ilə qidalanır, göbələk hifləri isə yosunların hüceyrələrində parazitlik edir. Göbələklərin hifləri və
şibyələrin yastıqlarında yaşayan mikroskopik heyvanların (gənələr, nematodlar, ibtidailər, rotatoritlər)
çoxu redusentlər rolunda çıxış edir. Göbələk hifləri yosunların yalnıız canlı hüceyrələrin deyil, həmçinin
ölü hüceyrələrin hesabına yaşayır, xırda heyvanlar – saprofaqlar ibtidailərin ölü kök və yarpaqlarını
emal edir. Bu işdə onlara bir çox mikroorqanizmlər köməyə gəlir. Belə sistemdə dövranın qapalılıq
dərəcəsi olduqca kiçikdir: parçalanan məhsulların çox hissəsi yağış suları
vasitəsilə yuyularaq
şibyələrdən kənara aparılır, ağacın gövdəsi boyu aşağı tökülür. Bununla yanaşı, heyvanların bir hissəsi
digər yaşayış yerinə köçür. Bəzi ekosistem tiplərində maddələrin onların sərhədindən kənara aparılması
o qədər yüksək olur ki, onların sabitliyi aparılan maddələrin miqdarı kənardan daxil olur. Bura axar su
hövzələri, çaylar, dik dağ yamaclarında yerləşən sahələr aiddir. Digər ekosistemlər daha çox tam
maddələr dövranına malikdir. (az meylli yamaclardakı meşələr, çəmənlər, bozqırlar, göllər və s.) Lakin
heç bir ekosistem, hətta yerin ən böyük ekosistemləri tamamilə qapalı dövrana malik deyil. Qitələr
okeanlarla intensiv maddələr mübadiləsi aparır, bununla belə bu proseslərdə atmosfer böyük rol oynayır,
planetimizin hamısı materiyanın bir hissəsini kosmik fəzadan alır, bir hissəsini isə kosmosa qaytarır.
Beləliklə, həyatın ekosistem təşkili onun mövcudluğu üçün mühüm şərtlərdən biri sayılır. Yer üzərində
həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi karbon
qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır,
onunla otyeyən və ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni
günəş enerjisi bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır. Enerji
orqanizmdən orqanizmə
ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə birlikdə alır. Bütün canlı
orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər. Hər bir
qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə,
biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun
müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara,
konsumentlərə və beləliklə,
bir trofik səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir. Qida zəncirində hər bir
həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi kütlənin yaradıcıları,
qalanları isə konsumentlərdir. İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü trofik səviyyə –
bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər ətyeyənlərlə
qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də səviyyəyə görə ayırmaq olar: birinci, ikinci,
üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas
rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif
trofik səviyyələrdə qida
zəncirinə daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların
əti daxil olduğu üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak
edir. Yalnız bitki qidasına ixtisaslaşan növlər (dovşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində
ikinci həlqədə olur. Konsumentlərin enerji balansı aşağıdakı kimi formalaşır. Qəbul olunmuş qida
adətən tam mənimsənilmir. Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis
halında) və sonradan digər qida zəncirinə cəlb olunur. Mənimsənilmə faizi qidanın
tərkibindən və
orqanizmin qida həzmedən fermentlərinin yığımından asılıdır. Konsumentlərin qəbul etdikləri qida tam
mənimsənilmir. Bitkiyeyən heyvanlarda mənimsənilən qida 12...20%, ətyeyənlərdə isə 75%-ə qədər
təşkil edir. Enerji sərfi hər şeydən əvvəl metabolistik prosesləri saxlamaqla əlaqədardır, buna tənəffüs
sərfi deyilir, o, orqanizmin ayırdığı CO2-nin ümumi miqdarı ilə qiymətləndirilir. Enerjinin xeyli az
hissəsi toxumaların
əmələ gəlməsinə, bir qədəri qida maddələrinin ehtiyatına, yəni böyüməyə sərf
olunur. Qidanın qalan hissəsi ifrazat, nəcis halında ayrılır. Bununla yanaşı, enerjinin xeyli hissəsi
orqanizmdə kimyəvi reaksiyalar zamanı istilik şəklində, xüsusilə aktiv əzələ işi vaxtı dağılır (səpələnir).
Nəticədə metabolizmə istifadə olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və ətraf mühitdə yayılır.
Beləliklə, enerjinin böyük hissəsi bir trofik səviyyədən digərinə keçərkən yüksək olur və itir.
Bir trofik
səviyyədən digərinə keçidikdə enerji itkisi təxminən 90%-ə qədər təşkil edir; hər sonrakı səviyyəyə
əvvəlki səviyyədən 10%-dən artıq olmayaraq enerji keçirilir. Belə ki, əgər produsentin (bitki
orqanizminin) kaloriliyi 1000 couldursa, otyeyən heyvan (fitofaq) tərəfindən
tam yeyildikdə onun
(fitofaqın) bədənində 100 coul, yırtıcının bədənində isə 10 coul qalır. Əgər bu yırtıcı başqa yırtıcı
tərəfindən yeyilərsə, onun payına bitki qidasının kaloriliyindən cəmi 1 coul, yəni 0,1% düşür. Lakin
enerjinin səviyyədən səviyyəyə belə ciddi şəkildə keçməsi o qədər də real deyildir, çünki ekosistemin
trofik zəncirləri mürəkkəb surətdə qarışaraq trofik şəbəkələr əmələ gətirir. Ancaq nəticədə həyatın
mövcudluğu üçün enerjinin dağılması və itirilməsi yenidən bərpa olunmalıdır. Fotosintezedən
orqanizmlərdən başlanan zəncir yeyilmə (yemə) zənciri (və ya otlaq, yaxud istifadəçi zənciri), bitkilərin
ölmüş (çürümüş) qalıqlarından, heyvan cəsədlərindən və peyinlərindən (ifrazat, nəcis) başlanan zəncir
isə parçalanmanın detrit zənciri adlanır. Müxtəlif ekosistem tiplərində yeyilmə və detrit zəncirlərindən
keçən enerji axınının gücü müxtəlifdir: su qruplaşmalarında enerjinin çox hissəsi birhüceyrəli yosunlarla
fiksasiya olunaraq fitoplanktonla qidalanan heyvanlara, daha sonra yırtıcılara
daxil olur, enerjinin
olduqca az hissəsi parçalanma (detrit) zəncirinə qoşulur. Qurunun ekosistemlərinin əksəriyyətində isə
bu nisbət əksinə olur, yəni məsələn, meşədə bitki kütləsinin illik artımının 90%dən çoxu töküntü halında
detrit zəncirinə daxil olur. Beləliklə, ekosistemə daxil olan enerji şüalarının axını iki hissəyə bölünərək
iki trofik şəbəkə növünə yayılır, lakin enerji mənbəyi ümumi olub – günəş işığı sayılır.
Dostları ilə paylaş: