Yerüstu biomlar
Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir.
Belə sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır. Məlum olduğu
kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterikdir. Bütün
Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik
qurşaqlığı müşahidə olunur. Dağ sisteminin ətəyində iqlim ümumi coğrafi zonallığa uyğun gəlir,
yuxarıya qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir. 7.1.1. Tundra Əsasən şimal
yarımkürəsində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır. Cənub yarımkürəsində Antarktida
yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə
(şmda), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın
və Şimali Amerikanın şimal sahilləri boyu uzanır. Tundra zonalarının yerləşdiyi enliklərdə illik
radiasiya balansı aşağıdır (8-20 kkal/sm2), oktyabrdan aprelədək mənfidir. Qış 8-9 ay (bunun 60-80
günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -400C-yə qədər, iyulda 5-100C-dir.
İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Yay havanın nisbi rütubətliyinin yüksəkliyi, tez-tez
duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və bataqlıq
var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar
və kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar.
Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat şəraitinin sərtliyi ilə əlaqədar həddindən artıq
yoxsulluğu, bəzən müstəqil cinslərə məxsus olan endemlərin olması, həmçinin yekcinslik və bir çox
heyvanların dənizlərlə əlaqədar olması (quş «bazarlarında» yaşayan quşlar, ağ ayı və b.) və s.-dir.
Onurğalı heyvanların əksəriyyəti qışda tundranı tərk edir; yalnız bir qismi, məsələn, lemminqlər qar
altında yaşayaraq sağ qalırlar. Tundra faunasının tərkibinə adi və dırnaqlı lemminqlərin endem növləri,
əsasən, tundranın cənub hissəsində yaşayan bəzi tarla siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik
daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf olunur, şimal maralı xarakterikdir. Quşlardan ağ
kəklik, tundra kəkliyi, ağ qaz, ağ bayquş, şimal sərçəsi, laplandiya yol torağayı endem sayılır. Sürünənlər
azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər çoxdur. Boreal (şimal) iynəyarpaqlı meşələr –
mülayim iqlim zonasının şimal hissəsində yayılmışdır. Bu iynəyarpaqlı meşələr tayqa adlanır (türk
dillərində tayqa meşəli dağ deməkdir). Tayqada qış soyuq, qar örtüyü uzunmüddətli, çox şaxtasız dövr
nisbətən qısa (orta temperatur iyulda 10-180C), yağıntı buxarlanmadan çox olur. Tayqa meşələri Şimali
Avrasiyada və Şimali Amerikada çox geniş sahə tutur. Tayqa meşə qruplaşmaları tündiynəyarpaqlı ağac
cinslərindən (küknar, ağşam) Sibir sidr şamı (Sibir sidr ağacı) və açıqiynəli ağac cinslərindən (qaraşam
və şam – əsasən qumlu torpaqlarda) təşkil olunmuşdur. Tündiynəli meşələrin quruluşu sadə olub bir-
iki-üç ağac yaruslu, mamır yarusu, bəzən ot və ya ot-kol yarusundan ibarət olur. Çox gövdəli olur.
Tündiynəyarpaqlı meşələr xüsusi mikromühitə malik olub küləksiz, açıq sahəyə nisbətən temperatur
yüksək qalın qar örtüyü sərt qış dövründə heyvanat aləminin sağ qalmasına şərait yaradır. Tökülən
iynələr yavaş parçalanır, odur ki, torpaq podzol profilli olur. Torpaqda kifayət qədər çoxlu xırda
orqanizmlərin populyasiyaları yaşayır, yarpağı tökülən meşələrə, çəmən və bozqırlara nisbətən bir qədər
iri torpaq orqanizmlərinə az rast gəlinir. Tayqada iri heyvanlardan ayı, canavar, otyeyənlərdən sığını
göstərmək olar. Bu meşələrin faunası üçün toxum fondunun və iynələrin böyük əhəmiyyəti var:
toxumlarla quşlar, dələlər, burunduq və digər gəmiricilər, iynələrlə isə həşəratlar qidalanır. Quşlardan
Sibir xoruzu, bonazi tetrası, sidr quşu, ağacdələn, tüklüayaq yapalaqları qeyd etmək olar. İnsan fəaliyyəti
nəticəsində (meşələrin qırılması, yanğınlar) tayqa faunası əsaslı surətdə dəyişmişdir, bir növ artmış,
digəri azalmış, yeni növlər peyda olmuşdur. 7.1.3. Mülayim zonanın yarpağı tökülən meşələri
(enliyarpaq meşələr). Tayqa meşələrindən cənubda yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir,
illik yağıntıların miqdarı 700-dən 1500 mm qədər təşkil edir. Mülayim temperatura və aydın seçilən
mövsümlərə malikdir. İlk vaxtlar enliyarpaqlı meşələr şimali Amerika, bütün Avropa, Yaponiyanın bir
hissəsi, Avstraliya və Cənubi Amerikanın cənub hissəsində geniş ərazilər tuturdu. Beləliklə, bu meşəlik
bir-birindən yüksək dərəcədə təcrid olunduğundan növ tərkibi tundraya nisbətən zəngindir. ABŞ-ın
mərkəzi rayonlarının şimal hissəsində fıstıq-ağcaqayın meşələri, Viskonsin və Minnosetdə ağcaqayın-
cökə meşələri, ABŞ-ın qərb və cənub ştatlarında palıd və gikori meşələri, Appalaç dağlarında palıd-
şabalıd meşələri yayılmışdır. Avropa, Asiya, o cümlədən Cənubi Qafqaz regionlarında bu meşələrdə
fıstıq, palıd növləri, vələs, cökə, şabalıd, qovaq və s. ağac cinsləri üstünlük təşkil edir. Enliyarpaq
meşələrin yarus quruluşu iynəyarpaqlı meşələrə nisbətən xeyli mürəkkəb olub üçə qədər ağac yarusu,
kol və ot yaruslarından təşkil olunmuşdur. Şimali Amerikanın ilkin meşələrində məskunlaşan
heyvanlardan maral, boz və qara dələlər, sığın, boz tülkü, Amerika vaşağına rast gəlinir. Ornitofauna
müxtəlif və zəngindir. Enliyarpaq meşələr zonasında iynəyarpaqlılardan şam meşələrinə də rast gəlinir.
İnsan sivilizasiyasının olduqca inkişaf etməsilə əlaqədar olaraq enliyarpaq meşələrin pozulmamış
sahələrinə təsadüf etmək çətindir. Onların əksər hissəsi mədəni (kənd təsərrüfatı) qruplaşmaları ilə əvəz
olunmuşdur. 7.1.4. Həmişəyaşıl enliyarpaq subtropik meşələr Yüksək rütubətlik və yay-qış
temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini enliyarpaq həmişəyaşıl
meşələrə verir. Belə meşələr Mərkəzi və Cənubi Yaponiyada, Floridada, Meksika körfəzi boyu,
Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə palıd növləri, maqnoliya, dəfnə, əncir dominantlıq
edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi, ananas
növləri bitir. 7.1.5. Mülayim zonanın bozqırları (çölləri) Meşə və səhra zonaları arasında geniş açıq
sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750 mm-ə qədər təşkil edir. Bozqırlar
Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda (pampaslar), Avstraliya, Yeni
Zenlandiya (tussoklar) geniş əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil xarakter daşıyır.
Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət bozqırlar
üçün kol bitkiləri də səciyyəvidir. Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt
yaşayan heyvanlar (marmot, sünbülqıran, çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü
əmələ gətirir. Bozqır biosenozunda dırnaqlılar (sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır.
Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində bozqır bitki örtüyü deqradasiyaya uğrayır, praktiki
olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma prosesi baş verir, pis yeyilən yovşan və digər
kserofil bitkilər peyda olur. Bozqır ekosistemlərin torpağı meşə torpağından, əsasən yüksək humusluğu
ilə kəskin seçilir. Ot (taxıl) bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu
miqdarda üzvi birləşmələr daxil olur və humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən
məhsuldar torpaq sayılan – qaratorpaq belə yaranır. Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500
sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil qruplaşmaların məhsuldarlığı 100-200
sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov, 1988). Hazırda bozqır ərazilərin
böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır. Azərbaycan
Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın orta və aşağı
dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən
qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi
bozqırlaşmış boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Tədqiqatçıların fikrincə Cənubi
Qafqazda, o cümlədən Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin
mövcudluğu meşə örtüyünün yox edilməsi ilə əlaqədardır. 7.1.6. Səhra ekosistemləri – mülayim,
subtropik və tropik qurşaqlarda yayılmışdır. Asiya, Afrika, Avstraliya, Şimali və Cənubi Amerikada
geniş əraziləri tutur. Torpaq və qruntun xarakterindən asılı olaraq qumlu, çaqıl daşlı və qumlu çaqıl
daşlı, çınqıllı, gipsləşmiş, daşlı, gillicəli, löslü, gilli-takırlı, gilli bedlendli vəşoranlı səhralar ayrılır.
Xüsusi Arktika (buz səhrası) səhrası da var. Səhralarda yayın temperaturu yüksək və sutkalıq ampliutuda
böyük olur. Ən isti ayda orta temperatur Orta Asiya (Qaraqum, Qızılqum) və Şimali Amerika
səhralarında 30-400C-yə çatır. Maksimum temperatur Orta Asiya səhralarında 500C, Ölüm dərəsində
(ABŞ) 56,70C, Liviya səhrasında və Ərəbistan yarımadası səhralarında 580C-dir. Havanın, xüsusilə
torpağın temperaturunun sutkalıq amplitudası çox vaxt 500C-dən artıq olur. Qum örtüyü gündüzlər
900C-dək qızır. İllik yağıntı səhraların çoxunda 100-200 mm, bəzi yerlərdə 50-100 mm və daha azdır
(Təklə-Məkan səhrasında 9 mm), ayrı-ayrı rayonlarda bəzən bir neçə il yağış yağmır. Səhralar çox yerdə
bitkisizdir. Bitki örtüyündə efemerlər, efemeroidlər, sukkulentlər, halofitlər səciyyəvidir. Ayrı-ayrı
səhra biotoplarının faunası tərkibinə və zənginliyinə görə fərqlənir. Bitki örtüyü seyrək olduğundan
otyeyən heyvanlar kiçik qruplarla, cüt-cüt və tək gəzirlər. Yeni ot yemi axtarıb tapa bilən heyvanlar
(antiloplar, bəzi quşlar) sürü əmələ gətirir.. Səhra heyvanlarının bir qismi gecə həyatı keçirir, bəziləri
qış və yay yuxusuna gedirlər. Əkinçilik yalnız suvarma şəraitində mümkündür. Azərbaycanda səhra
landşaft fraqmentləri Xəzəryanı hissədə (Abşeronda), Naxçıvan MR-in Arazboyu düzənliklərində
vardır. 7.1.7. Çaparral – yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağmurların miqdarı
500-700 mm olub isti qış dövründə düşür. Bol qış yağışları quraqlıq yayla əvəz olunur. Çaparral
qruplaşmaları ağaclardan (dəfnə, həmişəyaşıl palıd növləri) və qalın sarı rəngli həmişəyaşıl yarpaqlı
kollardan ibarətdir. Onlar Aralıq dənizi sahili rayonlarında, Avstraliyanın cənub sahilləri boyu,
Kaliforniya və Meksikada geniş yayılmışdır. Avstraliyanın meşələrində evkalipt ağacları və kolluqlar
dominantlıq edir. Yanğınlar ağacların məhv olması hesabına kolluqların üstünlük təşkil etməsində
mühüm ekoloji faktor sayılır. Yayın sonunda baş verən yanğınlar yamacları çılpaqlaşdırır. Yanğından
sonra ilk yağışlar zamanı kollar tez və sürətlə sahəni tutaraq 15-20 il ərzində maksimum boya çatır.
Yağışlı mövsüm noyabrdan başlayaraq mayın sonuna qədər davam edir. Bu dövrdə çaparralda
qaraquyruqlu maral və bir çox quşlar yaşayır. İsti quru yay dövrü başlayanda onlar şimala dağ
rayonlarına köçürlər. Alçaq boylu çaparral meşələrinin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı,
ağac siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün
sonunda çoxalan quş və həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da
populyasiyaların sayı azalır. 7.1.8. Tropik bozqırlar və savannalar Mərkəzi və Şərqi Afrika, Cənubi
Amerika və Avstraliyanın, isti vilayətlərində illik yağıntıların miqdarı 900 mm-dən 1500 mm-ə qədər
olan ərazilərində yayılan ağac-kol bitki örtüyü tipidir. İlboyu ərzində temperatur kifayət qədər yüksək
olub, mövsümilik yalnız yağıntıların paylanması ilə təyin olunur (rütubətli – yağışlı mövsümlər və quru
(quraqlıq) mövsümlər). Bu fauna və floranın mövcudluğu üçün özünəməxsus şərait yaradır. Ağaclar çox
vaxt qalın qabıqlı olub güclü mantar qatına malikdir. Burada baobab növləri, akasiya, palmalar,
ağacşəkilli südləyənlər (kaktusların ekoloji ekvivalenti) və b. bitir. Ot örtüyü hündür və sıx, insan üçün
keçilməz olur (əsasən taxıl otları). Quraqlıq dövründə otların torpaqüstü hissəsi quruyur, ağacların
yarpaqları tökülür. Ağaclar quraqlıq mövsümünün sonunda çiçək açır, yağışlar başlayanda isə
yarpaqlayır. Savannaların, xüsusən Afrikada dırnaqlı heyvan populyasiyalarının (antilop, zebr, zürafə
və b.) müxtəlifliyi və sayına görə tayı-bərabəri yoxdur. Bu heyvanları şir, gepard (ov pələngi) kimi
yırtıcılar ovlayır. Quşlar olduqca müxtəlif olub, aralarında iri yırtıcılar (keçəl kərkəs), həmçinin ən irisi
– Afrika dəvəquşu var. Burada quraqlıq dövrdə daha aktiv olan çoxlu reptililər – ilan və kərtənkələlər,
həmçinin yağışlı dövrdə daha çox olan həşəratlar vardır. Həşəratlar arasında çoxlu qansoranlar, onlardan
ən məşhuru sisi (yuxu xəstəliyinin törədicisi, zəhərli) və b. göstərmək olar. Cənubi Afrikada ağır
xəstəliklərin törədicilərini yayan həşəratlar mövcuddur, onlar insan və heyvanların mərkəzi əsəb
sistemini pozur, digər təhlükəli «tropik» xəstəlikləri törədir. 7.1.9. Yarımhəmişəyaşıl mövsümi
(yarpağını tökən) tropika meşə ekosistemləri İldə 800-1300 mm yağıntı düşən, uzunmüddətli quraqlıq
dövrü (ildə altı ay) keçən vilayətlərdə yayılmışdır. Bu meşələr Asiyanın və Mərkəzi Amerikanın tropika
hissəsi üçün səciyyəvidir. Bu meşələrin üst yarusundakı ağaclar qışda deyil, quraqlıq mövsümündə
yarpağını tökür. Alt yarus həmişəyaşıl ağac və kollardan ibarətdir, həmişəyaşıl ağaclardan palmanı
göstərmək olar. 7.1.10. Cırtdan şam və ardıc biomu (ekosistemi) Böyük Hövzədə, Kolorado ştatında
Kolorado çayı boyu, Yuta, Arizon, Nyu-Mexiko, Nevada və Mərkəzi Kaliforniyanın qərbində geniş
əraziləri tutur. Burada rütubətlik limitləşdirici faktor sayılır, ildə 250-500 mm yağıntının qeyri-bərabər
paylanması cırtdan şam və ardıc meşələrinin park şəkilli olmasını təyin edir. Şamın qozaları və ardıcın
meyvələri heyvanlar üçün mühüm qida mənbəyidir. Zığ-zığ, böyük arıquşu və kol arıquşu oturaq
quşların daim xarakterik növləridir. 7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri
Ekvator boyu yerləşir, illik yağıntıların miqdarı 2000-2500 mm olub aylar üzrə kifayət qədər bərabər
paylanır. İlboyu bir və ya bir neçə nisbətən «quru mövsüm» (ayda 125 mm) müşahidə olunur. Yağışlı
meşələr əsas üç vilayətdə yayılmışdır: 1) Amazonka hövzəsində və Cənubi Amerikada – Orinokada -
başdan-başa böyük massiv şəklində; 2) Afrikada Konqo. Nigera və Zambezi çayları hövzələrində və
Madakaskar adasında; 3) Hindo-Malayskidə və Borneo – Yeni Qvineya adalarında. Bu vilayətlərdə
tempetarun illik gedişi kifayət qədər bərabər paylanıb. Bitki və heyvanların çoxalması və digər
funksiyalarının mövsümi dəyişməsi əsasən yağıntıların miqdarının tərəddüdündən asılıdır və yaxud
daxili ritmlərlə tənzimlənir. Belə ki, Winteraceae fəsiləsinə aid olan bəzi ağacların böyüməsi fasiləsiz
gedir, lakin həmin fəsiləyə aid olan digər növlər üçün böyümədə dövrlük müşahidə olunur və oduncaqda
həlqələr əmələ gəlir. Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1) Seyrək yerləşən ən
hündür ağaclar üst yarusu yaradır; 2) Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25-35 m; 3)
Alt yarus – yalnız ümumi çətirdə işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar
praktiki olaraq olmur. Lakin çoxlu lianlar və epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir
– bir neçə hektar sahədə rast gəlinən növlərin sayı bütün Avropanın florasında olan növlərin sayı
qədərdir (Y.Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı 170-dən çox, ot növləri isə 20-dən azdır.
Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.) sayı otlarla birlikdə 200-300 və daha çoxdur (Şəkil
6.13). Rütubətli tropik meşələr kifayət qədər qədim klimaks ekosistemləri sayılır, burada qida
maddələrinin dövranı mükəmməllik dərəcəsinə çatmışdır, onlar az itirilir və mutalistik orqanizmlərlə və
ağacların dərinə getməyən (çox hissəsi havada yerləşən) güclü mikorizalı kök sistemi vasitəsilə tez
bioloji dövrana qoşulur. Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır. Tropikanın dağlıq
rayonlarında dağ-yağışlı meşələri yerləşir, onlar düzənin yağışlı meşəsinin növmüxtəlifliyi olub bəzi
xarakterik əlamətlərinə görə fərqlənir. Dağ boyu yuxarı qalxdıqca meşə örtüyü alçaqboylu olur və
epifitlər avtotrof biokütlənin böyük qismini təşkil edir. Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay
dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və ya sahil meşələri adlanır. Mülayim qurşağın
meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst yarusunda
yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır. Ağacda yaşayan
məməlilərdən başqa yağışlı meşələrdə çoxlu buqələmun (xamelyon), iquana, hekkonlar, ağac ilanları,
qurbağalar və quşlara rast gəlinir. Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr
mühüm ekoloji rol oynayır.
Dostları ilə paylaş: |