1964-cü ilin may ayında SSRİ Mədəniyyət Nazirliyi
“Sovet kitabxanalarının beynəlxalq kitab mübadiləsinin
əlaqələndirilməsi haqqında Əsasnamə”ni təsdiq etdi.
“Əsasnamə”yə müvafiq olaraq Mərkəzi Elmi Kitabxana Bakı
şəhərinin iri kitabxanaları–M.F.Axundov adına Dövlət
Kitabxanası (ind. Milli Kitabxana), Respublika Elmi-Texniki
Kitabxanası, Azərbaycan Dövlət Universitetinin (ind. Bakı
Dövlət Universitetinin) Elmi Kitabxanası ilə beynəlxalq elmi
əlaqələri, sənəd-informasiya kommunikasiyalarını, kitab
mübadiləsini əlaqələndirməyə başladı.
Təhlillərimiz göstərir ki, 60-cı illərdə Mərkəzi Elmi
Kitabxana ədəbiyyat mübadiləsini Xalq demokratiyası
ölkələrinin (Albaniya, Bolqarıstan, Macarıstan, Vyetnam, Al-
maniya Demokratik Respublikası, Çin Xalq Respublikası,
Koreya Xalq Respublikası, Polşa, Rumıniya, Çexoslovakiya,
Yuqoslaviya) elm və təhsil müəssisələri ilə “birin üçə” prin-
sipini (3 kitab əvəzinə 1 kitab) rəhbər tutaraq, inkişaf etmiş
kapitalist ölkələrinin kitabxanaları ilə “birin-birə” yolu ilə,
inkişaf etməkdə olan ölkələrin təşkilatları ilə isə ekviva lent -
liyə riayət etmədən həyata keçirmişdir. Bir qayda olaraq,
Kitabxanaya daxil olan xarici nəşrlər “Komplektləşdirmə və
beynəlxalq kitab mübadiləsi” şöbəsində tərcüməçilər tə -
rəfindən üç gün ərzində yoxlandıqdan sonra kataloqlaş dırıl -
maya verilirdi. Siyasi cəhətdən “yararsız” ədəbiyyat Xüsusi
fonda göndərilirdi.
1965-ci ildə Kitabxana EA-nın Elmi-tədqiqat insti -
tutlarının xarici ədəbiyyata olan tələblərini məhdudiyyətsiz
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
74
ödəməyə başladı. Kitabxana 50 ölkənin 467 təşkilatı ilə
əməkdaşlıq edirdi. Ən çox kitab mübadiləsi müvafiq olaraq
ABŞ (53 təşkilat), AFR (46 təşkilat) və Yaponiya (41
təşkilat) ilə aparılırdı. İl ərzində mübadilə yolu ilə xarici
kitabxana və universitetlərdən 9240 nəşr vahidi, o cümlədən
1650 kitab, 7583 jurnal və 7 qəzet alınmışdı. Əvəzində mü -
badilə yolu ilə 10022 nüsxə çap məhsulu, o cümlədən 3120
kitab və 6902 jurnal xarici oxucuların istifadəsinə verilmişdi.
1965-ci ildə “Davis Book Company Limited” (Kanada), “Ad
Orientem” və “Thornton and sons” (İngiltərə) kimi bir sıra
xari ci kitab ticarəti şirkətləri ilə əməkdaşlıq yaradıldı. 1965-
ci ilin yazında Bakıda olarkən “Kubon və Zaqner” Qərbi Al -
maniya firmasının (Münhendə Sovet kitablarının ticarəti ilə
məşğul olurdu) direktoru ilə Kitabxana arasında nəşr
mübadiləsi haqqında müqavilə imzalandı. Eyni zamanda,
firma Kitabxana üçün alman istehsalı olan avadanlıqların
əldə olunmasına yardım etməklə bağlı öhdəlik götürmüş
oldu. Bu əməkdaşlığın nəticəsi özünü çox gözlətmədi. Belə
ki, artıq noyabr ayında Kitabxana “Komplektləşdirmə və
beynəlxalq kitab mübadiləsi” şöbəsi üçün AFR istehsalı olan
sürətçoxaldan aparat almışdı. Bu aparatın köməyi ilə maki-
nada yığılan ekspress informasiya bülletenlərini (xarici
ədəbiyyat siyahıları və onların xülasələri) çoxaldır və Elmi-
tədqiqat institutlarına göndərirdilər.
Həmin il ABŞ, İngiltərə, Fransa, ADR, Çexoslovakiya
və digər ölkələrin kitabxana və elmi idarələri ilə əlaqələr xeyli
möhkəmləndi və ilk dəfə olaraq Mərakeş, Livan və Yeni Ze-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
75
landiya ilə beynəlxalq kitab mübadiləsinə başlanıldı. Müba -
dilə nəticəsində biri-birindən dəyərli elmi materiallar əldə
olundu. Məsələn, ABŞ Kimya Cəmiyyətinin “Selenium and
Tellurium Abstracts” jurnalının dəsti (1959-1965-ci illər
üzrə), Alan R. Katriçkinin “Advances in Heterocyclic Chem-
istry” əsəri (3 cilddə) və başqa nəşrlər xarici ədəbiyyat fon-
duna daxil oldu.
1966-cı ildə “Xarici ədəbiyyatın komplektləşdirilməsi
və beynəlxalq kitab mübadiləsi” şöbəsi 52 ölkənin 488
təşkilatı ilə əlaqə saxlayırdı. İl ərzində mübadilə yolu ilə xarici
kitabxana və universitetlərdən 9822 nəşr vahidi, o cümlədən
1782 kitab, 8032 jurnal və 8 qəzet alınmışdı. Əvəzində mü -
badilə yolu ilə 11039 nüsxə çap məhsulu, o cümlədən 3347
kitab və 7692 jurnal xarici oxucuların istifadəsinə verilmişdi.
Bu illərdə Mərkəzi Elmi Kitabxana ABŞ Konqres Kitab -
xanası, Kaliforniya, Kolumbiya, Harvard və Vaşinqton
Uni versitetlərinin kitabxanaları ilə yanaşı İngiltərədə Bri-
taniya Muzeyi və Bodlean Kitabxanası, Fransada Milli Kitab -
xa na və Ali tədqiqatların praktika məktəbi, AFR-də isə
Alman Tədqiqat Cəmiyyəti ilə sıx əlaqələr qurmuş, intensiv
təcrübə və kitab mübadiləsinə nail olmuşdu.
1967-ci ildə Kitabxana xarici ədəbiyyat fondunu 2 yolla
dəstləşdirməyə davam edirdi: “Beynəlxalq kitab” vasitəsilə
valyuta hesabına kitab və jurnalların əldə olunması və
mübadilə yolu ilə. Həmin il Kitabxananın əməkdaşlıq etdiyi
təşkilatların sayı 502-yə çatsa da, xarici ədəbiyyatın əldə
olunması göstəriciləri xeyli aşağı düşmüşdü. 1967-ci ildə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
76
Kitabxana xaricə 7.960 kitab göndərmiş, mübadilə və sa tın -
alma yolu ilə ümumilikdə 5890 nüsxə ədəbiyyat, o cümlədən
4916 jurnal və 974 kitab əldə olunmuşdu. Xarici ədəbiyyatın
komplektləşdirilməsi, xüsusən də kitabların alınması üzrə
göstəricilərin aşağı olmasının bir neçə səbəbi var idi:
a) Kitabxana xarici əlaqələr sahəsinə əsas diqqəti Azər -
baycan EA Elmi-Tədqiqat İnstitutları tərəfindən sifariş edilən
xarici elmi jurnalların əldə olunmasına yönəltmişdi. 1967-ci
ildə ilk dəfə olaraq, bütün sorğular tam ödənilmişdi.
b) 1965-ci ildən etibarən xarici elmi jurnalların satış
qiy mətində kəskin artım müşahidə olunmağa başlamışdı və
bu proses davam edirdi.
c) Kitabxana daha çox nadir və qiymətli əsərlər alırdı.
Məsələn, 1967-ci ildə Kitabxananın əldə etdiyi 12 cildlik
“Fars incəsənətinin icmalı” əsərinə həmin il monoq ra fiya -
ların əldə olunması üçün ayrılan valyutanın dörddə üçü xərc -
lənmişdi.
Həmin il mübadilə yolu ilə əldə olunan ədəbiyyatın
sayının kəskin azalmasının da bir neçə səbəbi var idi:
a) 1967-ci ildə Mərkəzi Elmi Kitabxana hazırda yerləş -
di yi binaya köçmüşdü. Bununla əlaqədar olaraq, Kitab xa -
nanın mübadilə fondu ancaq ilin ikinci yarısından sonra
normal fəaliyyət göstərməyə başlamışdı.
b) Mübadilə və abunə işində “Kapitalist ölkələ rin də
nəşr olunan ədəbiyyata abunə olma, onları saxlama və
istifadə etmə qaydaları haqqında” SSRİ Baş Ədəbiyyat və
Nəşriyyat İdarəsinin (Qlavlit) Təlimatı, həmçinin “Xaricə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
77
Dostları ilə paylaş: |