Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   27   28   29   30   31   32   33   34   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
111 
tün dünya heyrət etdi. Yadelliləri yurddan qovdu, xaqa-
nı  (sultanı  –  N.C.)  başı  aşağı  etdi  və  bu  gün  millətini 
hürriyyət ətrafında toplamaqla məşğuldur» (52, s. 5-6). 
Beləliklə, Ə. Ağaoğlunun «Sərbəst insanlar ölkəsin-
də» əsərində özünün vətəndaş cəmiyyəti ilə bağlı düşün-
cələri ilə yanaşı, dahi Atatürkün «Türk millətinin təbiət 
və  ədalətinə  ən  uyğun  olan  idarə  Cümhuriyyət  idarəsi-
dir»  fikri  də  bədii  şəkildə  təsdiqini  tapır.  İstər  Türkiyə 
Cümhuriyyətinin, istərsə də XX əsrin sonunda müstəqil-
liklərini  bərpa  etmiş  digər  türk  dövlətlərinin,  o  sıradan 
Ə. Ağaoğlunun doğma vətəni Azərbaycanın çağdaş du-
rumu böyük müdriklik və uzaqgörənliklə söylənilmiş bu 
fikrin düzgünlüyünün ən parlaq təcəssümüdür. 
 
 
 


Nikpur  Cabbarlı 
 
 
 
112 
 
 
ATATÜRKÜN  BƏDĠĠ – SƏNƏDLĠ   
OBRAZI 
 
ürkiyə  Cümhuriyyətinin  banisi  Mustafa  Kamal 
Atatürkün  yaratdığı  düşüncə  sistemində  –  ata-
türkçülükdə  ölkədə  demokratik  dövlət  quruculuğunun 
mühüm istiqaməti kimi çoxpartiyalı siyasi sistemin for-
malaşdırılması həmişə ön planda olmuşdur. Hələ istiqlal 
savaşı zamanı – 1919-cu ildə: «Məncə, müxalifət sayğı-
ya layiqdir. Çünki o da bir araşdırmanın, bir görüşün nə-
ticəsidir» (29, s. 117) söyləyən Atatürk bu baxışa ömrü-
nün  sonuna  qədər  sadiq  qalmışdır.  Onun  1930-cu  ildə 
ölkə  prezidenti  və  iqtidarda  olan  Cümhuriyyət  Xalq 
Partiyasının (Türkiyənin o dövrdə yeganə siyasi partiya-
sının) sədri kimi yeni partiya yaradılması ilə bağlı Fəthi 
Okyarın  müraciətinə  cavabı  da  bunun  sübutudur:  «Bö-
yük  Millət Məclisində  və millət önündə  millət işlərinin 
sərbəst  müzakirəsi,  xoşniyyətli  şəxslərin  və  firqələrin 
düşüncələrini  ortaya  qoyaraq,  millətin  yüksək  mənfəət-
lərini  aramaları,  mənim  gəncliyimdən  aşiq  və  tərəfdar 
olduğum  bir  sistemdir.  Rəisicümhur  olmayaraq  yalnız 
fiilen Cümhuriyyət Xalq Firqəsi rəisi belə bulunsaydım, 
Firqə  proqramını  və  icraatını  tənqid  edən,  insani  və 
siyasi  əxlaqına  əmin  olduğum  Sizin  kimi  bir  zatın 
görüşlərini diqqət və məhəbbətlə dinlərdim və istifadəli 
bulurdum. Zatən mənim siyasi həyatda birtərəfli olaraq 
daima aradığım və arayacağım təməl budur. Buna görə 
də  Böyük  Məclisdə  eyni  təmələ  dayanan  yeni  bir 



Azərbaycan  mühacirət  nəsri 
 
 
 
113 
firqənin fəaliyyətə keçərək millət  işlərini  sərbəst  mü-
zakirə    etməsini    Cümhuriyyət    əsaslarından  sayarım» 
(55,  s.  9).  Məhz  bu  əsaslara  söykəndiyi  üçün  Mustafa 
Kamal Atatürk ölkənin siyasi həyatını canlandırmaq, cə-
miyyətdə müxalif fikirlərə geniş meydan vermək niyyə-
tilə 1930-cu ilin avqustunda Sərbəst Cümhuriyyət Firqə-
sinin  yaradılmasının  təşəbbüskarı  kimi  çıxış  edir  və  ilk 
zamanlar  bu  firqəyə  müəyyən  dəstək  də  verir.  Həmin 
firqənin yaranması, qısamüddətli fəaliyyəti və qapanma-
sı ilə bağlı hadisələri memuar janrının tələblərinə uyğun 
şəkildə  əks  etdirməsi  baxımından  Əhməd  Ağaoğlunun 
«Sərbəst Firqə xatirələri» olduqca maraqlıdır. Belə ki, 
müəllif  Atatürkün  bilavasitə  göstərişi  ilə  Sərbəst  Cüm-
huriyyət  Partiyasının  yaradılmasında  yaxından  iştirak 
etmiş, oğlu Səməd Ağaoğlunun əsərin I nəşrinə yazdığı 
ön sözdə qeyd etdiyi kimi, «bu macərada rol almış, fir-
qənin doğuşundan səadət, batışından ələm  duymuş  və  
xatirələrini  də  bu  insani  hisslərin  təsiri  içində  yaz-
mışdır» (55, s. XII). 
«Sərbəst  Firqə  xatirələri»ndə  dramatik  əsərlərə  xas 
olan gərginlik, dramatik konflikt vardır. Təsadüfi deyil-
dir ki, müəllif əsərin yekun fəslini «Sərbəst Firqə dramı-
nın son pərdəsi» adlandırmışdır. Əsərin konflikti bir tə-
rəfdən, o zamankı Türkiyə cəmiyyətinin mütərəqqi, isla-
hatçı qüvvələri ilə mühafizəkar (bir sıra hallarda isə hət-
ta qaragüruhçu) qüvvələrinin qarşıdurmasından, toqquş-
masından,  digər  tərəfdən  isə,  mütərəqqi  qüvvələrin,  o 
cümlədən onların lideri Atatürkün özünün daxili ziddiy-
yətlərindən,  tərəddüdlərindən  yaranır  və  bütün  bu  mə-
qamlar: «psixoloji halət, zehni durum, rəsmi söz və nitq-


Nikpur  Cabbarlı 
 
 
 
114 
lərin,  verilən  bəyanatların,  üzdə  görünənlərin  arxasında 
gizli qalan ehtiras və  arzular, şəxsi təmayüllər və nəha-
yət... hadisələrin gerçək mahiyyəti» (S. Ağaoğlu) «Xati-
rələr»də dramatik kəskinliyi və çılpaqlığı ilə inikas olu-
nur. Məhz bu səbəbdən –  «Sərbəst Firqə dramı»nın bir 
çox pərdəarxası məqamlarını qabartdığına görə Ə. Ağa-
oğlunun  sözügedən  xatirələri  1935-ci  ildə  tamamlan-
masına  baxmayaraq,  uzun  müddət  çap  edilməmiş,  ilk 
dəfə yalnız 1950-ci ildə  S. Ağaoğlu tərəfindən kiçik ön 
sözlə  nəşr  edilmişdir.  Bu  zaman  S.  Ağaoğlu  ayrı-ayrı 
şəxslərə aid bəzi hissələri ixtisar etməyi məqsədəuyğun 
saymışdır (55, s. XII). 1969-cu ildə isə o, ilk nəşrdə ixti-
sar etdiyi hissələrin böyük bir qismini də əlavə etməklə 
«Xatirələr»i təkrar çap etdirmişdir (55, s. XV). «Sərbəst 
Firqə  xatirələri»nin  üçüncü  nəşri  isə  1995-ci  ildə  Üfüq 
Özcan tərəfindən gerçəkləşdirilmişdir. 
Təbii ki, Ə. Ağaoğlunun xatirələrində təsvir olunan 
hadisələrin  mərkəzində  Atatürk,  onun  bədii-sənədli  ob-
razı durur və məhz bu cəhət yuxarıda sadalanan məqam-
larla  birlikdə  siyasi  məzmunlu  «Sərbəst  Firqə  xatirə-
ləri»ni bədii ədəbiyyat örnəyi kimi də səciyyələndirmə-
yə və təhlil etməyə imkan verir. 
Xatirələrin  elə  ilk  səhifələrindən  Atatürkün  canlı 
obrazının konturları cızılır. Qazi Mustafa Kamal Sərbəst 
Firqənin təşkili ilə bağlı şəxsi qərarını cəmiyyətə Türki-
yənin Paris səfiri Fəthi Okyarın ideyası kimi təqdim edir 
və özü ilə onun arasında bu mövzuda yazışma görüntüsü 
yaradır. Guya Fəthi bəy öz məktubunda ölkədə demok-
ratiyanın inkişafı, respublika quruluşunun daha da möh-
kəmlənməsi  naminə  yeni  partiya  təsis  edərək,  siyasi 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə