etmək olar. İstənilən hoterotrof orqanizm qruplaşmada digər heterotrofu və ya avtotrofu yeməyin
hesabına yaşayır. Digər heyvanlarla (ovlayıb) qidalanan heyvan yırtıcı adlanır. Yırtıcılar üçün xüsusi
ovlama davranışı səciyyəvidir. Həşəratların çoxluğu və kiçik ölçüdə olması və asan əldə olunması
fəaliyyəti ətyeyən heyvanları (adətən quşları) yırtıcıya çevirir. Onlar ovunu sadəcə «toplama» («yığma»)
ilə əldə edərək (quşlar toxumları, dəni yığaraq) onunla qidalanırlar. Həşəratyeyən yırtıcılar qidanı əldə
etmək üsuluna görə otyeyən heyvanların otlamasına bənzəyir. Ekoloji baxımdan belə qidalanma üsulu
həm çəməndə otlayan dırnaqlı sürülər, həm də ağacın çətirində yarpaqlarını yeyən tırtıl üçün
səciyyəvidir.
Bəzi quşlar həm həşəratla, həm də toxumla qidalanır. Parazitlik (parazitizm) – növlər
arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı sahibinin bədənindən həm
qidalanma mənbəyi, həm də məskunlaşma (yaşama) yeri (daim və ya müvəqqəti) kimi istifadə edir.
Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm yırtıcılardan fərqli olaraq
növlərin dar çərçivədə
ixtisaslaşması ilə səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, mühafizə
və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun
orada çoxalmaq və nəsilvermək ehtimalı da artar. Parazitlik əlaqələri ziyanverici həşərat və bitki,
qansoran həşərat, heyvan və s. ola bilər. Parazit həşəratlar çox vaxt epidemiyanın yayıcısı ola bilər
(bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.). Parazitin sahiblə sıx təmasda olması
iki cür seçmə
nəticəsidir. Parazitlərin çoxları tam və uzun müddət sahibindən istifadə edərək onun tez ölümünə səbəb
olmur və özünün daha yaxşı yaşamasını təmin edir. Öz növbəsində sahibinin orqanizminin müqavimət
gücünə görə seçmə onun üzərində parazitlik edənin vurduğu ziyan getdikcə az hiss olunur. Təkamül
gedişində sahib və parazit arasındakı kəskin əlaqələr neytral hala, daha sonra isə iki növ arasındakı əlaqə
hər ikisinə faydalı əlaqəyə çevrilir. Parazitlər tərəfindən vurulan fəlakətli
ziyan əksəriyyət halda
əlaqələrin uzunmüddətli təbii seçmə yolu ilə hələ sabitləşməsi zamanı müşahidə olunur. Odur ki,
təsadüfi başqa yerdən gətirilən ziyanvericilər kənd təsərrüfatı bitkilərinə və heyvanlara yerli
parazitlərdən daha çox zərər yetirir. Y.Odum (1975) qeyd edir ki, «yeni mənfi qarşılıqlı
təzyiqin
yaranmasından qaçınmaq və əgər o, baş verərsə, mümkün qədər onun qarşısını almaq lazımdır».
Yırtıcılıq, parazitizm və digər qida əlaqələri variantlarının əsas ekoloji rolu canlı orqanizmlərin ardıcıl
olaraq bir-biriləri ilə qidalanaraq maddələrin dövranına şərait yaratmaqdır,
məlumdur ki, onsuz həyatın
mövcudluğu qeyri-mümkündür. Bu əlaqələrin digər mühüm rolu növlərin sayının qarşılıqlı
tənzimlənməsidir. Bir yırtıcının məhv etdiyi şikarın ümumi sayı əvvəlcə onun istifadə etdiyi növün
sayına mütənasib sürətdə artır. Buna yırtıcının şikara qarşı funksional reaksiyası deyilir. Lakin
istifadəçinin (yırtıcının) fiziki imkanından irəli hüdudu vardır. Yırtıcılar tam doyduqdan sonra adətən
qurbana (şikara) qarşı reaksiyası zəifləyir. Şikarın sonrakı artımı yaxşı yem bazası əsasında yırtıcının
sayının çoxalması ilə baş verir. Yırtıcı və şikarın sayının
tərəddüdü nisbətən daimidir, onların
amplitudası isə mühitin digər faktorlarının təsiri ilə əlaqədar olaraq geniş hüdudda dəyişə bilər. Say
tərəddüdü müxtəlif səbəblərdən (çox vaxt təsadüfi) partnyorlardan birinin sayı sıfıra enənə qədər davam
edir. Belə tərəddüdlər xüsusilə, növarası əlaqələr müxtəlif olmayan kasıb qruplaşmalarda (tundra və
qütb səhralarında, bir ağac cinsi hakimlik edən meşədə, mədəni bağda və s.) aydın görünür. Y.Odum
(1975) kommensalizm, kooperasiya və mutualizmi (simbiozu) qarşılıqlı təsirin müsbət növünə aid edir.
Ekoloqların çoxunun fikrincə sabit (stabil) ekosistemlərdə mənfi və müsbət qarşılıqlı təsirlər tarazlıqda
olmalıdır. Kommensalizm, kooperasiya və mutualizmə təkamül gedişində müsbət qarşılıqlı
t əsirin
ardıcıl mükəmməlləşmə mərhələsi kimi baxmaq olar.
Dostları ilə paylaş: