Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
50 
Murada  gəlincə  isə,  onun  döyüş  meydanında  öldü-
rüldüyü  barədə  xəbərlər  dolaşır,  lakin  Çekanın  bütün 
səylərinə baxmayaraq, meyitini tapmaq mümkün olmur-
du. Əksinə, o bir kölgə kimi müxtəlif yerlərdə görünür, 
partlayışlar, qətllər törədərək, rus hərbçilərinə böyük itki-
lər verirdi. Nəhayət, bir gün düşmənə əsir düşməkdənsə, 
şərəfli ölümü intixab edən Murad rus hərbçi və çekistləri-
nin  zəfər  mərasiminə  toplaşdıqları  binaya  daxil  olaraq, 
əlindəki  iki bombanı salonun ortasına  atmış,  düşmənləri 
məhv etmiş, binanı isə göyə sovurmuşdu. «Kölgə intiqa-
mını almış, qəhrəman Murad da şəhid düşmüşdü ...» (66, 
b), s. 15). 
Bütövlükdə, F. Əmircanın «İntiqam alan kölgə» he-
kayəsi  ilə  istiqlalçı  Azərbaycan  gəncliyinə  aşılamaq 
istədiyi qənaət budur ki, Murad və Leyla kimi minlərlə 
rəşadətli övladı olan millət gec-tez düşməndən intiqamı-
nı  alacaq,  zaman-zaman  şəhid  qanı  ilə  suvarılan  Vətən 
torpağı nəhayət azad olacaqdır. 
Mirzə  Bala  Məhəmmədzadənin  istiqlal  mücadiləsi-
nin ağrılı anlarını əks etdirən «Vətən qaldı!..» hekayəsi 
Azərbaycan  mühacirət  ədəbiyyatında  kiçik  janrın  ən 
parlaq  örnəyi  sayılmağa  layiqdir.  Bu  hekayədə  Mirzə 
Bala «mənfur istilanın müdhiş dalğası ilə atıldığı» Rəşt 
şəhərində (İranın Gilan vilayətinin mərkəzi – N.C.) mü-
hacir həyatı yaşadığı ilk aylarda baş verən bir hadisəni – 
məktəb arkadaşı Rəşidlə qəhvəxanaların birindəki təsa-
düfi görüşünü təsvir edir. Sevinc və həyəcandan gözləri 
yaşarmış  Rəşid  təbii  olaraq  Vətəndəki  hadisələr  barədə 
Mirzə Balanı sorğu-suala tutur və ürəkparçalayan xəbər-
lər eşidir: 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
51 

 
Şimdi söylə bakalım, vətəndə nə var? Kimlər sağ-
dır, kimlər ölmüş?  

 
Ölən ölmüş, qalan qalmışdır, dedim. 

 
General Səlimov sağmıdır? 

 
Öldürdülər... 

 
Ah...qatillər! ... Pəki, general İbrahim Ağa? 

 
Onu da... 

 
Qaydabaşı? 

 
Onu da öldürdülər... 

 
General Haşım bəy nerədə? 

 
Onu da qətletdilər... 

 
General Delhas? 

 
Onu da... 

 
Süleyman paşa? 

 
Onu da... Onu da... 
Bir  az  susdu...  Dərin-dərin  nəfəs  alıyordu...  Sonra 
yenə müraciət etdi:  

 
Nəsib bəy nerədə? 

 
Bəlli deyil... 

 
Həsən bəy, Fətəli xan?.. 

 
Öldürmüşlər. 
O qızdı: 
– Həp öldürmüşlər... Nə var öldürmüşlər... O halda 
kim qaldı!!. 
Üzünə  baxdım.  Sıtmadan  solmuş  yanaqlarında  göz 
yaşı vardı. 
– Sağ qalan, dedim. Çoxdur... 
– Bütün rəisləri məhv etmişlər, bir kimsə ki qalma-
mış!.. 
– Xeyir, qalmışdır... 


Nikpur  Cabbarlı 
 
 
 
52 
– Kim?.. 
–  Onları  yetişdirən  Millət...  Milləti  yaşadan  Və-
tən!..(78, s. 14-15).  
Mirzə  Bala  hekayəni  simvolik  bir  sonluqla  bitirir. 
Rəşidlə söhbətləri bu yerə yetincə: «Dışarda yenə günəş 
çıxmışdı.  Bulud  keçmiş,  yağmur  bitmiş,  ətraf  yenə  ay-
dınlanmış,  bahara  dönmüşdü».  Kiçik  bir  epizodu  bədii 
ümumiləşdirmə gücüylə Azərbaycan istiqlalı ideyası ilə 
müvəffəqiyyətlə  əlaqələndirən  müəllif  arkadaşı  Rəşidin 
dili ilə belə bir inamını ifadə edir ki, «... İstila bu bulud 
gibi keçicidir. Madam ki, vətən qalmışdır, İstiqlal ümidi 
də qalmışdır!» (78, s. 15). 
Nağı  Keykurunun  (Şeyxzamanlının)  «Azərbaycan 
istiqlal  mücadiləsi  xatirələri»  milli  hərəkatın         
1905-1920-ci illər arası, yəni I rus inqilabının başlanma-
sından Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qə-
dər  olan  dönəminin  ən  mühüm  hadisələrinin  bədii-sə-
nədli əksidir. İlk dəfə 1964-cü ildə İstanbulda nəşr edi-
lən bu əsər yalnız 33 il sonra Etibar Nəcəfovun türkcə-
dən çevirməsində  müəllifin vətənində işıq üzü  görmüş-
dür (46). 1998-ci ildə isə Ankarada bu xatirələrin türkcə 
ikinci  nəşri  gerçəkləşdirilmişdir  (73).  Əsəri  çapa  hazır-
layan  və  müxtəsər  ön  söz  yazan  Tuncar  Tuğcu  birinci 
nəşrdəki bir sıra texniki qüsurları aradan qaldırmış, türk 
oxucusu üçün zəruri olan bəzi izahlar vermişdir. 
Azərbaycan istiqlal mücadiləsi tarixində şərəfli yeri 
olan Nağı Şeyxzamanlı 1883-cü ildə Gəncədə anadan ol-
muşdur. Gənc yaşlarından milli hərəkata qatılan  N.Şeyx-
zamanlı  öncə  «Difai»  partiyasının  qurulmasında  yaxın-
dan  iştirak  etmiş,  daha  sonra  isə  mücadiləni  Gəncə 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
53 
«Gənclik» təşkilatının sədri və şəhərdəki Milli Komitənin 
üzvü  kimi  davam  etdirmiş,  N.  Yusifbəylinin  yaratdığı 
«Türk  Ədəmi-Mərkəziyyət» partiyasının  fəallarından ol-
muşdur. Sonuncu 1917-ci ilin aprelində  «Müsavat»  par-
tiyası ilə birləşdikdən sonra Nağı bəy «Müsavat»ın Gən-
cədəki  təşkilatını  yönəldənlərin  sıralarında  yer  almış, 
1918-ci ilin əvvəllərində Gəncə Milli Komitəsinin nüma-
yəndə  heyəti  ilə  İstanbula  gedərək,  Osmanlı  dövlətinin 
Azərbaycana hərbi yardım göstərməsi üçün uğurlu danı-
şıqlar aparmışdır. 
1919-cu  ilin  avqustundan  1920-ci  ilin  27  aprelinə-
dək  Azərbaycan  Milli  Təhlükəsizlik  Təşkilatının  rəisi 
vəzifəsində  çalışan  N.  Şeyxzamanlı  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  süqutundan  sonra  Türkiyəyə  mühaci-
rət edərək, ömrünün sonunadək «Azərbaycan davası»nı 
yürütmüş, siyasi və publisistik fəaliyyəti ilə daim istiqlal 
mücadiləsinin  ön  sıralarında  olmuşdur.  O,  1967-ci  ildə 
İstanbulda dünyasını dəyişmişdir (72). 
Müxtəsər    tərcümeyi-halından  da  göründüyü  kimi, 
N. Şeyxzamanlı həyatının 60 ilindən çoxunu «Azərbay-
can davası»na həsr etsə də, əsas etibarilə, istiqlal müca-
diləsinin təqribən 15 ili – 1905-1920-ci illəri əhatə edən 
ən  qızğın  dövrü  ilə  bağlı  xatirələrini  qələmə  almışdır. 
Özünün yazdığına görə, mühacirət həyatının xatirələrini 
ayrıca qələmə almağı nəzərdə tuturmuş (73, s. 136).  
Əsərin  ilk  fəsillərində  müəllif  «Difai»  partiyasının 
yaranması  və  fəaliyyətinə  dair  olduqca  maraqlı  hadisə-
ləri  nəql  edir,  çarizmin  devrilməsindən  sonrakı  dövrdə 
Azərbaycanda milliyyətçi qüvvələrin fəallaşmasını, hər-
bi  yardım  göstərilməsi  üçün  Osmanlı  hökuməti  nüma-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə