Azərbaycan mühacirət nəsri


Azərbaycan  mühacirət  nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

Azərbaycan  mühacirət  nəsri 
 
 
 
93 
ranmasının xarakterik cizgilərini əslinə yaxın bir şəkildə 
təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və 
anladığı  «Stalin»lərin  qarşılaşdırılmasında,  şübhəsiz, 
böyük bir fayda vardır» (86, s. 11). 
Göründüyü  kimi,  M.Ə.  Rəsulzadənin  sözü  gedən 
xatirələri  qələmə  almaqda  və  onları  geniş  oxucu  kütlə-
sinə təqdim etməkdə məqsədi özünün bilavasitə iştirak-
çısı olduğu siyasi proseslərin və Stalinlə şəxsi görüşləri-
nin  təsviri  fonunda  bir  daha  stalinizmin,  sovet  totalita-
rizminin əsl simasını göstərmək, onun antibəşər mahiy-
yətini  ifşa  etmək  olmuşdur.  Ona  görə  bir  daha  deyirik 
ki,  M.Ə.  Rəsulzadənin  zəngin  publisistik  irsində  stali-
nizmin,  totalitar  sovet  rejiminin  mənfurluğunu  əks  et-
dirən örnəklər bu əsərə qədər də yetərincə idi. Lakin si-
yasi  publisistikadan  fərqli  olaraq,  memuar  ədəbiyyatı, 
konkret olaraq xatirə janrı müəllifə problemə başqa yön-
dən  yanaşmaq,  onu  bədii  tədqiqatın  predmetinə  çevir-
mək  imkanı  verir.  Odur  ki,  bədii  yaradıcılıq  təcrübəsi 
olan M.Ə. Rəsulzadə qələmini bu janrda da sınamış və 
müvəffəq olmuşdur. 
Burada  yeri  gəlmişkən,  «Stalinlə  ixtilal  xatirələri»-
nin  janrı  barədə  elmi  ədəbiyyatda  mövcud  olan  müəy-
yən  fikir  ayrılıqları  üzərində  dayanmağı  zəruri  sayırıq. 
Məsələn, prof.Şamil Qurbanova görə, «...Stalin haqqın-
da yazılmış bütün elmi və publisistik yazıların, qeydlə-
rin hamısından fərqlənən» bu əsəri «bəlkə də xatirə ad-
landırmaq  düz  deyil.  Bu,  Stalin  tərəfindən  törədilən  fə-
lakətlərin və ümumiyyətlə, əsrimizin kommunist ideolo-
giyası  ilə  bağlı  olan  hadisələrinin  siyasi  salnaməsidir» 
(31, s. 104). Fəlsəfə doktoru Əbülfəs Qarayev bu əsərlə 


Nikpur  Cabbarlı 
 
 
 
94 
bağlı cəmi bir cümləlik qeydində onu esse kimi təqdim 
edir (99, s. 53). M.Ə. Rəsulzadə irsinin tanınmış araşdı-
rıcısı prof. Vaqif Sultanlı isə bu qənaətdədir ki, «hər iki 
müəllifin  (prof.  Ş.  Qurbanovun  və  fəlsəfə  doktoru         
Ə. Qarayevin – N.C.) sözlərində müəyyən qədər həqiqət 
olsa da, əslində onlar «Stalinlə ixtilal xatirələri»nin xati-
rə  janrında  yazılması  fikrini  qəti  olaraq  inkar etməmiş-
lər.  Çünki    əsərin  nə  məzmunu,  nə  də  forması  bu  fikri 
söyləməyə əsas vermir. «Stalinlə ixtilal xatirələri» siya-
si,  tarixi  və  avtobioqrafik  cizgiləri  özündə  birləşdirən, 
xatirə  formasında  düşünülmüş  və  yazılmış  bir  əsərdir. 
Əsərin  janrının  onun  adında  da  ifadə  olunması  bu  fikri 
təsdiq etməkdədir» (44, s. 108). Akademik Bəkir Nəbi-
yev  isə,  bu  əsərdə  «xatirə  ilə  publisistikanın  müvəffə-
qiyyətlə qovuşduğu və bir-birini tamamladığı» fikrində-
dir (39,  s. 326). 
Zənnimizcə,  «Stalinlə  ixtilal  xatirələri»nin  janrı  ilə 
bağlı  bu  fikir  müxtəlifliyi  ədəbiyyatşünaslıq  elmində 
«memuar janrının nəzəriyyəsinin lazımi səviyyədə işlə-
nilməməsi» (95, s. 7) ilə əlaqədardır. Bununla belə, elmi 
ədəbiyyatda bu janrın əksər mütəxəssislər tərəfindən qə-
bul edilən, artıq sabitləşmiş xüsusiyyətləri də qeyd olu-
nur:  «faktoqrafiya,  hadisələrin  üstünlük  təşkil  etməsi, 
materialın və baxışın retrospektivliyi, müəllif şəhadətlə-
rinin  müstəqimliyi»  (101,  s.  759).  Həmçinin  «sənədli 
obrazın  mövcudluğu  memuar  janrının  (qeydlər,  gündə-
liklər, xatirələr, sənədli hekayə və povest və s.) tipik xü-
susiyyəti,  onun  estetik  müstəqilliyinin  və  kamilliyinin 
göstəricisi»  kimi  şərh  edilir  (95,  s.  22).  Bu  baxımdan 
yanaşdıqda, «Stalinlə ixtilal xatirələri» memuar ədəbiy-


Azərbaycan  mühacirət  nəsri 
 
 
 
95 
yatının  yuxarıda  təqdim  edilən  nəzəri  səciyyəsinə  tam 
uyğun gələn kamil sənət örnəyidir. 
M.Ə.  Rəsulzadənin  xatirələri  XX  əsrin  əvvəllərin-
dən  –  Stalinin  Bakıda  konspirativ  şəraitdə  inqilabi  fə-
aliyyətə  başlamasından  tutmuş  sovet  Rusiyasının  siyasi 
rəhbərliyində  yüksək  mövqe  işğal  etməsinə  qədər  ötən 
təqribən  20  illik  təlatümlü  bir  dövrün  hadisələrini  əks 
etdirir.  Müəllif  özünün  bilavasitə  iştirakçısı  olduğu  bu 
hadisələrin  fonunda,  müxtəlif  vaxtlarda,  müxtəlif  mü-
nasibətlərlə Stalinlə şəxsi təmasları zamanı apardığı mü-
şahidələr  əsasında  onun  dolğun  bədii-sənədli  obrazını 
yaratmağa  müvəffəq  olmuşdur.  Akademik  Bəkir  Nəbi-
yevin qeyd etdiyi kimi, «M.Ə. Rəsulzadənin təqdimində 
Stalin XX əsrin əvvəllərində marksizm sahəsində biliyi, 
işgüzarlığı  və  iradəsilə  fərqlənən  bir  inqilabçı  kimi 
görünür. Lakin yaxşı müşahidə qabiliyyətinə malik olan 
müəllif  hələ  o  vaxt  Stalinin  xasiyyətindəki  diktatorluq 
meyillərini də görə bilmişdi» (39, s. 326). Bu baxımdan, 
«Xatirələr»in  «Stalinlə  ilk  təmas»  yarımfəsli  diqqətəla-
yiqdir.  M.Ə. Rəsulzadə ilə ilk görüşündə sosialist inqi-
labı  ideyasına  münasibətdə  yalnız  proletariatın  yeganə 
sədaqətli  sinif  olması  barədə  marksist  baxışını  əsaslan-
dırmağa çalışan Stalin rastlaşdığı bir hadisəni nəql edir: 
«Mən, dedi, bir qrup işçilərlə konsprasyon şərtləri daxi-
lində  arada-sırada  buluşuyor,  təşkilat  işlərilə  məşğul 
oluyorum.  Bu  qrupa  davam  edənlərin  biri  haqqında  bir 
gün arkadaşlara şübhələndiyimi söylədim, bu adam mə-
nim  heç  xoşuma  getmiyor,  dedim.  Güvənəmiyorum. 
Sonra bir kaç dəfə qarşılaşdıqda o adamı aramızda gör-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə