Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
79 
haqqında  gələn  xəbərlər  vaxtilə  milli  Azərbaycan  mət-
buatı  tərəfindən  nəşr  edildi.  Bu  nəşriyyat  sırasında  So-
lovkidən  dönüb  hüdud  xaricinə  çıxa  bilənlərdən        
B.E.  Ağaoğlunun  «Solovkidə  gördüklərim»i  «Bildi-
riş»in 14 sayında təfriqə edilmişdi. Bütün bu xəbər, ha-
vadis, xatirat və materiallar həp bir ağızdan «müsavatçı-
ların  böyük  qəhrəmanlıqları»nı,  zülmə,  barbarlığa  bo-
yun  əymədiklərini,  haqlarını,  hürriyyətlərini  müdafiə, 
heysiyyət  və  şərəflərini  mühafizə  üçün  ölməkdən  belə 
qorxmadıqlarını təyid etməkdə idilər» (76, s. 8).  
B.E. Ağaoğlunun «Solovkidə gördüklərim» əsəri də 
«Azərbaycan  davası»nın  sürgün  cəbhəsi  barədə  şəxsi 
müşahidələr əsasında yazılmış qiymətli mənbədir. «Hür-
riyyət  və  istiqlal  qəhrəmanlarının  məzarı  olan  «buzlu 
cəhənnəm»» – Solovki nədir və nerəsidir? sualını xatirə-
lərinin fəsillərindən birinin sərlövhəsinə çıxaran müəllif 
həmin  suala  belə  cavab  verir:  «Dünyada  sosializm  cə-
miyyəti» yaratmış olan Sosialist Sovet Cümhuriyyətinin 
hürriyyət  və  istiqlal  mücahidi  millətsevərlərə  təhsis  et-
miş olduğu Solovki mənfası 1923 sənəsində sabiq Solo-
vetski  monastır  yerində  təhsis  edilmişdir.  Petroqraddan 
800  kilometr  şimalda,  buzlu  şimal  dənizinin  (Şimal 
Buzlu okeanının – N.C.) yaratmış olduğu və rusların ağ 
dəniz dedikləri haliçtə (körfəzdə – N.C.) bir qrup adalar-
dan ibarət olan Rusiyanın muxtar Kareliya Cümhuriyyə-
tinə tabedir. Ada-ların bir-birindən arası 15-20 kilometr-
dir. Yalnız Kont adası digərlərindən 120 kilometr uzaq-
dadır.  Adaların  ən  böyüyü  Solovki  adıyla  məruf  Solo-
vetski olub, bütün adaların mərkəz idarələri dəxi burada 
yerləşmişdir.  Adaların  ən  şimalda  bulunmasından  bura-


Nikpur  Cabbarlı 
 
 
 
80 
larda  müdhiş  soyuqlar  hökm  sürüyor.  Yılda  doqquz  ay 
qış,  üç  ay  ilk  bahara  bənzəyən  bir  mövsüm  oluyor. 
Birinci təşrindən (oktyabrdan – N.C.) etibarən başlayan 
qışda yer 4-5 metr qalınlığında qarla örtülməyə başlayır. 
Və bu temmuza (iyul ayı – N.C.) qədər devam edər. Hə-
yat, hərəkət və kara (quru, burada: sahil – N.C.) ilə olan 
hər bir munakalat kəsilir. Adalar arasında buz üzərində 
hərəkət olunan bu zamanda soyuq 35-40 dərəcəyə enər. 
Kanuni-əvvəl, kanuni-sani, şubat (dekabr, yanvar, fevral 
– N.C.) və mart aylarında isə soyuğun dərəcəsi 50-yi be-
lə keçər. Bu qış mövsümündə günlər son dərəcə qısalar, 
gecələr 19-20 saatdan az, gündüzlər 4-5 saatdan çok ol-
muyor. Sabah saat 10-11-də açılır və alaqaranlıq halında 
devam edən gündüz 3-4 radələrində bitər. Bundan sonra 
o biri gün saat on birə qədər uzun, qaranlıq, ən mühümü 
isə soyuq-şaxta gecələr başlar...» (57, № 10). 
Solovki məhbusları vətənlərinin azadlığı, millətləri-
nin  istiqlalı  uğrunda  bolşevik  rejiminə  qarşı  mücadilə 
yürüdən və məhz buna görə də Ukraynadan, Türküstan-
dan,  Qafqazdan,  Krımdan,  Tatarıstan  və  Başqırdıstan-
dan  bu  «buzlu  cəhənnəmə»  sürgün  edilən  insanlar  – 
alimlər,  ədiblər,  şairlər,  jurnalistlər,  mühəndislər,  hə-
kimlər, müəllimlər, zabitlər, vəkillər, kəndlilər və fəhlə-
lərdir. Bunlardan əlavə, məhbuslar içərisində Rusiyanın 
müxtəlif bölgələrindən buraya sürgün edilmiş antibolşe-
vik düşüncəli ruslar da az deyildir. 
Solovki məhbuslarının nəsibi 40 dərəcə şaxtada be-
lə  yarımçılpaq  və  yarıayaqyalın  vəziyyətdə  18-19  saat 
davam edən və «insan qüvvətinin fövqündə olan ağır iş-
lər», nəzarətçilərin həqarəti, müxtəlif işkəncələr, üfunət-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
81 
li  və  rütubətli  zirzəmilər,  qurdlu  balıq  şorbaları  idi.  Bu 
cür  dözülməz  həyat  şərtlərinin  üzüb  əldən  saldığı,  əlil 
etdiyi, az qala  «quru bir skeletə döndərdiyi»  məhbuslar 
«yaşasın istiqlal!» deyə can verirlər. Müəllifin qənaətin-
cə,  bu  insanlar  «Vətənlərinin  üfüqlərində  hürriyyət  və 
istiqlal  günəşinin  doğuşunu  görmədən  buzlu  cəhənnəm 
olan Solovkidə məyus olmaqla yenə məğlub deyildilər» 
(57, №10). Çünki «fərdlər ölür, cəmiyyət və millət yaşar 
və  onunla  bərabər  fərdlərin  daşıdıqları  böyük  məfku-
rələr daim bərhəyat qalır... Onlar millətin qəlbində, xə-
yalında, ruhunda, tariximizin hər səhifəsində, ədəbiyya-
tımızın sətirləri arasında, aşıqların sazlarının telləri ara-
sında, məmləkətin hər şəhərində, köyündə, daşında, da-
ğında və irmağında yaşayacaqlardır. Və gələcəyin müt-
ləqa məsud olacağına şübhə olmayan nəsilləri hər yerdə 
və hər an onları görəcək və hörmətlə diz çökərək onların 
müqəddəs xatirələri önündə əyiləcəkdir» (57, №15). 
Yeri gəlmişkən qeyd edək ki, Solovki düşərgəsi və 
ümumiyyətlə,  keçmiş  SSRİ-dəki  həbs  düşərgələri  barə-
də rus mühacirət ədəbiyyatında da az yazılmayıb. Hətta 
rus  ədəbiyyatşünaslığında  son  illər  sözügedən  əsərlərə 
münasibətdə «Лагерная тема» («düşərgə mövzusu») is-
tilahı  da  işlədilir.  M.B.  Məhəmmədzadə  az  öncə  sitat 
verdiyimiz  «Qəhrəmanlarımızın  əsarət  dastanları»  mə-
qaləsində  belə  əsərlərdən  biri  –  N.İ.  Kiselyov-Qromo-
vun 1936-cı ildə Şanxayda nəşr olunmuş «Лагери смер-
ти в СССР» kitabından bəhs edir. Məlum olur ki, Rusi-
yada  vətəndaş  müharibəsi  dövründə  general  Alekseyev 
adına birinci süvari alayında könüllü surətdə bolşeviklə-
rə qarşı döyüşən  müəllif Qızıl Ordu  Novosibirski tutan 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə