Azərbaycan mühacirət nəsri
79
haqqında gələn xəbərlər vaxtilə milli Azərbaycan mət-
buatı tərəfindən nəşr edildi. Bu nəşriyyat sırasında So-
lovkidən dönüb hüdud xaricinə çıxa bilənlərdən
B.E. Ağaoğlunun «Solovkidə gördüklərim»i «Bildi-
riş»in 14 sayında təfriqə edilmişdi. Bütün bu xəbər, ha-
vadis, xatirat və materiallar həp bir ağızdan «müsavatçı-
ların böyük qəhrəmanlıqları»nı, zülmə, barbarlığa bo-
yun əymədiklərini, haqlarını, hürriyyətlərini müdafiə,
heysiyyət və şərəflərini mühafizə üçün ölməkdən belə
qorxmadıqlarını təyid etməkdə idilər» (76, s. 8).
B.E. Ağaoğlunun «Solovkidə gördüklərim» əsəri də
«Azərbaycan davası»nın sürgün cəbhəsi barədə şəxsi
müşahidələr əsasında yazılmış qiymətli mənbədir. «Hür-
riyyət və istiqlal qəhrəmanlarının məzarı olan «buzlu
cəhənnəm»» – Solovki nədir və nerəsidir? sualını xatirə-
lərinin fəsillərindən birinin sərlövhəsinə çıxaran müəllif
həmin suala belə cavab verir: «Dünyada sosializm cə-
miyyəti» yaratmış olan Sosialist Sovet Cümhuriyyətinin
hürriyyət və istiqlal mücahidi millətsevərlərə təhsis et-
miş olduğu Solovki mənfası 1923 sənəsində sabiq Solo-
vetski monastır yerində təhsis edilmişdir. Petroqraddan
800 kilometr şimalda, buzlu şimal dənizinin (Şimal
Buzlu okeanının – N.C.) yaratmış olduğu və rusların ağ
dəniz dedikləri haliçtə (körfəzdə – N.C.) bir qrup
adalar-
dan ibarət olan Rusiyanın muxtar Kareliya Cümhuriyyə-
tinə tabedir. Ada-ların bir-birindən arası 15-20 kilometr-
dir. Yalnız Kont adası digərlərindən 120 kilometr uzaq-
dadır. Adaların ən böyüyü Solovki adıyla məruf Solo-
vetski olub, bütün adaların mərkəz idarələri dəxi burada
yerləşmişdir. Adaların ən şimalda bulunmasından bura-