həlqəsində produsentdən konsumentlərə doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.5.). Bu
hal bir qayda olaraq yırtıcıların qida obyektindən (şikardan) iri olması və yırtıcının birinin biokütləsini
saxlamaq üçün bir neçə və daha artıq şikarın tələb olunmasıdır. Digər tərəfdən aşağı trofik səviyyədən
yuxarı səviyyəyə doğru enerjinin miqdarının itməsi (hər səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır)
və metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin olmasıdır – orqanizm kiçik olduqca maddələr
mübadiləsi intensiv gedir, onun sayının və biokütləsinin artm sürəti yüksəlir.
Lakin müxtəlif
ekosistemlərdə say piramidası formasına görə olduqca fərqlənir, ona görə sayın cədvəl formasında
verilməsi daha yaxşı olar. Bioloji kütlənin isə qrafik şəklində göstərilməsi məqsədəuyğundur. O,
müəyyən trofik səviyyədə canlı maddənin miqdarını aydın göstərir, məsələn,
vahid kütlənin vahid
sahədə yerləşməsi – q/m2 və ya həcm – q/m3 və s. ilə ifadə olunur. Yerüstü ekosistemlərdə biokütlənin
aşağıdakı piramida qaydası fəaliyyət göstərir: bitki kütləsinin cəmi bütün otyeyənlərin kütləsindən
artıqdır, otyeyənlərin kütləsi isə bütün yırtıcıların biokütləsindən yüksəkdir (şəkil 5.6.). şəkildə bəzi
biosenozlarda biokütlə piramidaları göstərilir.
Şəkildən görünür ki, yuxarıda göstərilən biokütlənin
piramida qaydası okean üçün gerçək (uyğun) olmayıb çevrilmiş (döndərilmiş) şəkildədir. Okean
ekosistemi üçün yırtıcıların biokütləsinin yüksək səviyyədə toplanması xarakterikdir. Yırtıcılar uzun
illər ömür sürür, onların generasiya dövriyyəsinin sürəti aşağıdır, lakin produsentlərin – fitoplankton
yosunlarının dövriyyə qabiliyyəti biokütlənin ehtiyatını yüz dəfələrlə ötüb keçə bilər. Bu o deməkdir ki,
təmiz məhsul burada da konsumentlərin yediyi məhsuldan da artıqdır, yəni produsentlər səviyyəsindən
keçən enerji bütün konsumentlərdən keçən enerjidən yüksəkdir.
Buradan məlum olur ki, trofik
əlaqələrin ekosistemə təsirinin daha mükəmməl əksi məhsulun (və ya enerjinin) piramida qaydası
olmalıdır: vahid zaman ərzində hər özündən əvvəlki trofik səviyyədə biokütlənin (və ya enerjinin)
miqdarı özündən sonrakından artıqdır. Məhsul piramidası trofik zəncirlərdə enerjinin sərfi qanununu
əks etdirir.Nəticədə, piramidanın hər üç qaydası ekosistemdə enerji əlaqələrini əks etdirir,
məhsul
(enerji) piramidası isə universal xarakter daşıyır. Təbiətdə stabil sistemlərdə biokütlə az dəyişir, yəni
təbiət ümumi məhsulu tam istifadə etməyə cəhd edir. Ekosistemin enerjisi və onun kəmiyyət (say)
göstəriciləri haqda əldə edilən məlumat məhsuldarlığı pozmadan (dağıtmadan) təbii ekosistemlərdən hər
hansı bir miqdarda bitki və heyvan biokütləsini götürmək mümkünlüyünü dəqiq nəzərə almağa imkan
verir. İnsan təbii sistemlərdən kifayət qədər çox məhsul götürür, buna baxmayaraq onun üçün əsas yem
mənbəyi kənd təsərrüfatı hesab olunur. Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu
götürməyə çalışır, lakin otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı sərf
edilməlidir, məhsulun çox hissəsi sənayeyə gedir və tullantılarda itirilir,
yəni burada təmiz məhsulun
90%-i itir və yalnız 10%-i bilavasitə insan tərəfindən istifadə olunur. Təbii ekosistemlərdə enerji
axınları da öz intensivliyi və xarakteri üzrə dəyişir, lakin bu proses ekoloji faktorların
təsiri ilə
nizamlanır, bu isə bütövlükdə ekosistemin dinamikasında təzahür olunur.
Dostları ilə paylaş: