Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   27   28   29   30   31   32   33   34   35

Nikpur  Cabbarlı 
 
 
 
108 
əxlaq  normaları  barədə  təsəvvürlərinin  dolğunlaşması-
na,  eyni  zamanda  müəllif  qayəsinin  daha  əyani  surətdə 
açılmasına  xidmət  edir.  Fərd  anlayır  ki,  hürriyyəti  mü-
hafizə  etmək  onu  qazanmaq  qədər  çətindir.  Hürriyyəti 
qorumaq üçün daim çalışmaq, onu bir iman halına gəti-
rərək,  nəsildən-nəslə  ötürmək  lazımdır.  Hürriyyət  olan 
yerdə  fikir  müxtəlifliyinin  təzahürü  də  təbii  və  qanuna-
uyğundur. Əsl hünər də məhz müstəqil düşüncəli insan-
ları idarə etməkdir. «Kölələri, əli, qolu, ağzı, kafası bağ-
lı» insanları idarə etmək xüsusi istedad tələb etmir.  
Sərbəst ölkənin vətəndaşları sadə yaşamağı mənəvi 
hürriyyətin  əsası,  haqqı  müdafiə  etməyi  isə  vicdani  bir 
vəzifə kimi dərk edirlər. Məhz buna görə də bu ölkədə 
istər  hökumət  məmurları,  istərsə  də  sıravi  vətəndaşlar 
hər  kəsin  hər  zaman  haqqı  müdafiəyə  hazır  olduğunu 
bildiklərindən, ona təcavüz etməkdən çəkinirlər. Vətən-
daşların  bir-birini  düşünmələri  və  bir-birinə  yardım  et-
mələri bu ölkədə cəmiyyət həyatının təməl daşı, yoxsul 
vətəndaşların  sosial  müdafiəsi  isə  dövlətin  vəzifəsidir. 
Dilənçilik vətən və vətəndaş üçün bir ləkə sayılır.  
Beləliklə,  Fərd  sərbəst  insanlar  ölkəsinin  azad  qar-
daşlıq yurdu olduğuna, burada hər kəsin bir-birini, döv-
lətin  də  hamını  düşündüyünə  əmin  olur.  O,  anlayır  ki, 
vətənpərvərlik  hissinin  vətənə  və  vətəndaşlara  qarşı  fə-
dakarlıq  səviyyəsinə  yüksəlməsi  üçün  Vətənin,  dövlətin 
Fərdə bir çox mənəvi və maddi zövqlər təmin etməsi zəru-
ridir. Bu zövqləri təmin etməyən, əksinə, insanı daim mad-
di  və  mənəvi  sıxıntılara  məruz  qoyan  bir  mühitdən  ötrü 
vətəndaş nə deyib özünü fəda edər? (52, s. 120-121). 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
109 
Sərbəst  insanlar  ölkəsinin  qanunları  və  həyat  tərzi 
ilə  yaxından  tanış  olan  Fərd  son  qərarını  vermək  –  bu 
ölkənin  vətəndaşlığını  qəbul  etmək  ərəfəsində  ciddi  tə-
rəddüd  keçirir,  təşvişə  düşür.  Çünki  bu  ölkədə  heç  bir 
şey  Fərdin  doğma  məmləkətindəkinə  bənzəmirdi.  Hər 
şeyi yenidən öyrənmək, hər şeyə yenidən alışmaq lazım 
idi. 
Nəhayət,  bir  gün,  qəflətən,  beyninə  gələn  bir  fikir 
ona  ilham  verir,  zehni  müvazinətini  təmin  edir,  tərəd-
düdlərinə son qoyur. Fərd birdən-birə öz-özündən soru-
şur: «Pək əla! Alışmayıb da nə yapacaqsın? Əski həya-
tamı  avdet  edəcəksin?» (52, s.  123-124). Bu fikir Fərdi  
ildırım  kimi  vurur,  ona  intihardan  daha  qorxunc  görü-
nür. Çünki insanlığın və insan kimi yaşayışın nə olduğu-
nu  o,  ilk  dəfə  məhz  bu  diyarda  anlamışdı.  Əvvəlki  hə-
yatı  isə  ona  yuxudan  və  ölümdən  daha  betər  bir  kabus 
kimi  görünürdü:  «Fikir  köləliyi,  hiss  köləliyi,  hərəkət 
köləliyi mənim qədərim (qismətim – N.C) idi. Düşünən, 
duyan,  yaşayan  mən  deyildim,  başqası  idi.  Mən  yalnız 
başqasını  təqlid  etmək,  ona  itaət  etməklə  mükəlləfdim. 
Mən,  mən  deyildim.  Onun  kölgəsi,  qaraltısı,  həyuləsi 
idim!  Xülasə,  mən  yoxdum,  bir  əfsanə  idim.  Fəqət  bu 
diyara gəlincə, mənliyim özünə gəldi, varlığımı duyma-
ğa başladım. İlk kərə burada anladım ki, insan həqiqətən 
kainatın zinəti və sərtacı (baştacı) dır» (52, s. 124). 
Bu  düşüncələrin  təsiri  altında  Fərd  sərbəst  insanlar 
ölkəsinin vətəndaşlığını qəbul etmək barədə qəti qərara 
gəlir. Əsərdə təsvir olunan hadisələrin təbii inkişafından 
doğan bu məntiqi sonluq müəllif qayəsini də aydın ifadə 
edir.  Ə.  Ağaoğluya  görə,  demokratiyaya,  vətəndaş  cə-


Nikpur  Cabbarlı 
 
 
 
110 
miyyətinə gedən yol nə qədər əzablı olsa da, onun alter-
nativi yoxdur. O, türk dünyasının, o cümlədən timsalın-
da  özünə  ikinci  Vətən  tapdığı  Türkiyənin  istiqbalını 
məhz  demokratiyada  görür  və  buna  görə  də  Atatürkün 
«milli hegemonluğa əsaslanan, qeyd-şərtsiz müstəqil bir 
türk  dövləti»  –  yeni  tipli  bir  Cümhuriyyət  qurmaq  uğ-
runda  mübarizəsini  bütün  varlığı  ilə  dəstəkləyir  və  bu 
quruculuq prosesində  həm  millət vəkili, həm  də iti qə-
ləmli bir söz, fikir adamı kimi fəal iştirak edirdi.  «Sər-
bəst  insanlar  ölkəsində»  əsərini  də  Ə.  Ağaoğlu  Atatür-
kün  1920-ci  illərdə  həyata  keçirdiyi  inqilabi  xarakterli 
islahatlardan ruhlanaraq qələmə almış və burada əslində 
Türkiyə Cümhuriyyətinin gələcəyini təsvir etmişdi. Belə 
ki, əsərin müqəddiməsindəki: «...bu ölkənin (Sərbəst in-
sanlar ölkəsinin – N.C.) rəhbərləri Türk Cümhuriyyətini 
quran  Dahinin  əməl  və  arzularının  təhəqqüqü  üçün 
çalışmaqdadırlar» (52, s. 2) qeydi buna işarədir. Əsərdə 
eyni  zamanda  Atatürkün  xilaskarlıq  missiyası  da  əksini 
tapmışdır:  «...Fəqət  sonralar  qanımız  qarışdı,  kölə  ellə-
rin  adətlərinə,  törələrinə  uyduq,  qurultay  qalxdı,  yasa 
pozuldu  və  zorbalıq  qələbə  çaldı;  əfəndi  millətim  kölə 
oldu. O zamandan ocağımız söndü, adımız-şanımız bat-
dı. Bir gün gəldi, alçaq xaqanımız bizi yadellilərə sata-
caq  oldu  (Osmanlı  hökumətinin  imzaladığı  Mudros  və 
Sevr  müqavilələri  nəzərdə  tutulur  –  N.C.).  Artıq  buna 
dayanamadıq. Aramızdan sarı saçlı, mərd üzlü, aslan ba-
xışlı  birisi  (Mustafa  Kamal  Atatürk  nəzərdə  tutulur  – 
N.C.) çıxdı. Məgər ki, elini sakınan, yurdunu əsirgəyən 
Tanrının rəsulu imiş! Sözlər söylədi ki, donmuş qəlblərə 
sıcaqlıq, ölmüş damarlara can verdi. İşlər yapdı ki, bü-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə