Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   27   28   29   30   31   32   33   34   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
119 
vişə düşmüş və Sərbəst Firqənin burada təşkilatlanması-
nı əngəlləmək üçün təxribatlara əl atmaqdan belə çəkin-
məmişdi. Belə ki, Fəthi bəy başda olmaqla İzmirə gələn 
Sərbəst Firqə liderlərinin xalqla görüşünə mane olmaq-
dan ötrü buradakı hökumət qüvvələrinin göstərdiyi can-
fəşanlıq sonda qan tökülməsi ilə nəticələnir. Polis xalqı 
qorxutmaq üçün qələbəlik üzərinə atəş açarkən on dörd 
yaşlı  bir  məktəbli  qurşuna  tuş  gəlir.  Ə.  Ağaoğlu  bu 
ürəkparçalayan səhnəni «İzmir sokaklarında şekspirvari 
bir faciə» kimi təsvir edir: «Mənzərə müdhiş, tükürpər-
dici  idi.  Qanlara  boyanmış  körpə  məktəbli  bir  çocuk 
Fəthi bəyin ayaqları altında son nəfəsini veriyordu. Ba-
bası  da  Fəthi  bəyin  əllərinə  sarılaraq  yakıcı  bir  lisanla 
daha başqa övladını da qurban verməyə hazır olduğunu 
söylüyordu!  
«Yalnız  bizi  qurtar!  Qurtar  bu  zalim  mutemetlərin 
(o  dövrdə  Cümhuriyyət  Xalq  Partiyasının  mərkəzdən 
yerlərə göndərilən təmsilçiləri – N.C.) əllərindən!» – de-
yə yalvarıyor! 
Hər kəs başını aşağı dikmiş, əzici bir sıxıntı içində 
nə  yapdığını  biləmiyor!  Fəthi  bəyin  gözləri  yaşarmış, 
bəziləri  hönkür-hönkür  ağlıyorlar!  Fəqət  eyvah!  Bu 
təəssür  və  ruhi  sıxıntı  pək  çabuk  keçdi!  Bugünkü  mə-
budlar  (Allahlar)  əski  məbudlar    qədər  həssas  deyildir-
lər!  Qurban  qoxusu  onlarda  dərin  məhəbbətlər  və  ya 
sönməz qəzəblər uyandırmıyor! 
Bilməm Fəthi bəy və arkadaşları bu müdhiş faciəni 
xatırlıyorlarmı?  Londra  səfarətxanasının  möhtəşəm  sa-
lonlarının  yumşaq  kanapelərinə  qapanaraq  Şekspirin 
dramlarını oxurkən  bu İzmir faciəsinin xatirəsi onu ara-


Nikpur  Cabbarlı 
 
 
 
120 
sıra  rahatsız  etmiyormu?  Eyvah!  Bu  yüksək,  ilahi  izti-
rabları duyacaq qəlblərə malik olsaydıq, bizdə də o izti-
rabları təsvir edəcək Şekspirlər çıxardı!» (55, s. 37-38). 
İzmir hadisələri xalqın hökumətdən narazılığını bü-
tün  çılpaqlığı  ilə  əks  etdirməklə  bərabər,  firqələrarası 
münasibətlərdəki gərginliyi də son həddə çatdırır. Bütün 
bunların  müqabilində  isə  Qazi  çox  laqeyd  görünür.  O, 
bir  tərəfdən  Sərbəst  Firqəni  təşkilatlanmağa,  bələdiyyə 
seçkilərinə qatılmağa sövq edir, digər tərəfdən isə, gər-
ginliyi  azaltmaq  üçün  heç  bir  tədbir  görmür,  seçki  pro-
sesində  baş  verən  qanunsuzluqlara  –  polis,  jandarm, 
hərbçilərin müdaxiləsinə qarşı səsini çıxarmır. Olaylara 
münasibətini öyrənmək istəyən Fəthi bəyə və Nuri bəyə 
isə Qazi tövrünü belə pozmadan diplomatik cavab verir: 
«Mən  iki  firqəyə  də  yardım  edəcəyimi  söyləmişdim. 
Görüyorsunuz ki, siz mənim yardımıma möhtac deyilsi-
niz!  Xalq  həp  sizə  doğru  akıyor.  Dəstəyə  ötəki  firqə 
möhtacdır.  Binaenaleyh  (buna  görə  də  –  N.C.)  mənim 
cavabımı  bu  dəstək  mahiyyətində  qəbul  edərək,  işinizə 
davam  ediniz.  Lazım  olduğu  təqdirdə  sizə  də  yardım 
edəcəyim» (55, s. 50). Fəthi və Nuri bəylərin bu cavabla 
təmin edilmiş kimi göründüklərini qeyd edən Ə. Ağaoğ-
lu  diqqəti  belə  bir  məqama  yönəldir  ki,  «zatən  Qazinin 
ən  böyük  məharəti  insanlara  bu  təminatı  təlqin  etmək 
qüdrətidir.  Hər  təsadüf  edilən  zorluğu  bu  surətdə  yox 
edər və qarşısındakılar artıq kəndilərini əmniyyətə almış 
saydıqları  halda,  o,  işini  görməyə  davam  edərdi»  (55,   
s. 52).  
Sərbəst Firqə dramı kəskinləşdikcə müəllif Qazinin 
xarakterinin  yeni-yeni  cizgilərini  təsvir  edir  və  bununla 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
121 
da  onun  obrazını  daha  da  dolğunlaşdırır.  Qazini  «çox 
qəribə və anlaşılması çox müşkül bir insan» kimi səciy-
yələndirən Ə. Ağaoğluya görə, Sərbəst Firqənin yaradıl-
ması təşəbbüsünü irəli sürərkən, o, xalqın kütləvi surət-
də  bu  firqəyə  axın  edəcəyini  düşünməmişdi.  Hadisələr 
onun  təxmin  etdiyi  kimi  cərəyan  etmədikdə  «Qazi  ən 
həssas  yerindən  vurulmuş  gibi  oldu:  Nasıl  oluyor  da 
daha dün  məmləkəti qurtarmış, kəndisinə istiqlal təmin 
eyləmiş  olan  bir  firqəyə  qarşı,  həm  də  başında  Qazi 
durub  dururkən,  bu  dərəcə  vəfasızlıq  göstəriliyor  və 
tərkediliyor?!  Bu  hadisə  Qazinin  izzəti-nəfsinə  toxun-
muşdu, həm də dərindən toxunmuşdu» (55, s. 52). Buna 
baxmayaraq,  Fəthi  bəyə  bir  işarə  etməklə  yeni  firqəni 
aradan  qaldırmaq  qüdrətinə  sahib  olan  Qazi  belə  hərə-
kəti  zəiflik  sayaraq,  qüruruna  sığışdırmır.  Çünki  «qov-
ğanı sevən və qovğada qarşı tərəfi yerə yıxılmış vəziy-
yətdə görməkdən zövq alan bir ruh qovğanı qaldırmağı 
deyil, onu üfləyərək, böyüdüb qızışdıraraq ən son dərə-
cəsinə  vardırdıqdan  sonra  qarşı  tərəfin  üzərinə  atılıb,  
yox  etməyi  düşünür» (55, s. 53). 
Qazi Sərbəst Firqə olayında da məhz qovğa yolunu 
seçir.  O,  «Sərbəst  fırkaya  qarşı  vəziyyət  almağa  və  si-
zinlə  mücadilə  etməyə  məcburam»  deyincə,  Qazi  ilə 
mücadiləni  xəyalına  belə  gətirməyən  Fəthi  bəy  təlaş 
içində Firqənin buraxılmasını təklif edir. Bu təklifin mü-
qabilində  də  Qazi  öz  xarakterinə  sadiqdir.  O,  israrla 
qovğa arayır və müxalif firqəni də hər vəchlə bu qovğa-
ya sürükləməyə çalışır: 
«Hayır,  hayır!  Kaldırmayacaksın!  Devam  edəcək-
sin. Mücadilə edəcəğiz! Dostluğu, aşinalığı bir tarafa bı-


Nikpur  Cabbarlı 
 
 
 
122 
rakınız.  Mücadilə  meydanına  atılalım,  qarşı-qarşıya  gə-
ləlim,  kim  bilir  bəlkə  siz  muvaffak  olursunuz»  (55,       
s. 79).         
Belə bir  böhranlı vəziyyətdə  firqənin özünü burax-
maqdan başqa çıxış yolu qalmır. Qazinin təklif və israrı 
ilə qurulmuş bir firqənin aqibətinin belə uğursuz olaca-
ğını kimsə düşünməzdi. Bu uğursuzluqdan hamıdan çox 
üzülən isə Ə. Ağaoğlu idi. Çünki o, Qazinin müxalif fir-
qə  yaratmaq  təşəbbüsünün  səmimiliyinə  inanırdı  və  bu 
inam onu sonadək tərk etmədi. Səməd Ağaoğlu bu barə-
də yazır: «Sərbəst Fırka macerası başladı. Annəm daha 
birinci günündən bu hareketin asla muvaffak olamıyaca-
ğına  inanmışdı.  Babam,  «Qazi,  bu  işi  samimiyyetle 
istiyor, o istedikden sonra niçin müvaffak olmasın?» de-
dikçe,  annem  başını  sallıyor,  «Paşa  nə  kadar  samimi 
olursa  olsun,  ya  hadiseler  başka  şekilde  inkişaf  edecek, 
yahut  da  koltuk  və  ikballerini  kaybetmekden  korkanlar 
hiyle,  isnat,  iftira  yollariyle  Qaziyi  aleyhimize  çevire-
cekler!» diyordu» (59, s. 235). 
Bu  gün-Sərbəst  Firqə  olayının  başa  çatmasından   
80  ildən  artıq  bir  müddət  keçərkən  belə,  bizim  də,        
Ə. Ağaoğlu kimi, Qazinin müxalif firqə yaratmaq təşəb-
büsünün  səmimiliyinə  şübhə  etmək  üçün  heç  bir  əsa-
sımız,  dəlil-sübutumuz  yoxdur.  Sadəcə  olaraq,  Türkiyə 
cəmiyyətinin 1920-1930-cu illərdəki səviyyəsi, hökumət 
məmurlarının  müxalif  fikirlərə  qarşı  hədsiz  dözümsüz-
lüyü  belə  bir  firqənin  yaşamasını  mümkünsüz  edirdi. 
Qazinin (Atatürkün) bir dövlət başçısı və  siyasət adamı 
olaraq  müdrikliyi  onda  idi  ki,  o,  «Sərbəst  Firqə  dra-
mı»nın    faciəyə  çevrilməsinə  imkan  vermədi,  bununla 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə