Azərbaycan mühacirət nəsri



Yüklə 8,22 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix17.11.2017
ölçüsü8,22 Kb.
#11010
  1   2   3   4   5   6   7   8   9   ...   35


 
 
 
 
 


Azərbaycan  mühacirət  nəsri 
 
 
 

Nizami adına Ədəbiyyat Ġnstitutu Elmi ġurasının  
11 may 2011-ci il tarixli (protokol № 2) qərarı ilə  
çapı tövsiyə olunmuĢdur. 
 
 
Elmi redaktoru:   ġirindil  AlıĢanlı 
 filologiya üzrə fəlsəfə doktoru   
  
Rəyçilər: 
Bəkir Nəbiyev  
              
 akademik    
Arif  Əmrahoğlu (Məmmədov) 
       filologiya üzrə fəlsəfə doktoru    
    
Nikpur  Cabbarlı.    
Azərbaycan mühacirət nəsri.  
Bakı, «Elm və təhsil», 2011. 140 səh. 
ĠSBN 978-9952-8142-4-8 
 
Elmi  ictimaiyyətin  diqqətinə  təqdim  edilən  bu  monoqrafiya 
Azərbaycan  mühacirət  nəsri  haqqında  ilk  sistemli  araşdırmadır. 
Monoqrafiyada  çağdaş  emiqrantologiyanın  prinsipləri  əsasında  Azər-
baycan  mühacirət  ədəbiyyatının  elmi-nəzəri  statusu  və  xronoloji 
sərhədləri müəyyənləşdirilir, Məhəmməd Əmin Rəsulzadənin, Əhməd 
Ağaoğlunun,  Mirzə  Bala  Məhəmmədzadənin,  Nağı  Şeyxzamanlının, 
Fuad  Əmircanın,  Abay  Dağlının,  Teymur  Atəşlinin,  Məhəmməd  Al-
tunbayın  mühacirət  illərində  qələmə  aldıqları  nəsr  əsərləri  bir  neçə 
problem  ətrafında  qruplaşdırılaraq  təhlil  edilir,  onların  bədii-estetik 
dəyəri və ideya-siyasi aktuallığı aşkarlanır. 
 
2011
098
4702000000

N
 qrifli nəşr 
 
                       © 
Nikpur Cabbarlı, 2011
 
 
 


Nikpur  Cabbarlı 
 
 
 

 
 
MÜHACĠRƏTġÜNASLIQDA  
MÖTƏBƏR SÖZ  SAHĠBĠ 
 
ilologiya  üzrə  fəlsəfə  doktoru,  do-
sent,  Azərbaycan  Respublikasının  Döv-
lət  Mükafatı  laureatı  Nikpur  Cabbarlı 
20  ilə  yaxındır  ki,  ardıcıl  olaraq  Azər-
baycan  mühacirət  ədəbiyyatının  tədqiqi  ilə  məşğul  olur. 
Milli  ədəbiyyatımızın  az  öyrənilmiş  bu  mühüm  qolunun 
araşdırılmasının  spesifik  çətinliklərini  dəf  edən,  Azərbay-
can,  Türkiyə  və  Almaniyanın  müxtəlif  arxiv  və  kitabxana-
larında mühafizə edilən kitabların, dövri mətbuatın, əlyaz-
maların  minlərlə  saralmış  və  yıpranmış  səhifələrindəki 
zəruri  informasiyanı  elmi  təfəkkür  süzgəcindən  keçirib 
dəyərləndirən bu alim sözügedən sahənin aktual problem-
lərinə dair 3 monoqrafiyanın, nüfuzlu elmi nəşrlərdə dərc 
olunmuş  40-a  yaxın  orijinal  məqalənin  müəllifidir.  Bu 
əsərlər  Nikpur  Cabbarlını  Azərbaycan  mühacirətşünaslı-
ğında mötəbər söz sahibi olan bir alim kimi tanıtmışdır. 
N. Cabbarlının ədəbiyyatşünas kimi yetişməsi gözləri-
min qarşısında baş verib. Onun elmi fəaliyyətinin bir çox 
taleyüklü məqamlarının bilavasitə iştirakçısı olmuşam. Üç 
il  (1995,  1996,  1997)  sərasər  Akademiya  aspirantlarının 
ənənəvi elmi konfranslarında, Gənc alimlərin Azərbaycan 
Xalq Cümhuriyyətinin  80 illiyinə həsr  edilmiş Respublika 
elmi  konfransında  etdiyi  maraqlı  məruzələri  yaxşı  xa-
tırlayıram. Bu tədbirlərin dördünə də Akademiyamızın Rə-
yasət Heyətinin məsulu – Ədəbiyyat, Dil, İncəsənət Bölmə-
sinin akademik-katibi kimi sədrlik etmişəm və elə o zaman-



Azərbaycan  mühacirət  nəsri 
 
 
 

lardan da bu gəncin istedadına, elminə, araşdırmaçı səriş-
təsinə rəğbətim var. 
N.  Cabbarlı  1998-ci  ildə  mənim  sədrlik  etdiyim  Dis-
sertasiya  Şurasında  «Azərbaycan  mühacirət  ədəbiyyatşü-
naslığında  klassik  irs  problemi»  mövzusunda  tədqiqatını 
uğurla müdafiə edib, filologiya elmləri namizədi (indiki tə-
birlə fəlsəfə doktoru) elmi dərəcəsi alıb. «Əhməd Cəfəroğ-
lunun ədəbiyyatşünaslıq irsi» (2001), «Mühacirət və klas-
sik  ədəbi  irs»  (2003),  «Abay  Dağlının  mühacirət  dövrü 
yaradıcılığı»  (2009)  monoqrafiyalarını  elmi  ictimaiyyət 
diqqətlə qarşılayıb. Bu əsərlər barədə elmi jurnallarda və 
dövri mətbuatda təqdiredici rəylər dərc edilib. 
«Azərbaycan  mühacirət  nəsri»  N.Cabbarlının  sayca 
dördüncü  monoqrafiyasıdır.  Bu  əsər  də  müəllifinin  araş-
dırdığı  sahənin  problemlərinə  aşinalığını  bir  daha  təsdiq 
edir. N. Cabbarlı mühacirət nəsrimizin bilavasitə təhlilinə 
keçməzdən öncə, bütövlükdə «Azərbaycan mühacirət ədə-
biyyatı»  anlayışının  məzmununu  açmağı,  bu  ədəbiyyatın 
elmi-nəzəri  statusunu  və  xronoloji  sərhədlərini  müəyyən-
ləşdirməyi lazım bilir və düzgün hərəkət edir. Bu fəsildə ilk 
dəfə  olaraq  çağdaş  emiqrantologiyanın  prinsipləri  ba-
xımından mühacirət ədəbiyyatımızın statusu, xronoloji sər-
hədləri  müəyyənləşdirilmiş,  bununla  bağlı  bəzi  tədqiqat-
lardakı  yanlış,  dolaşıq  və  ziddiyyətli  fikirlərə  münasibət 
bildirilmişdir. 
Monoqrafiyada  mühacirət  nəsri  örnəklərinin  «Milli 
istiqlal hərəkatının  inikası»,  «Azərbaycanlıların soyqırımı 
ümumbəşəri faciə kimi», «Totalitar sovet rejiminin ifşası», 
«Vətəndaş  cəmiyyəti  probleminin  bədii-fəlsəfi  dərki», 
«Atatürkün    bədii-sənədli  obrazı»  kimi  fəsillər  daxilində 
qruplaşdırılaraq  tədqiqata  cəlb  edilməsi  mətnlərin  xarak-


Yüklə 8,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə