39
Hüquq struktura (sahələr və tərkib etibarilə) malikdir.
Hüququn strukturundan irəli gələrək dövlətin struktur
mexanizmləri
formalaşdırılır.
Ə
gər
mexanizm
insan
maraqlarına və insan hüquqlarına xidmət edəndirsə, onda, belə
qəbul etmək lazımdır ki, mexanizm strukturları elə insan
hüquqlarının strukturlarını (sahələrdə olan tərkib nəzərdə
tutulur) təmin etmək üçündür.
İ
nsan hüquqları alidir. İnsan dövlətin tərkibindədir.
Deməli, dövlət ali bir qurumdur. İnsan nizama tabedir.
Nizamı qaydalar və onlara ardıcıl və sistemli əsaslarla əməl
etməni yaradır. Nizamlı əməl həm əməlin kəmiyyət və
keyfiyyətində, həm də əməl etmənin ardıcıl olaraq eyni
ölçülərlə (təqribi ölçülər) yerinə yetirilməsində öz xassəsini
alır. Sadə qaydada ifadə etsək, belə qərara gələ bilərik ki,
ə
məlin sistemliliyi zamanın sistemliliyini
(burada hərəkətlərin
sistemliliyi təfəkkürdə elə zaman sistemliliyini meydana gətirir)
üzərə çıxarır. Hərəkətin ardıcılığı elə zaman ardıcıllığından
ortaya çıxır. Belə hökmlərdən (başlanğıc və nəticə hökmləri)
çıxış etmək olar. Strukturlar nizamı yaradandır. Dövlət
strukturlardan təşkil olunur.
Deməli, dövlət nizamı yaradan
qurumdur.
İ
nsanlar öz hüquqlarını tanımaq, qarşılıqlı münasibətlərdə
ə
laqələrdə təsbit etmək üçün hüquqlarından istifadə edirlər.
İ
nsan hüquqları münasibətlərin və əlaqələrin tərzini və
mahiyyətini əks etdirir. İnsan hüquqları özündə müsbət amilləri
və meyarları daşıyan bir amilə çevrilir. İnsanların ixtiyarları,
səlahiyyətləri, vəzifələri, məsuliyyət və öhdəlikləri bir müsbət
məzmundur. Hüquq ixtiyar, vəzifə və səlahiyyətlərin, öhdəlik
və məsuliyyətlərin birləşməsindən yaranan vahid tərkibdir.
Deməli, hüquq müsbətdir, faydalıdır.
Hüquq həm də bioloji və fizioloji (fiziki və əqli
qabiliyyət) amillərlə əlaqəlidir. Bütün yaş dövrlərində insanlar
eyni hüquqlara malik ola bilməzlər. Hüquq insanların
yaşlarının artmasına (burada böyüməsinə) və əqli və fiziki