Sual Omonimlər. Omonimlərin yaranma yolları



Yüklə 15,78 Kb.
tarix15.05.2022
ölçüsü15,78 Kb.
#87060
MAD 9

Sual 9. Omonimlər. Omonimlərin yaranma yolları

Eyni səslənməyə malik olan müxtəlif mənalı sözlərə omonim sözlər deyilir. Məsələn tar sözünə nəzər yetirək. Tar sözü çalğı aləti, ikinci sində toyuqların gecələr yatmaq üçün üstünə çıxdığı ağac, üçüncüsündə isə qar təpəciyi mənasını bildirdiyi asanlıqla dərk olunur.


Müasir Azərbaycan ədəbi dilində olan omonimlər əmələ gəlməsinə görə iki qrupa ayrılır:

  1. Daxili omonimlər; məsələn, qol (insanın çiynindən barmaqla rının ucuna qədər olan üzv) qol (ağacın yoğun budağı) – gol (imza); lil (suyun dibinə çökən çox narın qum) – lil (boyaq, kimyəvi maddə) və s.

Bunlardan biri və ya hər ikisi dilimizə başqa dillərdən gəlir.

Daxili omonimlər əsasən, altı yolla düzəlir, quruluşca sadə və düzəltmə olur. Eyni və müxtəlif nitq hissələrindən əmələ gəlir:



  1. Çoxmənalı sözlərdə mənalarından biri inkişaf edərək, müstə qim məfhum ifadə etməyə başlayan yeni sözə çevrilməsi ilə; məsə lən, ay (otuz gün)- Ay (yerə ən yaxın məsafədə olan peyk), hər ikisi isim; bel (insan və ya heyvan bədəninin arxa hissəsi) – bel (torpağı qazmaq üçün işlədilən alət), hər ikisi isim; dil (ağızda olan ət parçası) – dil (danışıq), hər ikisi isim; yel (hava cərəyanı)- yel (revmatizm), hər ikisi isim; kök (ağacın torpaqda olan hissəsi) - kök (yer altında bitən tərəvəz) - kök (əsas), hər üçü isim.

2. Düzəltmə sözün müxtəlif məfhum ifadə edən sözlər kimi omonimləşməsi ilə; məsələn, dolu - sifət (su ilə dolu qab) - dolu - isim (göydən yağan yumru buz dənələri), boğaz (baş ilə bədəni bir ləşdirən hissə) - boğaz (iki dənizi birləşdirən dar bir keçid), boğaz (qarnında balası olan heyvan), ikisi isim, biri sifət; aynalı – sifət (aynası olan) - aynalı (tüfəngin bir növü) və s.

3. Müxtəlif nitq hissəsinə mənsub köklərə onlara məxsus şəkil çilərin artırılması ilə; məsələn, ağla (maq) felinə qeyri-qəti gələcək zaman şəkilçisi - r artırıldıqda ağlar (gözü yaşlı) sifət, ağ sifətinə -lar cəm şəkilçisi artırıldıqda ağlar (Oktyabr inqilabının əleyhinə çıxmış çar tərəfdarları, əksinqilabçılar) isim, quru sözünə leksik - m şəkilçisi artırıldıqda qurum (isim) - tüstüdən əmələ gəlmiş maddə, qur (maq) felinə əmr şəklinin I şəxsin təkinin -um şəkilçisi artırıl dıqda yenə də qurum (qurulma prosesi) isim və s.

4. Müxtəlif mənşəli sözlərdə səs tərkibinin eyniləşməsi yolu ilə; məsələn, qabaq (ön tərəf) - qabaq (tərəvəz məhsulu); Qax (rayon - adı, qəsəbə) - qax (qurudulmuş meyvə); gürzə (ilanın bir növü) - gürzə (xörəyin bir növü); ləpə (kiçik dalğa) - ləpə (qoz, fındıq kimi meyvənin içi); Ay (yerə ən yaxın olan göy cismi-peyk) - ay! (nida); boylu (qamətli) - boylu (hamilə) və s.

5. Kökdə olan səslərdən birinin düşməsi, yaxud köklərdən birinə səsin artırılması yolu ilə; məsələn, alaq sözündəki -q səsinin düş məsi nəticəsində taxılın arasında bitən qanqal və göyərti mənasını verən söz dilimizdə rəngin çalarlığını bildirən ala (ala göz) sözü ilə omonimləşir.



Dilimizdə şalvarın və ya donun aşağı hissəsini bildirən balaq sözü, bala sözünə q səsinin artırılması ilə düzəlib, camış balasını bildirən balaq sözü ilə omonimləşir.

6. Hər hansı bir kökdə bu və ya digər səsin dəyişməsi ilə; məsə lən, dilimizdə həşərat qisminə mənsub qurt sözünün sonundakıt səsi d səsinə çevrilərək, canavar mənasındakı qurd sözünə omonim olan ikinci bir söz əmələ gəlmişdir. Dilimizdə paltar mənasında olan don sözünün omonimi kimi ikinci bir məna (şiddətli soyuq) ifadə edən don sözü əmələ gəlmişdir.
Yüklə 15,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə