Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

Nikpur  Cabbarlı 
 
 
 
54 
yəndələri ilə aparılan danışıqların bəzi diqqətəlayiq mə-
qamlarını  işıqlandırır.  «Xatirələr»in  Cümhuriyyət  döv-
rünü,  Milli  Təhlükəsizlik  Təşkilatının  daxili  və  xarici 
düşmənlərlə, təxribatçılarla mübarizəsini əks etdirən sə-
hifələri  də  maraqla  oxunur.  Müəllif    maraqlı,  bir  sıra 
hallarda isə gərgin, dramatik hadisələrin təsviri fonunda 
Ələkbər  bəy  Rəfibəyli,  Nəsib  bəy  Yusifbəyli,  Səməd 
bəy Mehmandarlı, Əliağa Şıxlinski kimi görkəmli tarixi 
şəxsiyyətlərin  yaddaqalan  bədii-sənədli  obrazlarını  ya-
ratmağa müvəffəq olur ki, bu da memuar janrının tələb-
ləri baxımından təqdirəlayiqdir.  
Əsərdə  Cümhuriyyət  dövründə  N.  Şeyxzamanlı  tə-
rəfindən  xüsusi  xidmət  orqanlarında  işə  qəbul  edilən, 
burada özünü çalışqan və məsuliyyətli əməkdaş kimi ta-
nıdan, istiladan sonra isə bolşevik rejimində qulluğa ke-
çərək,  Azərbaycan  xalqının  cəlladına  çevrilən  Lavrenti 
Beriyaya  verilən  səciyyə  də  obyektivliyi  və  müəllif 
etirafının  səmimiliyi  ilə  diqqəti  cəlb  edir.  Beriyanı  və 
onunla  bağlı  olan  xatirəsini  lənətləyən  N.  Şeyxzamanlı 
yazır:  «Beriya  Azərbaycanda  və  bilxassə  Bakıda  azəri 
gənclərin  üzərində  böyük  bir  vəhşət  icra  etmişdir.  O 
gənclər Beriya ilə okul sıralarında bərabər oturmuşlar və 
müsafirpərvərliklərini əsirgəməmişlərdi. Çocukluk arka-
daşlarının qatili xunxar Beriya daima azərilər tərəfindən 
təl'in ediləcəkdir (lənətlənəcəkdir – N.C.). O Beriya ki, 
Azərbaycanda  icra  etdiyi  vəhşətlərin  mində  birini  nə 
Rusiyada  və  nə  də  Gürcüstanda  göstərmişdir.  Beriyanı 
təl'in  edərkən  onunla  olan  xatirəmi  də  təl'in  etmək-
dəyim.  Beriya  Əmniyyət  Təşkilatımızın  istihbarat  ser-
visində  çalışıyordu.  O  cani  ilanı  tanımadan,  bilmədən, 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
55 
öyrənmədən bəslədik. Onu yalnız mən himayə etmədim. 
Bütün  servis  arkadaşları  da  himayə  edərlərdi.  İkinci 
Dünya savaşında Qızıl Ordudan almanlara əsir düşən və 
hürriyyəti seçən, alman orduları səfində ruslar ilə kıyası-
ya  (amansızcasına  –  N.C.)  çarpışan  qəhrəman,  milliy-
yətçi, idealist azəri gəncləri ilə görüşürkən Beriyanı so-
rardım. Həpsi Beriyanın azəri gənclərini mərhəmətsizcə 
imha etdirdiyini anladıb dururlardı. «Hələ Milli Əmniy-
yədə  birlikdə  çalışdığı  arkadaşlarını  hər  kəsdən  öncə  
təmizlətdi» diyorlardı» (73, s.  127). 
Bəzi  məqamlarda hadisələrin təsviri zamanı xrono-
loji  ardıcıllığın  əsassız  olaraq  pozulmasına,  süjet  xət-
tində  ara-sıra  nəzərə  çarpan  dağınıqlığa,  fəsillərin  sər-
lövhələrindəki  təkrarlara  (məsələn,  «Azərbaycan  Cüm-
huriyyətinin  süqutu  səbəbləri»  fəsli  nədənsə  «İstiqlal 
dövründəki olaylar» fəslindən əvvəl gəlir. Halbuki əksi-
nə  olması  daha  məntiqi  görünərdi.  Özü  də  fəsillərdən 
ikisi «İstiqlal dövründəki olaylar», biri isə «İstiqlal döv-
rü»  adlanır  ki,  bu  da  anlaşılmır.  Yaxud  xatirələrinin 
Beriya  ilə  bağlı  hissəsini  bitirdikdən  sonra  müəllif  elə 
həmin fəsildəcə özünün 27 aprel işğalından sonrakı du-
rumunu və Bakını tərk etməsinin təfərrüatlarını açıqlyır, 
bunun  ardınca  yenidən  Cümhuriyyət  dövrü  olaylarının 
təsvirinə  qayıdır  və  s.)  baxmayaraq,  N.  Keykurunun 
(Şeyxzamanlının)  sözügedən  xatirələri  Azərbaycan  is-
tiqlal mücadiləsinin şanlı tarixini yaşadan əsər kimi qiy-
mətlidir.  
Araşdırdığımız  mövzu ilə bağlı Əbdülvahab Yurd-
sevərin  «Azərbaycan  istiqlal  savaĢından  səhnələr» 
adlı  xatirələri  də  diqqətəlayiqdir.  «Azərbaycan»  (An-


Nikpur  Cabbarlı 
 
 
 
56 
kara) dərgisində 1954-1967-ci illər arası  müəyyən  fasi-
lələrlə  təqribən  50  təfriqədə  bu  əsərin  mühüm  qismi 
dərc  edilmişdir.  Həmin  hissələrdə,  əsasən,  müəllifin 
həbsxana və sürgün həyatı, gizli yolla İrana keçməsi ilə 
bağlı  təfərrüatlar,  müxtəlif  vaxtlarda  «Çeka,  QPU, 
NKVD,  MVD  adları  ilə  anılan  tədhiş  makinası»nın 
törətdiyi  rəzalətlər  təsvir  olunur.  Ə.  Qaracanın  verdiyi 
bilgiyə  görə,  Ə.  Yurdsevərin  xatirələrinin  dərc  edilmə-
miş qismi də vardır (71, s. 22). Sözügedən əsərin qeyri-
mətbu  hissəsini  əldə  etmək  üçün  hazırda  göstərdiyimiz 
səylər  nəticə  verəcəyi  təqdirdə,  onun  təhlilinə  xüsusi 
məqalə həsr etməyi nəzərdə tuturuq. 
Teymur  Atəşlinin  «Stalinqrad  cəhənnəmində      
95 gün döyüĢən türk» adlı xatirələri isə (65) Azərbay-
can  milli  hərəkatının  II  Dünya  müharibəsi  dövrünün 
bəzi  səhnələrini  əks  etdirir.  İlk  baxışda  belə  düşünülə 
bilər  ki,  Stalinqrad  cəbhəsinin  Azərbaycan  istiqlal  mü-
cadiləsi  ilə  nə  əlaqəsi  var?  Hərçənd  varmış.  Məlumdur 
ki,  II  Dünya  müharibəsi  dövründə  azərbaycanlı  döyüş-
çülərin bir qismi könüllü olaraq almanların ruslara qarşı 
vuruşmaq  üçün  təşkil  etdikləri  milli  birliklərə  (legi-
onlara) daxil olmuş  və bu birliklərin tərkibində rus əsa-
rətinə, bolşevizmə, totalitar sovet rejiminə qarşı rəşadət-
lə  vuruşmuşlar.  Milli  birliklərə  qoşulmuş  soydaşlarımı-
zın  nəzərində  düşmən  faşist  Almaniyası  deyil,  onların 
vətənini  işğal  edərək,  üçrəngli  bayrağını  endirmiş, 
millətini əsarət altına almış bolşevik Rusiyası idi. Məhz 
buna  görə  də  onlar  tarixi  fürsətdən  faydalanmaq,  iki 
imperialist  dövlət  arasında  gedən  müharibədə  almanlar 
tərəfdə  vuruşmaqla  rusların  məğlubiyyətini  sürətləndir-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə