun
33
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. BMT Baş
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı qətnaməsi
ilə qəbul və elan edilmişdir.
AMEA-nın İnsan Hüquqları İnstitutu. Din
və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı,
“Elm və Təhsil” nəşriyyatı-2013, səh. 9.
27
tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün
insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və
belə ayır-seçkiliyə hər hansı cəhddən bərabər müdafiə olunma
hüququna
malikdirlər.
34
Hüquq
ümumiyyətlə,
material
vasitələrdən istifadə haqqıdır. Eyni zamanda münasibət və
ə
laqələrdə istifadə olunan başlıca kriteriyadır. Bununla yanaşı,
hüquqda nə varsa, hamısı müsbət olmaldır, çünki hüquq
insanlara aiddir, onlara xidmət edən mənəvi kriteriyalar
məcmuəsidir. Hüquq paylayıcıdır və mövcud resursların
iştirakçılar və aiddiyyatı şəxslər arasında paylanması üçün əsas
etalon və kriteriya kimi əhəmiyyət kəsb edir. Hüquq
münasibətlərin tarazlı qaydada formalaşmasını təmin edən əsas
mərkəzi kriteriyadır. Hüquq bütün şəxsləri əhatə edən
ümumiləşdirici və bu baxımdan da xüsusiləşdirici bir
məfhumdur.
Məsələn,
Ümumdünya
İ
nsan
Hüquqları
Bəyannaməsinin 26-cı maddəsində yazılır ki, hər bir şəxsin
təhsil hüququ var. Ən azı ibtidai və ümumi təhsil pulsuz
olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Hər kəs texniki və
peşə təhsili almaq almaq imkanına malik olmalıdır, ali təhsil
də hər kəsin qabiliyyəti əsasında hamıya eyni dərəcədə
müyəssər olmalıdır.
35
Buradan da görünür ki, hüquq universal
qaydada bərabərləşdirici bir kriteriydır, lakin xüsusiliyi də
vardır ki, bu xüsusilik də insan qabiliyyətlərindən ortaya çıxır.
Yəni hüquq universal əsaslarla nisbi-mütləq bərabərləşdirici
(məsələn, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq
Paktın yeddinci maddəsində yazılır ki, heç kim işgəncələrə və
ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və
ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir şəxs özünün
34
Ümumdünya
İ
nsan
Hüquqları
Bəyannaməsi.
BMT
Baş
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı qətnaməsi
ilə qəbul və elan edilmişdir.
AMEA-nın İnsan Hüquqları İnstitutu. Din
və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı,
“Elm və Təhsil” nəşriyyatı-2013; səh. 10.
35
Yenə orada. səh. 13.
28
sərbəst razılığı olmadan tibbi və ya elmi təcrübələrə məruz
qalmamalıdır)
36
və qabiliyyətlərə görə isə mütləq-nisbi
bərabərləşdirici bir kriteriyadır. Ümumdünya İnsan Hüquqları
Bəyannaməsinin 26-cı maddəsinin 3-cü bəndində yazılır ki,
valideynlər öz az yaşlı uşaqlarının təhsil növünü seçməkdə
üstünlüyə malikdirlər. Buradan da görünür ki, uşaqların
qabiliyyəti hələ onların təhsil seçimi üçün əsas vermir, tələbləri
ödəmir. Bu halda valideynlərin seçim hüquq meydana gəlmiş
olur. Deməli, hüquq müəyyən subyekt və obyekt üzərində
qabiliyyəti əsas götürməklə tənzim edən bir kriteriya kimi
ə
həmiyyət
kəsb
edən
bir
məfhum
rolunu
oynayır.
Bərabərləşdiricilikdə həm də universallaşdırma da vardır.
Bütün aidiyyatı şəxslər universal qaydalara tabe olur. Buradan
da görünür ki, hüquq universallaşdırıcı və konstitusion bir
məfhumdur. Hüquq vasitəsilə, bu məfhum üzərində ayrı-ayrı
sahələrin əlaqələri və birləşmələri meydana gəlir. Hüquq
burada vəhdətlik təşkil edən məfhuma çevrilir. Hüquq sanki,
aidiyyatı sahələrdə münasibətlər və əlaqələr üçün bir
konstruksiya rolunu oynayır.
Hüquq-qeyri-rəsmi
və
rəsmi
qaydada
münasibət
vasitəsidir. Hüquq münasibət tərəflərinə ixtiyarlar və
səlahiyyətlər verir. Bundan da məsuliyyətlər meydana gəlir.
Məsələn,
Qadınlar
barəsində
ayrı-seçkiliyin
bütün
formalarının ləğv edilməsi Haqqında Konvensiyaya
(maddə-16) əsasən, iştirakçı dövlətlər nikah və ailə
münasibətlərinə dair bütün məsələlərlə qadınlar barəsində ayrı-
36
Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt. BMT Baş
Assambleyasının 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) saylı
qətnaməsi ilə qəbul edilmidir. 23 mart 1976-cı ildə qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli, 227
nömrəli qərarına əsasən ratifikasiya edilmişdir. I Hissə. Maddə-1.
AMEA-nın İnsan Hüquqları İnstitutu. Din və etiqad azadlığı
beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm və Təhsil”
nəşriyyatı-2013,səh.19.
Dostları ilə paylaş: |