Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   2   3   4   5   6   7   8   9   ...   35

Nikpur  Cabbarlı 
 
 
 

teri baxımından özünü doğruldur və mühacirət ədəbiyyatı-
mızın  bu  qolu  barədə  dolğun  təsəvvür  yaradır.  Ümumiy-
yətlə,  M.Ə.  Rəsulzadənin,  Ə.  Ağaoğlunun,  M.B.  Məhəm-
mədzadənin,  F.  Əmircanın,  N.  Şeyxzamanlının,  A.  Dağlı-
nın, T. Atəşlinin, M. Altunbayın mühacirətdə qələmə aldıq-
ları nəsr əsərləri ilk dəfə olaraq bu monoqrafiyada sistem-
li tədqiqata cəlb olunur, onların ideya-bədii xüsusiyyətləri 
açılır. 
N.  Cabbarlı  gərgin  elmi  axtarışlarının  məhsulu  olan 
bu  dəyərli  monoqrafiyasını  elə  gərgin  elmi-təşkilati  işləri 
yerinə yetirməklə paralel yazıb. Sevindirici cəhət budur ki, 
öz  fəaliyyətində  elmi-tədqiqat  və  elmi-təşkilati  yönləri 
uğurla əlaqələndirən alim onlardan heç birinin büdrəmə-
sinə yol verməyib, elmi katib kimi də işi hər zaman nümu-
nəvi olub. 
N.  Cabbarlının «Azərbaycan mühacirət  nəsri»  mono-
qrafiyasının da əvvəlki araşdırmaları kimi mütəxəssislərin 
təqdirinə səbəb olacağına şübhə etmir, ona uzun müddət-
dən bəri üzərində çalışdığı elmlər doktorluğu dissertasiya-
sını tezliklə müdafiəyə təqdim etməsini arzulayıram. 
 
 
Akademik   Bəkir Nəbiyev          
                                         
 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 

 
 
GĠRĠġ 
 
zərbaycan  milli  hərəkatının  bütün 
dövrlərində  bədii  sözün-ədəbiyyatın 
özünəməxsus  mühüm  rolu  olduğu 
danılmaz  həqiqətdir.  XX  əsr  siyasi 
mühacirətimizin milli istiqlal uğrunda çoxcəhətli müba-
rizəsində  də  bədii  yaradıcılıq  xüsusi  çəkiyə  malik  ol-
muş,  «Azərbaycan  davası»nın  əvəzolunmaz  tərkib  his-
səsi kimi diqqəti cəlb etmişdir. Məhz siyasi mühacirəti-
mizin  azərbaycançılıq  ideyalarından  qaynaqlanan  ədəbi 
fəaliyyəti  sayəsində  sözügedən  yüzillikdə  müxtəlif  xa-
rici ölkələrdə Azərbaycan mühacirət ədəbiyyatı təşəkkül 
tapmış və zaman-zaman inkişaf etmişdir. 
Azərbaycan siyasi mühacirətinin bədii irsi kəmiyyət 
göstəriciləri etibarilə zəngin olmaqla yanaşı, janr, möv-
zu, üslub və struktur baxımından da kifayət qədər rənga-
rəngdir.  Bu  irsin  məlum  mətbu  və  qeyri-mətbu  örnək-
ləri:  şeirlər,  hekayələr,  dram  əsərləri,  memuar  ədəbiy-
yatı  və  s.  fikrimizi  təsdiq  edir.  Təbii  ki,  həmin  zəngin 
bədii irs – Azərbaycan mühacirət ədəbiyyatı bütövlükdə 
XX əsr milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi ki-
mi nəşr, tədqiq və təbliğ edilməlidir.  
                                                      
*** 
Yuxarıda  qeyd  olunduğu  kimi,  Azərbaycan  müha-
cirət ədəbiyyatının zənginliyini təmin edən həm də nəsr 
əsərləridir.  Mühacirət  nəsrimizin  ilk  mətbu  örnəkləri 



Nikpur  Cabbarlı 
 
 
 

1920-ci  illərin  ortalarına  aiddir.  Bunlar  M.B.  Məhəm-
mədzadənin  mühacirət  mətbuatımızın  ilki  olan  «Yeni 
Kafkasya» (İstanbul) məcmuəsinin 15 dekabr 1925-ci il 
tarixli sayında işıq üzü görmüş «On dəfə öldürülən» he-
kayəsi, yenə həmin məcmuənin 27 aprel 1926-cı il tarix-
li sayında dərc olunmuş iki kiçik hekayə-Məhəmmədə-
min Rəsulzadənin «Qəzetəçi Seyyid»i və Fuad Əmirca-
nın «İntiqam alan kölgə»sidir.  
Artıq 1930-cu illərin birinci yarısına doğru mühaci-
rət  nəsrimiz  həm  mövzu,  həm  də  janr  baxımından 
müəyyən  qədər  irəliləmişdi.  Belə  ki,  1931-ci  ildə  Əh-
məd  Ağaoğlunun  vətəndaş  cəmiyyəti  quruculuğu  prob-
lemlərindən bəhs edən «Sərbəst insanlar ölkəsində» bə-
dii-fəlsəfi  traktatı  ayrıca  kitab  halında  çap  olunmuş, 
B.E.  Ağaoğlunun  «Solovkidə  gördüklərim»  adlı  sürgün 
xatirələri «Bildiriş» (İstanbul) mühacirət qəzetində təfri-
qə şəklində yayınlanmışdı. Gənc Türkiyə Cümhuriyyəti-
nin ictimai-siyasi həyatındakı mühüm olaylardan birinin 
bədii-sənədli  əksi  olan  «Sərbəst  Firqə  xatirələri»ni  də   
Ə. Ağaoğlu bu illərdə qələmə almışdı.  
1930-cu illərin ortalarından 1940-cı illərin sonlarına 
qədər  mühacirət  nəsrimizin  mətbu  örnəklərinə  təsadüf 
etmirik.  Çox  güman  ki,  1931-ci  ilin  sonlarına  doğru 
SSRİ-nin  təzyiqi  ilə  Türkiyə  hökumətinin  mühacirət 
mətbuatını qapamağa məcbur olması, Avropa ölkələrin-
də  isə  nəşriyyat  işlərinin  daha  da  mürəkkəbləşməsi, 
1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə əla-
qədar  milli  mühacirət  mətbuatının  nəşrində  uzunmüd-
dətli  fasilənin  yaranması  və  s.  amillər  buna  öz  təsirini 
göstərmişdir. 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 

1940-cı  illərin  sonu  –  1950-ci  illərin  əvvəllərindən 
etibarən  Azərbaycan  mühacirət  nəsrinin  nisbi  yüksəliş 
dövrü başlayır. Siyasi mühacirətimizin II Dünya müha-
ribəsindən  sonrakı  dalğasının  görkəmli  yazarlarından 
olan Mirzə Abay Dağlı 1947-ci ildə Münhendə tamam-
ladığı  «Onlar  türklərdi»  memuar  romanını  1951-ci  ildə 
Ankarada Rana gizli imzasıyla nəşr etdirir. Bu dövrdən 
başlayaraq  mühacirət  ədəbiyyatımızda  xatirə  janrının 
geniş  yayılmasının  şahidi  oluruq.  Belə  ki,  1954-cü  ildə 
«Dünya» (İstanbul) qəzeti M.Ə. Rəsulzadənin «Bir türk 
milliyyətçisinin Stalinlə ixtilal xatirələri»ni, 1956-cı ildə 
isə  «Hürriyyət»  (İstanbul)  qəzeti  Teymur  Atəşlinin 
«Stalinqrad  cəhənnəmində  95  gün  döyüşən  türk»  adlı 
savaş xatirələrini təfriqə halında dərc edir. 1964-cü ildə 
Nağı  Şeyxzamanlının  «Azərbaycan  istiqlal  mücadiləsi 
xatirələri»  İstanbulda  nəşr  olunur.  1954-1967-ci  illər 
arasında  «Azərbaycan  Türk  Kültür  Dərgisi»  (Ankara) 
Əbdülvahab  Yurdsevərin  «Azərbaycan  istiqlal  savaşın-
dan  səhnələr»  adlı  xatirələrini  45  təfriqədə  yayınlayır, 
fəqət  əsərin  çapı  başa  çatmır.  Bu  əsərlər  «Azərbaycan 
davası»nın  önəmli  hadisələrini,  istiqlal  mücahidlərinin 
bədii-sənədli  obrazlarını  canlandırmaları  baxımından 
mühacirət nəsrimizin diqqətəlayiq örnəkləridir.  
Fəqət  mühacirət  nəsrimizin,  təqribən,  15  il  sürən 
nisbi  yüksəliş  dövrü  1960-cı  illərin  ortalarında  başa 
çatır.  1980-ci  illərin  sonlarına  qədər,  təqribən,  25  illik 
bir  zaman  ərzində  Azərbaycan  mühacirətinin  poeziya, 
dramaturgiya, ədəbi tənqid və ədəbiyyat tarixçiliyi sahə-
sində  nisbətən  məhsuldar  fəaliyyətinin  şahidi  olsaq  da, 
eyni  dövrdə  nəsr  sahəsində  durğunluq  müşahidə  edilir. 


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə