Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
65 
ları  diqqətəlayiqdir:  «Müttəfiq  daşnak-bolşevik  çetələri 
hər türlü insani hiss və duyğuların xaricində  olaraq və 
ani  surətdə  Bakının  türk  məhəllələrinə  hücum  etdilər. 
Martın 31-dən başlayaraq  bir kaç gün qarşılarına çıxan 
türkü qılıncdan keçirdilər. Erkək, qadın, çocuq, ixtiyar, 
fəqir, zəngin, kapitalist, proletar, münəvvər, cahil, firqə, 
sinif və s.  fərqi aramadan və tanımadan Şaumyan Bakı 
türkünün qanını günlərcə su gibi akıtdı. Eyni zamanda, 
Bakıdakı milli binalarımıza, milli mətbuat idarəxanaları-
na, «İsmailiyyə» gibi böyük milli təşkilatların bulundu-
ğu möhtəşəm evlərə, camilərə belə od vurulub, tamami-
lə yakıldılar. Qatillər və canilər bununla da iktifa etmə-
yərək, qətliamdan sonra ev-ev dolaşaraq yağma və tala-
na  başladılar»  (83,  s.  145).  Azərbaycan  türklərinin  rus 
istilası  dövründə  «türlü-türlü  dəhşət  və  vəhşətləri  yaşa-
maq  məcburiyyətində  qaldığını»  vurğulayan  H.  Münşi-
nin  qənaətincə,  «31  mart  cinayəti  o  vaxta  qədər  Azər-
baycanın  ruslardan  gördüyü  cinayətlərin  bir  çoxunu  şə-
niyət  və  barbarlığı  etibarilə  gerçəkdən  kölgədə  burakı-
yordu» (83, s. 145). 
Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrin ge-
niş epik lövhələrlə canlandırılması baxımından Məhəm-
məd Altunbayın «Hürriyyətə uçan türk» adlı xatirələri 
diqqətəlayiqdir. M. Altunbay 1911-ci ildə Gəncədə ana-
dan  olmuşdur.  O,  XX  əsrin  əvvəllərində  Gəncəbasarda 
Dərvişoğlu Qaçaq İbrahim kimi məşhur olan şəxsin oğ-
ludur.  M.  Altunbayın  xatirələrində  yazdığına  görə,  rus 
çarizminin  müstəmləkə  zülmünə  boyun  əyməyən  atası 
özü  kimi  bir  dəstə  igidi  ətrafına  toplayaraq  meşələrdə, 
dağlarda  məskən  salmış,  uzun  illər  istilaçıların  üstün 


Nikpur  Cabbarlı 
 
 
 
66 
qüvvələrinə  qarşı  silahdaşları  ilə  birgə  rəşadətlə  vuruş-
muşdu. Anası Seyid Bəyimi isə, M. Altunbay, savadsız 
olmasına baxmayaraq,  mərd, nəcib, hər  şeyin  yerini  bi-
lən, milli ruhlu bir qadın kimi təqdim edir. 
Hələ uşaq  yaşlarında rus əsgərlərinin barbarlığının, 
erməni  xəyanətinin  canlı  şahidi  olan  M.  Altunbay  baş 
verən hadisələrin mahiyyətinə varmağa, onların səbəbini 
özü üçün aydınlaşdırmağa çalışırdı. 1920-ci ilin mayın-
da  Gəncə  üsyanının  vəhşicəsinə  yatırılması,  minlərlə 
günahsız  soydaşının,  o  cümlədən  qadınların,  uşaqların, 
südəmər körpələrin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 
atasının gözləri qarşısında güllələnməsi 9 yaşlı Məhəm-
mədi  dərindən  sarsıtmış,  onun  uşaq  qəlbində  ömrünün 
sonuna  qədər  sağalmayacaq  yaralar  açmışdı.  Xalqının 
başına  gələn  faciələrin  səbəbini  hürriyyətsizlikdə  görən 
M. Altunbay «bəşəriyyətə üzqarası olan kommunist reji-
mindən  qurtulmaq,  bolşevizmin  əsl  mahiyyətini  azad 
dünyanın  azad  insanlarına  çatdırmaq  üçün»  yollar  ara-
yır,  nəhayət,  «kommunist  cəhənnəmindən»  təyyarə  ilə 
qaçmağı qərara alır. Bunun üçün öncə təhsil aldığı Bakı 
Neft  İnstitutundan  çıxaraq,  Odessa  Ali  Hərbi  Hava 
Məktəbinə  daxil  olur  və  1933-cü  ildə  oranı  bitirərək 
təyyarəçi  kimi  SSRİ-nin  müxtəlif  şəhərlərində    çalışır. 
1939-cu ildə Bakı Təyyarəçilik Məktəbində uçuş birliyi 
komandiri  vəzifəsində  işləyərkən  M.  Altunbay  bir  qrup 
yoldaşı  ilə  birgə  bolşevizmə  qarşı  gizli  fəaliyyətə  qərar 
verir. Lakin çox keçmədən bu işin üstü açılır və azadlıq 
aşiqlərindən bir qrupu güllələnir. Tezliklə növbənin ona 
da çatacağını anlayan M. Altunbay Tiflis səfəri zamanı 
təyyarəçi arkadaşları Həsən Zeynallı və Cəlal Məmməd-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
67 
zadə ilə birgə geriyə  –  Bakıya deyil, Türkiyəyə uçmağı 
qərara  alır.  Lakin  Türkiyəyə  doğru  yönələn  təyyarə  so-
vet  sərhədçilərinin  açdığı  atəşdən  zədələnir  və  İranda 
məcburi eniş edir. 
İran hökuməti üç sovet pilotunu 9 ay Təbriz həbsxa-
nasında, sonra isə Tehranda polis nəzarəti altında saxla-
yır.  1941-ci  ildə  sovet  qoşunlarının  İrana  daxil  olması 
ilə bu üç azadlıq aşiqinin ruslara təslim edilməsi təhlü-
kəsi  yaranır.  Cəlal  Məmmədzadə gecə ikən Tehran kü-
çələrinin  birində  rus  kəşfiyyatçılarının  əlinə  keçir  və 
güllələnir. M. Altunbay isə H. Zeynallı ilə birgə Türkiyə 
səfirliyinin  köməyi  ilə  Tehrandan  Bağdada  qaçmağa 
müvəffəq  olur.  Lakin  Bağdadda  da  tale  onların  üzünə 
gülmür. İngilis zabitləri bu iki arkadaşı alman casusu ki-
mi  günahlandırıb həbs  edirlər. Yalnız Bağdaddakı Tür-
kiyə  səfirliyinin  müdaxiləsi  onları  edam  təhlükəsindən 
qurtarır və Türkiyəyə sığınmalarına şərait yaradır. 
M.  Altunbay  1945-1960-cı  illərdə  Türkiyə  Hava 
Yolları  şirkətində  pilot  kimi  fəaliyyət  göstərir,        
1960-1963-cü  illərdə  Münhendə  «Azadlıq»  radiostan-
siyasının  Azərbaycan  şöbəsi  ilə  əməkdaşlıq  edir  və  ye-
nidən Türkiyəyə qayıdır. Mühacirət illərində xatirələrini 
qələmə alan M.Altunbay onları hissə-hissə Türkiyə mət-
buatında  dərc  etdirmiş,  eyni  zamanda  həmin  xatirələr 
əsasında  bədii  film  ssenarisi  yazmışdır.  Türkiyə  Silahlı 
Qüvvələri Baş Qərargah rəisinin əmri ilə türk ordusunun 
milli  və  əxlaqi  tərbiyəsi  üçün  faydalı  hesab  edilən  bu 
ssenari üzrə «501№-li kamera» bədii filmi çəkilmişdir. 
M.  Altunbay  1987-ci  il  dekabrın  28-də  İstanbulda 
dünyasını  dəyişmişdir.  Vəfatından  iki  ay  əvvəl  tamam-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə